Рейтинг
+144.88

uğur psixologiyası

147 üzv, 185 topik

Davranış qaydaları

İnsanlar arasında müəyyən qanunlar, davranış normalarının mövcudluğuna ehtiyac duyulmuşdur. Çünki insanlar arasındakı münasibətləri tənzimləyən normalar olmasa, özbaşnallıq və xaos hökm sürər, cəmiyyət idarəolunmaz hala gələ bilər. Ona görə də, hər bir dövrə uyğun cəmiyyətdə davranış qaydaları müəyyən edilir.
«Davranış qaydaları” şagirdlərə öyrədilərkən onların psixologiyası nəzərə alınmaqla müşahidə və fəallığın dialektiv vəhdət təşkil etməsinə nail olmalıdır. Çünki, şagirdin gələcəkdə cəmiyyətin fəal üzvü olması və qanunlara əməl etməsi üçün elə məktəb dövründə sadəlik-mürəkkəblə, fərdidən ümumiyə doğru inkişaf etdirilməlidir.

Davamı →

Uğur nədir

“Uğur nədir?”, “necə əldə olunur?”, “nədə uğur qazanmaq mümkündür?”, “uğursuzluq nədir?” kimi suallar, yəqin ki, sizi də düşündürür.
Hər kəs dayanmadan uğurdan danışır, uğur əldə etməyin yolları haqqında kitablar oxuyur, treninqlərə qatılır. Hətta bu yolda müəyyən sertifikatlar belə alır. Sən də haqlı olaraq “uğur”un nə olduğu haqda düşünürsən, bununla zehnin məşğul olur. Elə deyilmi?
Davamı →

İnsanları nələr motivasiya edər?

Həyat insanlara hər zaman sevinc bəxş etməz. Yaşadığımız bu zamanda  insanlarla,  xəstəliklərlə və saysam bitməyəcək müxtəlif nüanslarla mübarizə aparmalıyıq. Amma hər insan eyni ola bilməz və fərqlidir. Bəziləri bu mübarizəylə əzmlə vuruşmağına baxmayaraq, bəziləri  isə özlərində o gücün olduğuna inanmırlar, geri çəkilirlər.
İndi bütün dünya koronavirus adlı pandemiyayla mübarizədədir.   Rəsmi xəbər mənbələrindən əldə etdiyimiz  məlumatlara görə xeyli sayda insan bu xəstəlikdən ölüb və ya yoluxub. Bir çoxumuz hər şeyin yaxşı olacağına inanarkən, bəzilərimiz həyatdan küsüb sadəcə yaşamaq xətrinə vaxtımızı dəyərsizləşdiririk.
Davamı →

Məqsəd seçməyin gücü

Məqsədinizi müəyyənləşdirmək vacib bir dönüş nöqtəsidir və həyatınızda çox güclü rola malikdir. Amma bu, tərifi asanlıqla veriləcək bir ifadə deyil. Hələ də öz məqsədinizi müəyyənləşdirməmisinzə, sakitləşin və niyə burada olduğunuzu götür-qoy edin.
Həyatınızı nə etdiyinizi qavrayaraq yaşadığınızda, həyat sizin üçün daha çox məna kəsb edir və müvəffəqiyyət sizə daha da yaxınlaşır. Gəlin bu mövzuda sitatlara nəzər yetirək.
Davamı →

Özünə güvənmənin formalaşması

Bir çox insanların günlük başına gələn hadisələrə görə özləri haqqında hissləri və düşüncələri dəyişə bilir.
İmtahandan aldığınız nəticənin dərəcəsi, dostlarınızın sizə qarşı rəftarı, həyatınızdakı eniş və çıxışlar sizin həyatınıza keçici bir təsir göstərir.
Özünə inamı olan insanlar cəmiyyətdə qarşılarına çıxan hadisələrdə ön plana çıxırlar və çəkinmədən məsuliyyət ala bilirlər.
Özgüvəni olmayan insanlar isə çəkingəndir və heç bir işdə bacarıqlı ola biləcəklərinə inanmazlar. Belə düşünən insan nəticədə heç bir şeyi bacara bilməz. Buna görə də özgüvən insan üçün çox mühüm bir xüsusiyyətdir.
Davamı →

Uğurlu iş qadını olmağın sirri

Kişilərin dominant olduğu bir cəmiyyətdə qadınların yüksək vəzifələrdə işləməyinə maneə törədən mühakimələrdirmi, yoxsa problem qadınların öz davranışlarındadırmı? Şübhəsiz ki, mühakimələr var. Ancaq qadınların da bu mühakimələrə xidmət edən və öz özlərini aşağı çəkən davranışları var. Məsələn, uğurlu olmaq üçün iş yerinə necə geyimlə getmək lazım olduğunu bilirik, bəs necə ünsiyyət qurmaq lazım olduğunu bilirikmi?
Davamı →

Pul yığmağın qızıl qaydaları

Mümkün qədər qənaət edin. Bu gündən başlayın. Nə qədər pul saxlasanız o qədər təminatda olarsınız.
Əlinizə gələn pulun bir qismini mütləq kənara ayırın. Unutmayın! Damla-damla göl olar.
Ağlınız həmişə qənaət etdiyiniz pullarda olsun. Yığdıqlarınızı hesablayın. Unutmayın! Qızılı saxlamaq deyil, qəpiy saxlamaq hünərdir.
Davamı →

Versace uğuru

Versace brendini tanımayan yoxdur amma di gəl ki, bu brendin necə yaranması haqqında hər kəs məlumatlı deyil. Gəlin, Versace brendinin əsasını qoyan Gianni Versace ilə yaxından tanış olaq.
Bütöv bir dizayner sülaləsinin əsasını qoyan Gianni Versace 1946-cı ildə İtaliyanın kiçik bir əyalət şəhəri olan Redjo-di-Kalabriyada atelyede anadan olub. Bu atelye onun üçün həm məktəb, həm də universitet rolunu oynayıb. Modelyerin anası peşəkar dərzi idi.

Davamı →

Haqqında film çəkilən Chris Gardner

"Ümidini itirmə" filmini izləməyən və bilməyən yoxdur. Və budur, bu filmdə Will Smith`in  canlandırdığı obraz olan Chris Gardner`in uğur hekayəsi.
Hər birimizin «itirmək, uduzmaq, əzilmək» üçün səbəbləri vardır. Üstəlik bu səbəblər, donmaqda olan birini yuxunun çəksiyi kimi narkotik bir xoşbəxtliyə çəkə bilir insanı.
Mübarizəni, döyüşməyi, savaşmağı buraxarsan. Özünü,şəxsi bəhanələrinin qaranlıq dərinliyinə salarsan. Həyatla arandakı mübarizəni daha başlamadan uduzarsan. Ən çox da «uduzmaqdan qorxanlar» sevər daha başdan itirməyi, «uduzmamışlardır», sadəcə savaşa girməmişlərdir. Təslim olmaq, yenilməkdən daha yaxşı gəlir onlara. Buraxın savaşmağı, uduzmağı belə bacarmayanların uduzmağıdır bu. Biraz zavallı görünür bu adamlar mənə. Mən savaşmağı sevirəm, uduzmaqdan qormayanları sevirəm.
Davamı →

Bob Parsons uğurunun sirri nədədir?

O, amerikalı sahibkar və xeyriyyəçi kimi məşhurlaşıb. Go Daddy internet domein xidmətinin yaradıcısıdır. Parsons tərəfindən 1997-ci ildə qurulan bu xidmət 2010-cu il etibarı ilə 45 mln. domein adını idarə etməkdədir. O biznes və şəxsi həayatda qazandığı uğurun sirrini bölüşüb:
1. Konfort zonanızı tərk edin və ondan mümkün qədər uzaq durmağa çalışın.
Korfort zonasında olan zaman insanın həyatında xüsusi əhəmiyyət kəsb edən hər hansı bir dəyişiklik baş vermir. İnsanlar, əksər hallarda, belə deyirlər: «Mənə sabitlik lazımdır». Mənim isə bu məsələ ilə bağlı yalnız bir cavabım var: «Sabitlik ölülər üçün xarakterikdir».
Davamı →