Zehnin gücü ilə zəngin olmağın yolları
Karyera həyatında uğur qazanmaq üçün, necə deyərlər, ağıl «işlətmək» lazımdır. Bunun üçün intellektual gücünüzdən maksimum istifadə etməlisiniz. Bir çoxları bunu çox çətin bir şey kimi qəbul edirlər. Ancaq bir az öz üzərində işləmək, zehni, bir nöqtəyə yönəltmək, karyera yolunuzda yaşıl işıq yandıra bilər.
Düşüncənin dəyəri Zəngin olmaq istəyirsiniz mi? Elə isə, zehninizlə işlədiyiniz müddətin xəyali dəyərini müəyyən etmək üçün, bəsit bir intelektual oyun oynayaq. Deyək ki, sahib olduğunuz hər düşüncə üçün bir dollar qazanır va ya itirirsiniz. Dəqiqə başına bir düşüncəniz olduğunu fərz etsək, bu vəziyyətdə hər saat, potensial olaraq 60 dollar qazandıra bilər və ya bu müddətdə itirə bilərsiniz. Hər uğurlu 16 saatlıq gün, bu hesaba görə, 960 dollarlıq potensial qazanc deməkdir. Ancaq digər tərəfdən, "Əsla bacara bilmərəm" ifadəsi və tək bir mənfi düşüncə ilə dörd saatı çölə atsanız, «intellektual sərvətiniz» 240 dollarlıq itkiyə səbəb ola bilər. İndi, tək bir düşüncənin belə, zəngin olmaq istəyən insan baxımından nə qədər önəmli ola biləcəyini görə bilirsinizmi?
Düşüncənin gücü Həyatınız, ağlınızdan keçən düşüncələrin " nəticəsi" deyil. Əslində, düşüncələriniz həyatınızı «yaradır».
Ardı →