Ən yüksəkdəki qurbağa

Günlərdən bir gün qurbağaların yarışı varmış. Hədəf, çox yüksək bir qüllənin təpəsinə çıxmaqmış. Qurbağalar da yoldaşlarını seyr etmək üçün toplanmışlar.
Yarış başlamış. Gerçəkdə tamaşaçılar arasında heç biri yarışmacıların qüllənin təpəsinə çıxacağına inanmırmış Yalnız bu səslər eşidilə bilirmiş:
"Yazıqlar"
"Heç bir zaman bacara bilməyəcəklər!"1 qurbağa lap başa çıxdıYarışmağa başlayan qurbağalar qüllənin təpəsinə çata bilməyincə tək-tək yarışı buraxmağa başlamışlar. içlərindən yalnız biri inadla, qorxmadan qülləyə dırmaşmağa çalışırmış.
Tamaşaçılar qışqırırlarmış:
"Yazıqlar" Heç bir zaman bacara bilməyəcəklər!...
Sonunda biri xaric, digər qurbağaların hamısının ümidləri qırılmış yarışı buraxmışlar. Amma qalan son qurbağa böyük bir səy ilə mübarizə edərək qüllənin təpəsinə çıxmağı bacarmış.
Digərləri heyrət içində bu işi necə bacardın öyrənmək istəmişlər. Bir qurbağa ona yaxınlaşmış, soruşmuş bu işi necə bacardını deyə. O anda fərqinə varmışlar ki... Qülləyə çıxan qurbağa kar imiş!

MƏNFİ DÜŞÜNƏN İNSANLARI EŞİTMƏYİN....
ONLAR ÜRƏYİNİZDƏKİ ÜMİDLƏRİ OĞURLAYARLAR!

 

5 şərh

Fianda
Əladı.son cümlələrsə super.
Xrizoberil
Həqiqətəndə elədir! Bəzən ona görə kar olmaq, deyilənləri eşitməməzliyə vurmaq lazımdır.
hellion-n
ona gorede hemiwe ireli can atmaq qiraqda fealiyyetsiz diyananlara ise ehemiyyet vermemek lazimdir
ayxansevda
super nikbinlk nümunəsi həmişə pozitiv olmaq daima irəli. yadda qalan hekayəyə görə təşəkkürlər
ayxansevda

super buna görə də daima irəli nikbin pozitiv inadkarcasına