Uğur qazanmaq öz əlinizdədir

Uğur və xoşbəxtliyin əldə edilməsi həyatı önəm daşıyır. Sizə təqdim edəcəyim ip ucları öz-özünüzə ruhlandırmağa və bunu davam etdirməyə kömək edəcək. Bunlar həyatda sınanmış və nəticəsi olan tövsiyələrdir. Həyata keçirmədiyiniz zaman ərzində sadəcə sözlərdən ibarət olacaq, həyata keçirdiyinizdə isə əldə edilmiş uğurdan.
1. Həyat hekayənizi yazın.
Təmiz bir kağıza bir-iki səhifə arzu etdiyiniz gələcəyin hekayəsini yazın. Gələcəkdə etmək istədiyiniz şeyləri, yaşamaq istədiyiniz məkanı, sahib olmaq istədiklərinizi yazın. Bu sizi həm indi, həm də gələcəkdə ruhlandıracaq.

2. Gələcəyi gözlərinizdə canlandırın.
Gözlərinizi bağlayın,özünüzü gələcəkdə necə görmək istədiyinizi təsəvvürünüzə gətirin. Məsələn, sağlam şəkildə qaçarkən, bağda gülləri sulayarkən, uşaqlarınızla istirahət mərkəzində istirahət edərkən. Xəyalınız bir iş yeri açmaqsa, özünüzü bir açılış günündə, müştərilərin, işçlərin sizi salamlamasını təsəvvür edin.

3. Keçmişi gözünüz önündə canlandırın.
Daha əvvəl harda olduğunuza, bu günə çatmaq üçün nə qədər yol qət etdiyinizə diqqət edin. Bu zaman hədəflərinizə nə qədər yaxınlaşdığınızı və nə zaman, hansı yerdə xəta etdiyinizi anlayacaqsınız. Bu sizin gələcəkdə doğru yolda getməniz üzün bir bələdçi rolunu oynayacaq. Yolda gedən bir sürücünü düşünün, yalnız önünə baxarsa, geriyə baxmazsa nələrlə üzləşə bilər? Zaman-zaman geriyə baxmaq ən az sürücünün yolu qəzasız davam edə bilməsi qədər yararlıdır.

4. Böyük xəyallar qurun.
Gələcəyinizlə bağlı əsrarəngiz şeylər haqda düşünməkdən qorxmayın. Belə düşünməniz qısa müddətli uğursuzluqlarınızla mübarizə apara bilməkdə sizə kömək olacaq. Uzun bir zamandan sonra sevdiyinizə qovuşacağınızı düşünün. Onu qarşılamağa gedərkən yağışın yağması sizə mane ola bilərmi?

5. Özünüzü daim inkişaf etdirin.
Hədəfləriniz, xəyallarınızla bağlı hər şeyi öyrənin. Oxuyun, qulaq asın, danışın, sınaqdan keçirin. Həkim olmaq istəyirsinizsə, həkimlərlə danışın, təcrübələrindən faydalanın, işlərinə baxmağa çalışın.

6. Özünüzə bir örnək tapın. 
Sizə həyatda bir şeylər öyrədə biləcək, ondan nələrisə öyrənə biləcəyiniz birini tapın. Əgər yaxın çevrənizdə belə bir insan yoxdursa, o zaman tanınmış bir siyasətçini, alimi, iş adamını örnək ala bilərsiniz. Uğura çatmaq üçün onların hansı yollardan keçdiyini öyrənmək, sizə öz yolunuzu mübariz getməkdə kömək olacaq.

7. Uğur hekayələri oxuyun.
Gündəlik qəzetlərdə, jurnallarda ilham verə biləcək, sizi uğura həvəsləndirinə yazılar ,uğur tərənnüm edən mahnılar, filmlər sizə yaxş bələdçi ola bilər.

8. Öyrənməyə davam edin.
Ən önəmli şey məhz daima öyrənməkdir. Bundan əsla yorulmayın. Maraq göstərin. Sizi maraqlandıran şeyləri mütləq öyrənin.

9. Hədəflə çalışın.
İşlərinizi planlı qurun. Hədəfəin nə olduğunu bilmədən ona çatmaq çətindi. İşini şansa həvalə etmək o qədər də yaxşı fikir deyil. Tanınmış bir deyimi xatırladım. “Uğur- Bu tamamən bəxtə bağlıdır. İnanmırsınızsa uğursuz insanlardan soruşun” Hədəflə çalışın, bu sizə uğuru və onun nəticəsini bəxş edəcək.

10. Özünüzü mükafatlandırın.
Özünüz üçün sevdiyiniz şeylərdən xüsusi hədiyyələr hazırlayın. Kiçik belə olsa uğur qazandığınızda özünüzə hədiyyə edin. Gərgin işdən sonra bir şam yeməyini və ya bir səyahəti, ən azı sevdiyiniz nəyisə özünüzə almağı sonraya saxlamayın.

11. Doğru sözlər danışın.
Gündəlik danışmalarınızda “bunu bacararam”, “bir həll yolu taparam”kimi kəlimələrdən istifadə edin. Danışdığınız sözlərin sizin gördüyünüz işlərdə çox təsirli ola biləcəyini unutmayın.

12. Fasilə etməyi bacarın.
Bir şeyə əsəbləşdiyinizdə, canınız sıxıldığınızda bir az dayanın, fasilə edin. Hadisələr haqda yenidən düşünüb, ağıllı qərara gəlib işə davam etmək olar.

13. Hərəkət etməzdən əvvəl iki dəfə düşünün.
İki dəfə eşidib bir dəfə danışmaq üçün iki qulağımızın bir ağzımızın olduğunu eşitməmiş deyilsiniz hər halda. Buna görə də bir hadisə baş verdiyində hərəkət etmədən öncə mütləq iki dəfə düşünün.

14. Hadisələrə reaksiya deyil cavab verməyi bacarın.
Əgər hadisəyə reaksiya versəniz, səbəbin üzərindən keçmiş, yalnız həmin andakı hadisəyə köklənmiş olacaqsınız.

15. Sahib olduğunuz şeylərə dəyər verməyi bilin.
Dostlarınız, ailəniz, karyeranız, sağlamlığınız-bunların hər biri xoşbəxtliyiniz üçün səbəb ola bilər. Həyatımızda pis şeylər nə qədər olursa olsun, yaxşı olanlar üçün şükr etməyi bilməliyik.

16. Kiçik uğursuzluqlara görə ruhdan düşüb geri çəkilməyin.
Hər zaman xoşbəxt olmaq vacib deyil. Xoş günlərlə yanaşı əlbət pis günlər də olacaq. Amma bunlara görə əsla üzülməyin. Dərd də, problem də keçicidir. Yetər ki, gələcəyə olan inamınızdan əsla vaz keçməyin. Uğur sizi gözləyir…

2 şərh

Rejissor-qiz
Bu saytı və uğur, müvəffəqiyyətlə bağlı məqalələri oxumağı çox sevirəm. Yaxşı ki, varsan KAYZEN.AZ