Рейтинг
+144.88

uğur psixologiyası

147 üzv, 185 topik

Simurq elə özünüzsünüz

Simurq qədim İran əfsanələrində baş və bədəni qartala, quyruğu- tovuzquşuya, caynaqları isə şir pəncələrinə bənzər quş kimi təsvir olunur. 
Sasanilərin hakimiyyəti dövründə simurq bir çox binalar, qab və paltarların üzərində təsvir olunardı. Deyilənlərə görə, simurq o dövrlərdə Sasani şahlığının rəsmiemblemi olub.
Əttar özünün «Məntiquttəyr» («Quşların dili») kitabında simurq quşu barədə maraqlı hekayə nəql edir:«Günlərin bir günü quşlar şanapipiyin rəhbərliyi ilə Qaf dağına səfərə çıxırlar. Burada hər növdən olan quş müəyyən sifət və dəstəyə aid olan insanlar kimi təsvir olunur. Yolda çətinlik və maneələr quşları taqətdən salır və onların çoxu yola davam edə bilmir. Şanapipik arxaya baxıb yüzlərlə quşdan cəmi otuzunun qaldığını görür və onları ruhlandırmaq üçün Simurqun onları həsrətlə gözlədiyini bildirir. Beləcə, dağın başına otuz quş çıxa bilir. Lakin orada Simurqu görə bilməyib Təəccüblə şanapipikdən onun harada olduğunu soruşurlar. Şanapipik onlara deyir:»Bir, sayınıza nəzər salın, simurq elə özünüzsünüz."
Quşlar saylarının  doğrudan da otuz olduğunu görürlər." (si-fars dilində otuz, murq-quş mənasını verir)
Şanapipik quşların əhvalını qaldırmaq məqsədilə onların təsəvvüründə simurq adlı varlıq yaradır. Quşlar ona çatmaq üçün xüsusi əzmkarlıq göstərirlər.
Əttar bu hekayəni yazmaqla əslində, iradəli insanların qarşısına çıxan çətinliklərə sinə gərib hədəfə çatmalarından söz açmaq istəyir. 
Davamı →

Risk Fəlsəfəsi

Dünya səyahəti belə ilk olaraq bir addımla başlayır.
Hətta, Tısbağa belə irəli getmək üçün başını çanağından çıxartmaq məcburiyyətindədir.
Gülmək; «SAF» deyilməsi riskini 
Ağlamaq isə; «ROMANTİK» görünmə riskini…
Birinə yaxınlaşmaq; "ÖZÜNÜ vermək" riskini,
Hislərini etiraf etmək; "ÖZÜNÜ ortaya qoyma" riskini,
Xəyalları və düşüncələri nümayiş etdirmək; «ONLARI başqasına verməmək» riskini 
Sevmək; «QARŞILIQ görə bilməmə» riskini…
Yaşamaq; "Ölmək" riskini 
Umidlənmək; «xəyal qırıqlığına uğrama» riskini
Çalışmaq isə; «müvəffəqiyyətsiz olmaq» riskini QƏBUL ETMƏKDİR ...

Amma risklərlə üzləşməyi bacarmalıyıq, çünki həyatımızın ən böyük riski heç bir risk etməməkdir. Heç bir riskə imza atmayan insan bəlkə də kədərdən, problemdən uzaq ola, qoruna bilər, amma inkişaf edə, sevə bilməz, dəyişə bilməz, hiss edə, öyrənə bilməz. Zəmanət axtarışıyla zincirlənmiş bir qul olaraq yaşayarkən, azadlığını qurban vermək məcburiyyətində qalar. Ancaq və  Ancaq Risk etməyə cəsarəti olan adam azaddır.
Davamı →

Düşüncə perspektivi

Gözəl bir söz var: “Güllər arasında tikanı yaratdığı üçün Allaha şikayət etmək əvəzinə,tikanlar arasında gülü yaratdığı üçün Allaha şükür etmək lazımdır”.Deməli,bir-birindən gözəl,rəngarəng gülləri olan bir bağçada şikayət etmək mümkün olduğu kimi,şükür etmək də mümkündür.Ətrafımızdakı şeylərə baxıb məyus olmaq da,sevinmək də öz əlimizdədir.Necə deyərlər,əsas məsələ hara baxmaq yox,necə baxmaqdır.Elə isə əşya və hadisələrə necə baxmaq lazım olduğunu bilsək,zahirən çoxlarına çirkin görünən şeylərdə də saysız-hesabsız gözəlliklər görə bilərik.Çünki hər şey ya birbaşa,ya da nəticə etibarı ilə gözəldir.Ancaq bu gözəllikləri görə bilmək üçün insan bəzi xüsusiyyətlərə malik olmalıdır.
düşünün və şükür edinSəbir də,uzaqgörəmlik də,nikbinlik də bu xüsusiyyələrdəndir.Yarısına qədər boş olan bir stəkan üçün “yarısına qədər boşdur” demək mümkün olduğu kimi, “yarısına qədər doludur” demək də mümkündür.Deməli,əsas məsələ əşya və hadisələrə necə yanaşmaqdır.Uca Allah kainatda heç bir şeyi boş yerə yaratmamışdır.Elə isə əşya və hadisələrə ibrətlə baxa bilsək,onların Uca Allahın isimlərini tərənnüm etdiyini görərik.


Əgər ətrafımızdakı gözəllikləri görə bilmiriksə,müəyyən şablomlar daxilində düşünməkdən əl çəkməli,əşya və hadisələrə baxış bucağımızı dəyişməliyik.O vaxt güllərin arasındakı tikanları yox,tikanların arasındakı gülləri görə,həyatımızda kəşf edilmiş nə qədər gözəlliklələ qarşılaşarıq.Çünki, “gözəl görən gözəl düşünər,gözəl düşünən həyatından ləzzət alar”...

Mənbə: “Ailəm” jurnalı

Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.
Optimist olun!



Davamı →

Optimist olmaq nə verir?

Yaxşı başlayan hər nə varsa, pis qurtarır, Pis başlayan isə ondan da pis qurtarır...” (Artur Blox, “Merfi qanunu”)
Bizim dövrümüzdə optimist olmaq asan deyil! “Yenə işlərim pis gedir. Mən belə də bilirdim” deyimi daha məqsədəuyğundur və adətən biz bu deyimə üstünlük veririk. Lakin optimist olmaq nəinki yaxşıdır, həm də sərfəlidir. Hətta maddi nöqteyi-nəzərdən!
Optimist nəinki sabahın daha yaxşı olduğunu düşünür, həmçinin vəziyyətə uyğun olaraq hərəkət edir. Gələcəyinin daha yaxşı olması üçün hərəkət edir. Nəticə isə? Optimistlərin gələcəyi həqiqətən də uğurlu olur. Pessimistlərdə isə vəziyyət ürəkaçan olmur.
Davamı →

"Ölüm ya olum"

Əlbəttə ki, həyatda uzun illər çətinliklərlə qarşılaşmaq da olar, uzun illər bu çətinliklərin ağrısı ilə yaşamaq da. Ancaq həyatımızın müəyyən mərhələsində bir qərara gəlməli və gələcəyə «yolumuzu açmaq» üçün hər şeyi unutmalıyıq. Hətta, lazım gəlsə, bu yolda dəyişməyə də hazır olmalıyıq. Lap qartallar kimi...eagle
Qartal quşlar  arasında ən uzunömürlü olanlardandır. Hətta, 70 ilə qədər yaşayan qartallar da yox deyil. Ancaq bu yaşa çatmaq üçün qartal 40 yaşında çox ciddi və çətin bir qərar qəbul etməlidir. Çünki bu yaşa çatanda qartalın pəncələri sərtləşir. Və buna görə də, o, ovunu tuta bilmir. Təbii ki, məsələ bununla da bitmir. 40 yaşına çatanda qartalın dimdiyi uzanır və əyilir, qanadları yaşlanır və ağırlaşır, tükləri pırtlaşır və qalınlaşır. Bu yaşdan sonra qartal artıq uça bilmir. İndi o iki yoldan birini seçməlidir. Yəni, ya ölməli ya da «yenidən doğuş»un acı və çətin sınağına dözməlidir...
Bu «yenidən doğuş» təqribən 150 gün davam edir. Əgər qartal yaşamağı seçirsə, bir dağın təpəsinə qalxır və orada artıq uçmasına ehtiyac olmayan bir yerdə yuvaqurur. Bu yeri tapdıqdan sonra qartal dimdiyini sərt bir qayaya vurmağa başlayır. Nəticədə, qartalın dimdiyi düşür. Qartal bir müddət yeni dimdiyinin çıxmasını gözləyir. Dimdiyi çıxandan sonra yeni dimdiklə dırnaqlarını çıxarır. Yeni dırnaqlar çıxanda isə qartal bu dəfə tüklərini yolmağa başlayır. 5 ay sonra isə qartal ona 20 il, bəlkə də daha uzun bir həyatın yolunu açan məşhur uçuşuna hazır olur...
Əgər siz də dəyişməyi qərara alırsınızsa, bütün gücünüzü toplayın və keçmişinizi «həyatınızdan çıxarın». Deməli, artıq dəyişməyə başlamısınız…    
Ailəm jurnalı
 
Davamı →

Əgər…

Əgər qazandığın pulun bir hissəsini bəşəriyyətin gələcəyi naminə  xərcləyə bilsən, xərclədiyini unutsan  və hətta bunu unutduğunu da unuda bilsən;

Əgər uğursuzluğa düçar olduqda yenidən işə girişə bilsən və bu uğursuzluqların əhatəsində qalmağı öz uğurun kimi qəbul edə bilsən;
Əgər öz-özünə: “Vur külüngü, Fərhad, çoxu getdi, azı qaldı”, – deyərək yalnız iradənə söykənə bilsən;
Əgər kor insanların nəzarəti altında belə məqsədlərindən uzaqlaşmamaq üçün hərəkətsiz qala bilsən; 
Əgər günahkar axtarmaq əvəzinə nəticəyə aparacaq yolları axtara bilsən;
Əgər özündən sonra yaxşı bir iz qoymağı bacara bilsən;
Əgər haqq-ədaləti zülm üçün istifadə etməyib, sadəcə “yaradılanı Yaradandan ötrü sevə bilsən”;
Ardı →

Hər adam bir milyarderdir...

Deyəcəksiniz ki,mən də?Əlbəttə ki,siz də!Sizə bəxş edilən ucsuz-bucaqsız nemətlərə bir az nəzər salsanız və onlar haqqında bir az düşünsəniz,siz də “Əlibaba və qırx quldur”nağılındakı xəzinədən çox daş-qaş olduğuna heyrət edəcəksiz…


Ardı →

Tövsiyə - Həyatı layiq olduğu kimi yaşa

Bəli, həyatı layiq olduğu şəkildə yaşamaq lazımdı. «Onsuzda belə yaxud elə yaşadım, fərq etməz, ömürdən gedir» kimi yalnış fikrə qapılmamalıyıq. Çox təəssüfki insan oğlu hər zaman sahib olduqlarının qədrini bilmək əvəzinə, sahib olmadıqlarını təəssüfüynən yaşayır. Çox maraqlıdı, elə deyilmi ?!
Sanki özümüz öz həyatımızı pessimistliyə, ruh düşkünlüyünə salmaq üçün yollar axtarırıq. Hər zaman narahatıq.
Belə yerdə mövzuya uyğun bir atalar sözü yadıma düşdü: «Nə tökərsən aşına, o da çıxar qaşığına». Həqiqətən də biz həyatımıza nə qatsaq elə onu da dadacağıq, yaşayacağıq. Elə hey istəyirik, istəyirik..Bir soruşan yoxduki «Sən bu istəklərə layiqsənmi?, haqqın çatırmı ?, Layiq olmaq üçün nəsə etdinmi ?» Siz bu suallara cavab tapana kimi mən sizə bir neçə tövsiyə təqim edirəm. Sadəcə oxumaqla kifayətlənməyin.
Ardı →

Ümidinizə Şans verin

Fars padişahının əmriylə  iki adam ölüm hökmünə məhkum edilir. Padişahın atını çox sevdiyini bilən məhkumlardan biri həyatını bağışlaması müqabilində bir il içində ata uçmağı öyrədə biləcəyini təklif edir. Özünü dünyadakı tək uçan ata minərkən xəyal edən Padişah bu təklifi qəbul edir..Digər məhkum  isə bərəlmiş gözlərlə yoldaşına baxaraq «Atların uçmadığını məndən yaxşı bilirsən. Belə qəribə, gic fikir hardan ağlına gəldi? Sən sadəcə qaçınılmaz olan ölümünü bir az gecikdirirsən „ 
Birinci məhkum “ Xeyr, Mən özümə dörd azadlıq şansı verirəm.
Birincisi: Padişah bu il ölə bilər.
İkincisi: Mən ölə bilərəm.  
Üçüncüsü: At ölə bilər .
Dördüncüsü… „Bəlkə ata uçmağı öyrədə bildim! “

Ümidlərimizin heçvaxt tükənməməsi diləyi ilə Sağolun...
Davamı →