Рейтинг
+144.88

uğur psixologiyası

147 üzv, 185 topik

Axtardığın cavab sualından asılıdı.!

İrəliyə gedən insanlarla yerində sayan insanların arasındaki ən böyük fərqlərdən biri də Özü-özünə  düşünərkən özünə verdiyi sualların fərqli olmasıdır. Sualın verilmə forması bizi irəliyə də apara bilər, geriyə də. Məsəlçün: Necə Google-də cavabını axtardığımız söz, fikir, ifadə nə qədər dəqiq olsa o qədər tez və konkret cavab qarşımıza çıxacaq, eləcədə beynimizə verdiyimiz sualın forması da ona uyğun cavabı bizə verəcəkdir. Necə Googledə qeyri-dəqiq formada axtarış etdiyimizdə Google bizə «Bunu mu», «Bəlkə bunu» deyə suala sualla cavab verir, beynimiz də qeyri-dəqiq sual qarşısında cavab əvəzinə sual verir.
Ardı →

Qazanmaq istəyirsənsə, İtirmək qorxusuna qalib gəl

Hər kəs qazanmaqdan bəhs edir. Halbuki itirmək də qazanmaq qədər təbii haldı. Üstəlik hər itgi əslində bir qazancdır. Yaxşı, itgi necə qazanca çevrilir bilirsiniz?
Bu da  cavabı… İtirmək qazanmaq qədər təbiidir. İtirməyi bilmək qazanmağı bilmək qədər əhəmiyyətlidir. Çox kitablar necə qazanacağımız haqda yazır. Həmişə qazanmağı öyrədirlər. Doğrudur. Qazanmaq üçün oynarıq, işləyirik həmişə. Kimsə itirmək üçün heçvaxt öyrənməz, çalışmaz, yaşamaz. Halbuki itirmək həyatın axışı içində var olan və var olacaq bir vəziyyətdir. Hər zaman qazana bilmərik. Itirdiyimiz an da olar, olacaq. 
Davamı →

İnamın gücü

Deməli günlərin bir günü bir biznesmen var idi. Bunun işi heç getirmirdi. Kreditin içində batırdı, bunun tədarükçüləri pullarını tələb edirdilər. Bir gün o parkda oturub, başını əllərinin arasına alıb, nece bankrot olmayacagının yollarını düşünürdü........
Birdən, heç yerdən olmayan kimi, 1 yaşlı kişi buna yaxınlaşır… «Oğlum, səni ne isə narahat edir, danış mənə ürəyindəkiləri» dedi o yaşlı. :
Biznesmenin sözlərini dinlədikdən sonra, qoca, «Mənə elə gəlir ki, mən sənə kömək edə bilərəm..»
Yaşlı, bu kişinin adını soruşub, çekin üstünə yazir. Çeki uzadıb, «Al bunu. Mənimlə düz 1 il sonra burada görüş. Bu borcumu qaytararsan o zaman», dedi və çönüb getdi. Biznesmen əlini açınca, $500,000 məbləğində çek gördü. Yaşlının adı isə, John D. ROCKEFELLER...
Biznesmenin sevincinin həddi- hüdudu yox idi. Bütün problemlərini həll etmiş ola bilərdi.


Ardı →

Meditasiya

Meditasiya – latıncadan “meditatio”, “meditor” – düşünürəm, ayırd edirəm mənasını  ifadə edir. Meditasiya insan zehnini bir fikrə cəmləyir, bədəni sakitləşdirir və düşüncəni  başqa aləmə yönəldir.Meditativ məşqlər müxtəlif olur. Bəzən meditasiyanın bir neçə üslublarını birləşdirib mürəkkəb  meditasiya edirlər.



Ardı →

Maslounun tələbatlar piramidası və Azərbaycan cəmiyyəti

"İnsan kim olmağı bacararsa, elə o da olmalıdır. Əks halda o, özünə xəyanət edir". Bu sözlər humanistik psixologiyanın «ata»sı Abraham Maslouya məxsusdur.

Bu kəlmələri onu müasiri Sartrla yaxınlaşdırır. Sartr kimi, Maslou da təkrarlayırdı ki, insan seçdiyi yola və kim olduğuna görə özünə cavabdehdir. Bir dəfə Maslou auditoriyasına söyləmişdi: "Əgər siz qabiliyyətinizin imkan verdiyindən daha az əhəmiyyətli adam olmağa razılaşırsınızsa, xəbərdarlıq edirəm — sizi həyatınızda böyük bədbəxtliklər gözləyir". Digər mütəfəkkir — Erix Fromm kimi, Maslou da əmindi: Xoşbəxtlik — düzgün seçilmiş yolun "əlavə məhsulu«dur, seçimin doğruluğunun göstəricisidir. Maslou əksər filosof və psixoloqlardan fərqli olaraq, fikirlərini sadə dillə ifadə etməyi bacarırdı. Ona görə də əsərləri 100 minlərlə tirajla yayılırdı. Odur ki, 62 yaşında 1970-ci ildə vəfat etmiş alim peşəkar diqqətin çərçivəsindən kənara çıxaraq həm də qeyri-peşəkarların maraq obyektinə çevrildi. Bir sözlə, mədəniyyət sferasına daxil oldu və bu səbəbdən də fikirləri dəfələrlə təhrifə məruz qaldı.


Ardı →

Müsbət israr üçün gözəl nümunə

Çində Bambuk ağacının yetişməsi, müsbət israr üçün gözəl bir nümunədir. Çinlilər bu ağacı belə yetişdirir:
Əvvəl ağacın toxumu əkilir,sulanır və gübrələnir.
Birinci il toxumda hər hansı bir dəyişiklik olmaz.
Toxum yenidən sulanıb gübrələnir.
Bambuk ağacı ikinci ildə də torpağın xaricinə bəhrə verməz.
Ardı →

Bu adamı heç kim dayandıra bilməz

Glenn Cunninghamın 5 yaşında ayaqları dəhşətli bir şəkildə yandıqdan sonra şikəst olmuş və həyatının qalanını əlil arabasına məhkum keçirər düşüncəsi ilə həkimlər tərəfindən öz halına buraxılmışdı. «Bir daha yeriməsi mümkün deyil. Heç şansı yoxdur» demişdilər. Həkimlər ayaqlarını yoxlamışdılar amma Glenin ürəyini diqqətə almamışdılar.
Ardı →

Simiclik və xəsislik

Simiclik və qənaətcillik arasında keçən sərhəddin dəqiq yerini öyrənmək üçün balaca bir araşdırma apardım. Sən demə elə pulu olan simic olar və qənaət edər. Pulu olmayan isə qənaətin nə olduğunu bilməz. Daha aydın olmaq üçün milyonçuların yaşam tərzini bir araşdıraq.


Ardı →

Birinci qanun:Heç vaxt özünü rəhbərdən yüksək tutma

Qanunun məzmunu

Həmişə rəhbərin yuxarıda özünü rahat hiss etməsinə nail olmağa çalışın.Öz istedadınızı nümayiş etdirərək onun yoluna çıxmaqda və ya özünüz haqqında yaxşı təəssürat yaratmaqda çox da uzağa getməyin.Yoxsa əks nəticəyə düçar olmaq təhlükəsi əmələ gələr:onlarda qorxu və inamsızlıq hissi yaradarsız.
Rəhbərinizi məcbur edin ki,onlar özlərinə əslində olduqlarından daha əzəmətli görünsünlər.

Ardı →