Рейтинг
+144.88

uğur psixologiyası

147 üzv, 185 topik

Motivasiyanı bərpa edən amillər

Uzun və sıxıcı bir gündə motivasiyaya ehtiyac varsa, sağlam bir yemək, istirahət və bir az da əyləncə əhvalı yüksəltməyə və motivasiyanı gücləndirməyə yetərlidir. Əhvalı və enerjinizi artırmağa şokolad dadmaq, yasəmən qoxulu otaqda yatmaq və istirahət etmək, sevgi dolu olmaq, qızartma balıq yemək, boş vaxtlarda gülməli filmlərə baxmaq da effekt verir.

Qadınların xoşuna gələn manikür işi motivasiyanı gücləndirən amillərdəndir. Çay içmək də faydalıdır. Qan dövranına xeyri vardır.  Təbiətlə vəhdətdə olmaq da önəmlidir. Ekzotik meyvələrdən dadmaq, boş vaxtlarda yoldaşlarınız və ya rəfiqələrinizlə gəzintidə olmaq əhvalı yüksəldən cəhətlərdən hesab olunur. Gözəl bir yuxu və istirahət yenidən motivasiyanı bərpa edən amillərdən biridir.


Sıxıldığınız hallarda fasilə edin. Bu sizin hadisələrə fərqli perspektivdən yanaşmanızı təmin edəcək. Məsələn, həyat yoldaşınızla hər hansı probleminiz var və ya işdə hansısa çətinliklərlə qarşılaşmısınız, ani reaksiyalardan qaçın, fasilə edin, ətraflı şəkildə düşünün və sonra hərəkətə keçin. Bununla yanaşı, davamlı şəkildə çalışmayın, fasilə etməyi bacarın. Baltanızı tanımadan yeni odunlar kəsməyə hazırlaşmayın.

 





Davamı →

Gənc milyoner

Bella WeemsAmerikalı Bella Vims doğum günündə ailəsindən avtomobil istədi. Ailəsindən «qazan, özün al” cavabını alanda qarşısına məqsəd qoydu və zərgərlik dizaynı ilə 250 milyon dollar qazandı.
Atasının verdiyi xərcliklə dolanan gənc qızın üç ilin içində 250 milyon dollarlıq dövriyyəsi olan bir şirkət qurması inandırıcı olmaya bilər. Ancaq amerikalı Bella Vims bu möcüzəni gerçəkləşdirdi.

14 yaşında öz işini qurdu

Zərgərlik dizaynerliyinə həvəsi olan Bella əvvəlcə dostlarını müştəri olaraq seçdi. Sonra „Oriqami Oul” adı altında qurduğu şirkətlə özü kimi daş-qaş dizayneri olanları bir yerə toplayaraq bir şəbəkə qurdu. Daimi olaraq təşkil etdiyi şənliklərdə düzəltdikləri bəzək əşyalarını satmaq imkanı olan fərdi dizaynerlər eyni zaman professional alıcılarla da görüşmək imkanı tapdı.

Qarşıma məqsəd qoydum, milyonçu oldum


Satışlardan əldə edilən gəlirlərin üzərinə bərabər dizaynerlik təlimini də gələndə 2011-ci ildə 280 min dollarlıq bir büdcəyə nail olundu. 2012-ci ildə gəlir 86 dəfə artdı. İndi isə 17 yaşındakı Bella Vims 250 milyon dollarlıq və 25 min müstəqil dizaynerdən ibarət olan bir komandanın başçısıdır.

Aynur Qurbanqızı 
Davamı →

Nigar Köçərlidən uğurun sirri

— “Əli və Nino” kitab dükanları şəbəkəsinə qədərki yolunuz.
— 1995-ci ildə Bakı Dövlət Universitetinin Mexanika və Riyaziyyat fakültəsini bitirmişəm və bundan sonra müxtəlif xarici qurumlarla işləmişəm. Son işlədiyim yer BMT-nin layihəsi idi. 2001-ci ildə şəxsi bizneslə məşğul olmağa başladım.
— Bizneslə məşqul olmaq üçün məhz kitabları seçdiniz. Niyə?
— Mən uşaqlıqdan kitabları, mütaliəni çox sevirdim. Belə bir qərara gəldim ki, istədiyim işlə məşğul olum. Kitab biznesi mənim üçün ən uyğun olan biznesdir.
— Biznes-ledi sözündən xoşunuz gəlmir. Niyə?
— İş adamı elə iş adamıdır. Fərqi yoxdur, kişidir, ya qadın. Biznes-ledi sözü-kişilərin qadınlara yönlənmiş ironiyasıdır məncə. Sanki işlə məşqul olan qadınlar əslində hansısa oyun oynayır. Bəli, qadın üçün biznes qurmaq asan deyil, amma realdır. Məsələn, mən işimi qura bilmişəm.


Ardı →

86400 Saniyə...

Bankda bir hesab sahibi olduğunu düşün, hesabına hər səhər 86.400 dollar pul qoyulur, lakin bu pulun hamısını axşama qədər xərcləmək məcburiyyətindəsən, sabahısı günə transfer edilə bilməz. Pulu istifadə etsən də istifadə etməsən də hesab hər axşam sıfırlanır. Nə edərsən? Təbii ki hamısını xərcləməyə çalışarsan; Hamımız, Zaman adlı bu bankın müştəriləriyik;


Ardı →

Uorren Baffetin sirləri

Planetin ən varlı insanlarından biri, Berkshire Hathaway-in sədri Uorren Baffet öz vəsaitlərini yerbəyer edərkən sırf qadınlara xas üsullardan istifadə etmişdir.
Baffet bazarı sanki «hiss edir», əlverişli şərait yetişən kimi vəsaitlərini qoyur və xeyli gəlir götürür. Halbuki, başqaları böyük miqdarda pullar xərcləyərək brokerlərə və analitiklərə müraciət edir, bazarın hərəkətini nəzarətdə saxlayırlar, yenə də gəlir onlardan yan keçir.


Ardı →

Xəyal və uğur

“Kor bir adamın dünyası onun yalnız toxunma hissiyyatından ibarətdir. Uğurlu bir adamın  dünyası isə xəyalları boyu uzanır. Böyük xəyallarla yaşayanların uğurları da  böyük olur”, – deyə C. Maksvell qeyd edir.


Həyatda heç bir riski olmayan və çox zövqlü yeganə bir iş var: xəyallara dalmaq. Xəyal dənizində gəmi batmaz. Zamansız və məkansız bir müstəvidə xəyallar quraraq fikirləşərkən, bəlkə də, gələcəyin bir çox uğurlu layihələrinin təməlini atmış olur insan.


Orijinal fikirlər, böyük kəşflər xəyallarla başlamışdır. Xəyal bacarıq qapısının cəftəsi kimidir. Uğurlu işlər, rekordlar ərəfəsində xəyal sanki tramplin rolunu oynayır.


Xəyal etmək dedikdə, əlbəttə ki, hər tərəfi gül-gülüstan, özümüzü isə çəmənlikdə istirahət edən şahzadə kimi fikirləşməyi nəzərdə tutmuruq. Həyatın acı reallığını istəməsək də, qəbul etməliyik. Lakin bu reallıq qarşısında  ümidsizliyə düşməmək, daxili inamı bərpa etmək üçün xəyallarımızdan istifadə etməliyik. Belə demək mümkündürsə, ziddiyyətləri ixtisar etmək üçün “romantik fikirləşib, realist kimi yaşamalıyıq”.


Hərəkətə keçməzdən əvvəl görəcəyimiz işi xəyallarımızda canlandırmaq bizə əlavə motivasiya verər. Xəyallarımızı işə salaraq, “əvvəl hərəkət, sonra motivasiya” kimi səhv düşüncəmizi “əvvəl motivasiya, daha sonra hərəkət” prinsipinə çevirməliyik. Eyni zamanda, xəyal qurmanın əks-təsir verə biləcəyini də nəzərə alaraq, xəyal gücümüzdən yalnız motivasiya vasitəsi kimi yararlanmalıyıq.


Ümid kasıbın çörəyidirsə, onun ən böyük sərmayəsi xəyaldır. İnsan üçün puç olmamış ümidlər və reallığa qovuşmuş xəyallar var-dövlətdən daha əhəmiyyətlidir.


Malik olduğumuz, amma görüb duya bilmədiyimiz elə var-dövlətimiz var ki, ömür boyu bizə baxaraq mövcudluğundan xəbər vermək istəyir. Ancaq nədənsə, biz bu gözü həmişə yumulu formada görürük.


Mənbə SƏMƏRƏLİ İŞ HƏYATI kitabı
Müəllif SƏLİM ÖZDƏMİR


Davamı →

Məqsədsiz olmayın...

Sizcə, həyatda uğur qazanmaq üçün ilk şərt nədir? Bəlkə bilikdir? Bəlkə zəhmətdir? Əslində bunların heç biridir. Həyatda uğur qazanmaq üçün ilk şərt məqsəddir...
1953-cü ildə bir qrup alim Yell Universitetinin məzunları arasında araşdırma aparırlar. Məzunlardan gələcək planlarını və bu planları necə həyata keçirmək istədiklərini yazmağı tələb edirlər. Nəticədə məzunların ancaq 3 faizinin belə «yazılı planları» olduğunu görürlər. İyirmi il sonra alimlər ( yəni 1973-cü ildə) araşdırmada iştirak edən adamlarla yenidən görüşürlər və onların maddi baxımdan qalan 97 faizin hamısından daha yaxşı vəziyyətdə olduqlarını görürlər.
Ardı →

Hədəfi gör, ağrını yox

Benoit Lekomte 1988-ci ildə Amerikada yaşayan fransız vətəndaşı olub. O, 80 günə 5980 km üzərək Atlantik okenanı keçmişdir. Lekomte professional idmançı deyildi. O, hava limanı işçisi idi.

Bəs bütün yolu onu motivasiya edən nə idi?

Lekomte bunun üçün 6 il məşq etmişdi. O, bunu xərçəngdən dünyasını dəyişən atasının şərəfinə və eyni zamanda xərçəng xəstəliyinin araşdırılması və müalicəsinə dəstək üçün pul yığmaq məqsədi ilə etmişdi. Benoit artıq 175.000 dollardan çox pul toplamışdır.

Atlantik okeanını keçərkən o, gün ərzində 6 saat suda dayanırdı və 7.5 metr radiuslu maqnit sahələr ona köpək balıqlarından qorunmağa yardım edirdi. O, gün ərzində 9000 dən çox kalori itirirdi və buna görə 4 saatlıq yemək yeməli olurdu, və həmçinin bir çox çətin maneələrlə — 8 dəfə tufanla və dəhşətli qasırğalarla üzləşmiş, 6 metr hündürlüyündə olan dalğalardan keçməyi bacarmışdır.

Dəhşətli təbii hadisələrlə üzləşməsinə baxmayaraq, 80 günə 5980 km üzən bu şəxs, sizcə, dəli idi? Xeyr, əlbəttə, o, dəli deyildi. O, ən güclü motivasiyaya sahib idi: sevgi, mənəvi bağlılıq – o, atasına dərin hörmət bəsləyirdi. O, atasının arzusunu yerinə yetirdi. O, öz xəyallarını gerçəkləşdirdi və sevgilisinə evlənmə təklifi etdi.

Siz Atlantik okeanından keçə bilərsiniz?

Mən soruşmuram ki, sən bunu istəyirsən? Mən deyirəm ki, sən istəsən bunu bacararsan, özün üçün, öz arzularına, məqsədinə çatmaq üçün edə bilərsən

Bu bir faktdır ki, bizi nəyin motivasiya edə biləcəyini hələ də kəşf edə bilməmişik. Ben Lekomtesin etdiyi ağlasığmaz olsa da, o öz motivasiyasını tapa bilmişdir.

Bəs sən məqsədinə necə çatırsan?

Ben Lekomtenin dediyinə görə, o, yalnız səyahətin dadını çıxarır və onun daha çox faydalarına fikir verir, ağrılara yox, onsuzda, gündəlik həyatda bir çox çətinliklərlə üzləşməli olur.

Daha çox yorucu idman növləri olan asta qaçış, marafonda qaçmaq, üzgüçülük, dağa dırmaşmaq, tenis, xizək sürmə və s. haqqında düşün. Belə idman növləri ilə məşğul olan zaman biz ancaq yorğunluq, ağrı- acı, əzab-əziyyətə fikir veririk. Buna SON vermək lazımdır!

“Bizim hamımız, onsuzda, bu iki şeydən birinin dərdini çəkməliyik: nizam-intizam dərdi və ya peşmanlıq və məyusluq dərdi” – Cim Ron
Davamı →

Yaponsayağı balıq tutma

Çox vaxt rahatlıqdan əl çəkib, öhtəsindən gələ biləcəyi ölçüdə problemlərlə boğuşmaq insanları güclü və həyata daha çox bağlı edir. Bunun ən gözəl nümunəsi Yapon balıqçıların tapdığı üsuldur.

Yaponlar bir ada cəmiyyəti olaraq təzə balığı hər zaman çox sevirlər. Lakin, Yaponiya sahillərində bol balıq az tapıldığından balıqçılar əhalini təlabatını ödəmək üçün daha böyük gəmilərlə okeana gediblər. Başlanğıcda balıq tutmaq məqsədilə uzaqlara gedildiyi üçün geri qayıtmaq daha uzun vaxt çəkmişdi.  Geri qayıtmaq bir-iki gündən çox olarsa, tutulan balıqlar köhnəlirmiş. 

Yaponlar  köhnə balığın dadını fərqini anlayıb ləzzətini heç sevməmişlər. Bu problemi həll edə bilmək üçün, balıqçılar gəmilərində soyuq hava anbarı düzəltdiriblər. Beləcə istədikləri qədər uzağa gedib-gələ biliblər və tutduqlarını da soyuq hava anbarında dondurulmuş olaraq saxlaya biliblər. Ancaq, Yapon xalqı  bu dəfə də təzə balıqla donmuş balığın ləzzət fərqini ayırd etmiş və bu balıqlara çox pul ödəmək istəməyiblər . 

Bundan sonra balıqçılar çarəni gəmilərinə balıq akvariumu yerləşdirməkdə tapıblar. Yapon xalqı bu dəfə də canlı olmasına baxmayaraq bu balıqların da ləzzətindən bir fərqlilik hiss etmişlər. Hərəkətsiz, uyğunlaşmış bir vəziyyətdə günlərlə yol gedən balığın, canlı, diri və hərəkətli balığa görə ləzzəti çox fərqliymiş.

Sonunda Yaponlar təzə və ləzzətli balığı süfrələrə gətirə biləcəkləri tam fərqli bir yol tapmışlar: Balıqları yenə gəmidəki akvariumlarında saxlayarkən içinə kiçik bir köpəkbalığı atıblar. Beləcə balıqların bir qisimi köpəkbalığı tərəfindən yeyilməsinə baxmayaraq yerdə qalanlar son dərəcə təzə qala bildilər .


Davamı →

Yaponiyalı iş adamı Keniçi Omaenin 4 məsləhəti

1. Düzgün cavab mövcud deyil.Kenichi Omae
İndiki dünyanı fərqləndirən cəhət düzgün cavabların mövcud olmamağındadır. Heç kim düzgün cavabı bilmir. Beləliklə, heç kim biznes qurmağın hansı yollarının düzgün olduğunu bilmir, sadəcə uğurlu və ya uğursuz cəhdlər var. Siz sadəcə heç kəsin ağlına gələ bilməyəcəyi cavabı taparaq fərqlənə bilərsiniz.

Məsələ bundadır ki, insanlar dəyər verildiyi işlərlə məşğuldular. Və indi  düşünmə, analiz etmə və nəticə çıxartmaq qabiliyyətinə dəyər verilir. Real həyatda cavabı bilmək mənasızdır. Siz qepotiza qurub onu sübut etməyə çalışacaqsınız sonra bu qepotizaya uyğun model yaradıb onu həyata keçirəcəksiniz.

2. Əsas insanlardır!
Bütün resursların arasında ən vacibi insandır. Məsələn, Yaponiyanı götürək. Yaponiya bir adada yerləşən və heç bir təbii resursları olmayan bir ölkədir. Amma bu dövlətin 120 milyona yaxın insanı var ki, onu dünya iqtisadiyyatında 2-ci ən güclü dövlət edib. Beləlikə, əgər şirkətin güclü resursları yoxdursa, ona irəli getmək üçün yaxşı işçilər kifayətdir.


Ardı →