Düşüncə perspektivi

Gözəl bir söz var: “Güllər arasında tikanı yaratdığı üçün Allaha şikayət etmək əvəzinə,tikanlar arasında gülü yaratdığı üçün Allaha şükür etmək lazımdır”.Deməli,bir-birindən gözəl,rəngarəng gülləri olan bir bağçada şikayət etmək mümkün olduğu kimi,şükür etmək də mümkündür.Ətrafımızdakı şeylərə baxıb məyus olmaq da,sevinmək də öz əlimizdədir.Necə deyərlər,əsas məsələ hara baxmaq yox,necə baxmaqdır.Elə isə əşya və hadisələrə necə baxmaq lazım olduğunu bilsək,zahirən çoxlarına çirkin görünən şeylərdə də saysız-hesabsız gözəlliklər görə bilərik.Çünki hər şey ya birbaşa,ya da nəticə etibarı ilə gözəldir.Ancaq bu gözəllikləri görə bilmək üçün insan bəzi xüsusiyyətlərə malik olmalıdır.
düşünün və şükür edinSəbir də,uzaqgörəmlik də,nikbinlik də bu xüsusiyyələrdəndir.Yarısına qədər boş olan bir stəkan üçün “yarısına qədər boşdur” demək mümkün olduğu kimi, “yarısına qədər doludur” demək də mümkündür.Deməli,əsas məsələ əşya və hadisələrə necə yanaşmaqdır.Uca Allah kainatda heç bir şeyi boş yerə yaratmamışdır.Elə isə əşya və hadisələrə ibrətlə baxa bilsək,onların Uca Allahın isimlərini tərənnüm etdiyini görərik.


Əgər ətrafımızdakı gözəllikləri görə bilmiriksə,müəyyən şablomlar daxilində düşünməkdən əl çəkməli,əşya və hadisələrə baxış bucağımızı dəyişməliyik.O vaxt güllərin arasındakı tikanları yox,tikanların arasındakı gülləri görə,həyatımızda kəşf edilmiş nə qədər gözəlliklələ qarşılaşarıq.Çünki, “gözəl görən gözəl düşünər,gözəl düşünən həyatından ləzzət alar”...

Mənbə: “Ailəm” jurnalı

Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
Optimist olun!


 

6 şərh

Karizma
tamamile dogrudur.Men de eleyem
Nurane Shahbazova
Bir sozle,mukemmelsiniz :))))..Tesekkurler…
Bakılı
Cox maraqli idi. Optimist olmaq lazimdi, onda həyat daha maraqlı və rəngarəng olur.
seyran
Əlbətdəki siz deyən kimi ,yəni optimist olmaq daha yaxşıdır. Ancaq bəzən nələrsə bizə tikanlar arasında gülləri görməyə mane olur. Xəbərə görə sağ olun.
Rene
Düzdür, amma bəzən gözəl düşünmək də yetmir… :(( Necə deyərlər, mərdi qova-qova namərd edirlər..  Nə bilim, yenə də Allah ən doğrusunu bilir, inşaAllah Ona inanan qullarının sonunu xeyir edər… İnanmayanlara da hidayət verər…
Gülnar
Şablon yazılır mən bilən. Maraqlıdır çox adam "şablom" yazır.