E-mailim olsaydı,microsoftda süpürgəçi işləyərdim

İş axtaran bir adam süpürgəçi işləmək üçün dünyanın ən varlı biznesmeni Bill Qeytsin kompüter texnologiyalarının istehsalı ilə məşğul olan “Microsoft” şirkətinə müraciət edir. O, kadrlar şöbəsinin keçirdiyi bütün sınaqlardan uğurla çıxır və işə qəbul olunur. Rəsmi müqavilənin elektron formasının göndərilməsi üçün kadrlar şöbəsinin işçisi ondan e-mail ünvanını istəyir. Amma həmin şəxs utana-utana: “Mənim e-mailim yoxdur”, – deyə bildirir. Şirkətin əməkdaşı isə buna cavab olaraq: “Bağışlayın, şirkətimizin prinsiplərinə görə e-maili olmayanın özü də mövcud deyil və bu səbəbdən biz sizi işə götürə bilmərik”, – deyir.

Bütün ümidləri puç olan adam “Microsoft”u tərk edərək yeni iş yeri axtarmaq üçün küçəyə çıxır. Yolda boş-boş gəzməkdənsə, heç olmazsa evinə pul aparmaq üçün xırda alver etmək qərarına gəlir. Bir marketə girərək cibindəki bütün pula – cəmi 10 dollara (!) – pomidor alır. Qapı-qapı gəzərək iki saat ərzində bütün malını satır və ikiqat xeyir qazanır. Axşama kimi bir neçə dəfə bu yolla alver edir və həmin gün sərmayəsini 80 dollara çıxarır. Pomidor alveri ilə məşğul olaraq, günü-gündən ticarətini genişləndirən qəhrəmanımız 5 ilə ABŞ-ın ən böyük ərzaq tədarük edən şirkətlərindən birinin sahibi olur. Artıq ailəsi, sağlamlığı, təhlükəsizliyi haqqında fikirləşir və həyatını sığortalamaq üçün bir şirkətə müraciət edir. Sığortaçı öz xidmət paketini göndərmək üçün ondan e-mail ünvanını istəyir. Amma qəhrəmanımız yenə də elektron poçtunun olmadığını deyir. Sığortaçı heyrətlə: “Çox maraqlıdır, sizin e-mail ünvanınız olmadığı halda belə nəhəng bir şirkət qura bilmisiniz. Gör indi e-mailiniz olsaydı, nələr etmişdiniz?” – deyə təəccübünü gizlədə bilmir. Amma həmin şəxs əhvalını pozmadan: “E-mailim olsaydı, indi “Microsoft”da süpürgəçi işləyərdim!!!” – deyir.
Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR
 

19 şərh

fidan

Bu hekayədən nə nəticə çıxdı? Bəlkə ətraflı yazasız.

2ral
Yəni ki,insan ən çətin anda belə özünü itirməməlidir. Bəzən pis görününən şeyin yaxşı tərəfi olur.
İqtisadiyyatda opportunity cost(alternativ xərc) deyilən bir şey var. Yəni ki,insan bir şeyi seçəndə digərini qurban verir. Yəni dövlət əlindəki pulu nəqliyyyata çox sərf edəndə səhiyyə korluq çəkir(ekonomiks haqda yaxın gələcəkdə bloqlarda yazı olacaq).
Elmi dildə desək bizim bu süpürgəçi alternativ xərcini düzgün hesablayır.
Elvin85
Burdan çıxan nəticə bu ki, hər bir işdə bir xeyir var, hətta rastlaşdığımız uğursuzluq belə gələcək uğurun təməli ola bilər, sadəcə biz bundan xəbərsizik. Ona görə də ruhdan düşməmək, düşməmək, düşməmək lazımdır.
ramzes
O süpürgəçi deyil  şirkət  rəhbəridi


Elvin85
Təşəkkürlər, təəssüf ki, Çörçilin bu sözlərini oxumadığımdam velosipedi yenidən kəşf etməli öz cümləmlə yazmalı oldum. :)
Leyla
yeri gəlmişkən, изобретать велосипед bizim dildə necə olur?
2ral
ən yaxşısı budur-özündən amerika kəşf etmək:)
doYwanka
TERCUMESIN BILMIRSENKI ??
Kataloq
Heyif ki bu məsəli originaldan götürüb tərcümə etməmisiniz. Originalda o pomidor yox, çiyələm idi.
şərh silinmişdir
şərh silinmişdir
Arzt
Maraqlı materialdır.Teşekkür.
Shabnam_Ilham
Sonda deyilən sözlər isə lap yerində deyilib… Xırda bir şeydən bu qədər uğur qazanmaq isə əladı…
soni_memmedzade
cox maraqlidir.əllərinizə saglıq.vaxtında və yerində edilən hərəkət həmişə alqışlanır.«hər şərdə bir xeyir var.»məsəli burada yerinə düşür
məryam
Oxumuşam bunu. teşekkürler. Heqiqtende maraqlı hekayedi.
aysel95
hetda rastlawdigimiz ugursuzluqlar bele gelecekde ugur getire biler.
Diamonds
Oxumuşam. Naraqlıdır.