Risk Fəlsəfəsi

Dünya səyahəti belə ilk olaraq bir addımla başlayır.
Hətta, Tısbağa belə irəli getmək üçün başını çanağından çıxartmaq məcburiyyətindədir.
Gülmək; «SAF» deyilməsi riskini 
Ağlamaq isə; «ROMANTİK» görünmə riskini…
Birinə yaxınlaşmaq; "ÖZÜNÜ vermək" riskini,
Hislərini etiraf etmək; "ÖZÜNÜ ortaya qoyma" riskini,
Xəyalları və düşüncələri nümayiş etdirmək; «ONLARI başqasına verməmək» riskini 
Sevmək; «QARŞILIQ görə bilməmə» riskini…
Yaşamaq; "Ölmək" riskini 
Umidlənmək; «xəyal qırıqlığına uğrama» riskini
Çalışmaq isə; «müvəffəqiyyətsiz olmaq» riskini QƏBUL ETMƏKDİR ...

Amma risklərlə üzləşməyi bacarmalıyıq, çünki həyatımızın ən böyük riski heç bir risk etməməkdir. Heç bir riskə imza atmayan insan bəlkə də kədərdən, problemdən uzaq ola, qoruna bilər, amma inkişaf edə, sevə bilməz, dəyişə bilməz, hiss edə, öyrənə bilməz. Zəmanət axtarışıyla zincirlənmiş bir qul olaraq yaşayarkən, azadlığını qurban vermək məcburiyyətində qalar. Ancaq və  Ancaq Risk etməyə cəsarəti olan adam azaddır.
 

7 şərh

Shabnam_Ilham
Yuxarıda qeyd olunanlar gülmək, ağlamaq riski və başqalarını demək olar ki, gündəlik həyatımızda bir çox adamlar qəbul etməkdədirlər. Həyatın özü də təzadlar üzərində qurulub, bir gün yaxşı bir gün pis keçə bilər həyatımız. Deyərdim ki, günümüzdə çox adam risk edir, amma azad adam çoxdurmu, azdırmı onu deyə bilmərəm. Topik üçün təşəkkürlər bu arada :)
Aysel77
MaksiMuS yuxarıda böyük bir tamın kiçicik bir hissısini təqdim etdiyini düşünürəm.Təbii ki yuxarıda qeyd olunan riskləri etdikdə insan azad olmur.Bu sadəcə stimullaşdırıcı və istiqamətləndirici bir şeydir.Bu kiçik risklərdən başlamaq lazımdır!
soni_memmedzade
çox sağ olun Səbuhi bəy əllərinizə qüvvət.fikirləriniz yazdıqlarınız daima tərifə layiq olub.həyat özü elə başdan -ayağa riskdir.o fikriniz çox xoşuma gəldi ki risk etməyə cəsarəti olan adam azaddır.bəli.xeyrini,müvəffəqiyyətini fikirləşib iş tutsaq türklər demiş alınmayanda hayel kırıklığına uğrayarıq.təşəkkürlər
aliyeva_sona
mövzu budu bax. yoxsa sevgi romantika qarşılıqsız məhəbbət və s cansıxıcı mövzular. burda bir şey əlavə edərdim «ağlamaq» — «zəif görünmək, zəiflik » riskini qəbul etməkdir. sevmək isə anaya balaya sevgi də olur ona görə bu risk tam deyil
MaksiMuS
Hər Kəsin öz dəsti xətti, maraq sahəsi var Xanım qız… O ki qaldı toxunduğunuz nüansa, bu ümumən deyilmiş fikirdir.
soni_memmedzade
hardasa Nüsrət Kəsəmənli haqda oxumuşdüm,onun belə bir cümləsi vardır ki,heç vaxt unutmaram.HƏYATDA ƏN ÇOX DƏYƏR VERDİYİM İNSAN RİSK ETMƏYİ BACARAN İNSANDIR
Arzt

Qısa olsa da fikri açıq ifadə etmisiniz. Təşəkkürlər. Risk həyatı sözün əsl mənasında yaşamağın tək yoludur.