86400 Saniyə...

Bankda bir hesab sahibi olduğunu düşün, hesabına hər səhər 86.400 dollar pul qoyulur, lakin bu pulun hamısını axşama qədər xərcləmək məcburiyyətindəsən, sabahısı günə transfer edilə bilməz. Pulu istifadə etsən də istifadə etməsən də hesab hər axşam sıfırlanır. Nə edərsən? Təbii ki hamısını xərcləməyə çalışarsan; Hamımız, Zaman adlı bu bankın müştəriləriyik;


Hər səhər 86.400 saniyəyə sahib oluruq; sabaha transfer edilə bilməz, Hər səhər hesabımız dolar, hər axşam boşalar. Geriyə qayıtmaq mümkün deyil, saniyələrini bu anları yaşayaraq xərclə, ən yaxşısı bunlara sərmaye qoy:

Xoşbəxtlik, sağlamlıq və müvəffəqiyyət üçün. Zaman qaçır. Hər gün üçün ən yaxşısını et.

Bir ilin dəyərini anlamaq üçün sinifdə qalmış bir şagirddən soruş.

Bir ayın dəyərini anlamaq üçün, 8 aylıq bir körpə doğuran anadan soruş.

Bir həftənin dəyərini anlamaq üçün, həftəlik jurnal çıxaran hövsələli bir jurnalistdən soruş,

Bir saatın dəyərini anlamaq üçün, qovuşmağı gözləyən sevgililərdən soruş.

Bir dəqiqənin dəyərini anlamaq üçün, qatarına gecikən yolçudan soruş.

Bir saniyənin dəyərini anlamaq üçün, bir qəzanı önləyə bilməyən sürücüdən soruş.

Bir saniyənin yüzdə birinin dəyərini anlamaq üçün olimpiadalarda gümüş medal qazanan qaçışçıdan soruş.

Hər anını qiymətləndir, hər dəqiqəni çox xüsusi biriylə paylaş. Zamanına ortaq edə biləcəyin qədər xüsusi biriylə.

Unutma! Zaman heç kim üçün dayanmaz. Keçmiş zaman tarixdir. Gələcək zaman sirlər, məchullarla doludur.

Yalnız bu an sənə verilən gerçək bir hədiyyədir.

 

3 şərh

2ral
başqasına ağıl verib axtarışdan istifadə öyrətməzdən əvvəl baxmaq lazımdır ki öz yazın da təkrar olmasın.
ORIGINAL
2ral,Kiməsə ağıl qoymuram,sadəcə bildiyimi paylaşmışam!
Təşəəkürlər,təkrar olduğunu bildirdiyiniz üçün.Amma mən google-də bu yazının bir hissəsini axtarış edəndə tapmadı,nəticə də çox az idi…