"Ölüm ya olum"

Əlbəttə ki, həyatda uzun illər çətinliklərlə qarşılaşmaq da olar, uzun illər bu çətinliklərin ağrısı ilə yaşamaq da. Ancaq həyatımızın müəyyən mərhələsində bir qərara gəlməli və gələcəyə «yolumuzu açmaq» üçün hər şeyi unutmalıyıq. Hətta, lazım gəlsə, bu yolda dəyişməyə də hazır olmalıyıq. Lap qartallar kimi...eagle
Qartal quşlar  arasında ən uzunömürlü olanlardandır. Hətta, 70 ilə qədər yaşayan qartallar da yox deyil. Ancaq bu yaşa çatmaq üçün qartal 40 yaşında çox ciddi və çətin bir qərar qəbul etməlidir. Çünki bu yaşa çatanda qartalın pəncələri sərtləşir. Və buna görə də, o, ovunu tuta bilmir. Təbii ki, məsələ bununla da bitmir. 40 yaşına çatanda qartalın dimdiyi uzanır və əyilir, qanadları yaşlanır və ağırlaşır, tükləri pırtlaşır və qalınlaşır. Bu yaşdan sonra qartal artıq uça bilmir. İndi o iki yoldan birini seçməlidir. Yəni, ya ölməli ya da «yenidən doğuş»un acı və çətin sınağına dözməlidir...
Bu «yenidən doğuş» təqribən 150 gün davam edir. Əgər qartal yaşamağı seçirsə, bir dağın təpəsinə qalxır və orada artıq uçmasına ehtiyac olmayan bir yerdə yuvaqurur. Bu yeri tapdıqdan sonra qartal dimdiyini sərt bir qayaya vurmağa başlayır. Nəticədə, qartalın dimdiyi düşür. Qartal bir müddət yeni dimdiyinin çıxmasını gözləyir. Dimdiyi çıxandan sonra yeni dimdiklə dırnaqlarını çıxarır. Yeni dırnaqlar çıxanda isə qartal bu dəfə tüklərini yolmağa başlayır. 5 ay sonra isə qartal ona 20 il, bəlkə də daha uzun bir həyatın yolunu açan məşhur uçuşuna hazır olur...
Əgər siz də dəyişməyi qərara alırsınızsa, bütün gücünüzü toplayın və keçmişinizi «həyatınızdan çıxarın». Deməli, artıq dəyişməyə başlamısınız…    
Ailəm jurnalı
 
 

3 şərh

Ramil
Çox maraqlı məlumatdır. Qartalların erkəkləri həyatları boyu bir dişi ilə cütləşir və eyni yuvadan istifadə edirlər. Qartalların bədən quruluşları da hər cəhətdən qüsursuzdur. Bir sözlə qartal elə qartaldır.
imtogrul
məni daha çox maraqlandıran qartalın bu müddət ərzində aclığa qarşı tab gətirə biləcək qədər möhkəm olan iradəsidi…
velili_hemide
məqaləni yazarkən məndə eynən bunu fikirləsdim. 150 gün müddətində ac qalmaq…