Yaponsayağı balıq tutma

Çox vaxt rahatlıqdan əl çəkib, öhtəsindən gələ biləcəyi ölçüdə problemlərlə boğuşmaq insanları güclü və həyata daha çox bağlı edir. Bunun ən gözəl nümunəsi Yapon balıqçıların tapdığı üsuldur.

Yaponlar bir ada cəmiyyəti olaraq təzə balığı hər zaman çox sevirlər. Lakin, Yaponiya sahillərində bol balıq az tapıldığından balıqçılar əhalini təlabatını ödəmək üçün daha böyük gəmilərlə okeana gediblər. Başlanğıcda balıq tutmaq məqsədilə uzaqlara gedildiyi üçün geri qayıtmaq daha uzun vaxt çəkmişdi.  Geri qayıtmaq bir-iki gündən çox olarsa, tutulan balıqlar köhnəlirmiş. 

Yaponlar  köhnə balığın dadını fərqini anlayıb ləzzətini heç sevməmişlər. Bu problemi həll edə bilmək üçün, balıqçılar gəmilərində soyuq hava anbarı düzəltdiriblər. Beləcə istədikləri qədər uzağa gedib-gələ biliblər və tutduqlarını da soyuq hava anbarında dondurulmuş olaraq saxlaya biliblər. Ancaq, Yapon xalqı  bu dəfə də təzə balıqla donmuş balığın ləzzət fərqini ayırd etmiş və bu balıqlara çox pul ödəmək istəməyiblər . 

Bundan sonra balıqçılar çarəni gəmilərinə balıq akvariumu yerləşdirməkdə tapıblar. Yapon xalqı bu dəfə də canlı olmasına baxmayaraq bu balıqların da ləzzətindən bir fərqlilik hiss etmişlər. Hərəkətsiz, uyğunlaşmış bir vəziyyətdə günlərlə yol gedən balığın, canlı, diri və hərəkətli balığa görə ləzzəti çox fərqliymiş.

Sonunda Yaponlar təzə və ləzzətli balığı süfrələrə gətirə biləcəkləri tam fərqli bir yol tapmışlar: Balıqları yenə gəmidəki akvariumlarında saxlayarkən içinə kiçik bir köpəkbalığı atıblar. Beləcə balıqların bir qisimi köpəkbalığı tərəfindən yeyilməsinə baxmayaraq yerdə qalanlar son dərəcə təzə qala bildilər .

0 şərh