Məktəb həyatı...Həyat məktəbi
Samuel Butler; «Yaşamaq, çoxluq qarşısında tək başına skripka çalmaq kimidir, skripka çalmağı da skripka çalarkən öyrənməkdir»- deyər. Bir çoxumuzun, «necə yaşamalı?» sualının cavabını yaşayarkən öyrənməmizin gözəl bir izahıdır.
Həyatımız iki etaplı bir oyuna bənzəyir. Birinci etap məktəb həyatı, ikinci etap isə həyat məktəbi dövrüdür. Ortalama insan ömrünün 70 il sayıldığını nəzərə alsaq, ömrümüzün dörddə biri məktəb həyatında, dörddə üçü həyat məktəbində keçir.
Məktəb həyatı bitincə həyat məktəbi başlar. Hər nə qədər məktəb həyatının məqsədi insanı həyat məktəbinə hazırlamaq olsa da, bir çox alimin haqlı olaraq bildirdiyi kimi; «həyat məktəbində ən çox lazım olan məlumatlar, məktəb həyatında öyrədilməyənlərdir.»
Məktəb həyatında, «Həyat bilgisi» dərsi olduğu halda, həyat məktəbində bildiklərimiz niyə köməyə gəlmir? Çünki məktəblər bizi həyata deyil, imtahanlara hazırlayır. Gündəlik həyat bacarıqları qazandırmaq üçün deyil, akademik məlumat toplamaq üçün çalışır.
Ardı →