Vergi nədir və vergilərin mahiyyəti

  • Vergi

VERGİ NƏDİR?
Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergi – dövlətin ən önəmli gəlir qaynağıdır.
Vergi ölkənin dövlət suverenliyinin əsas təzahür formalarından biridir.

VERGİNİN XÜSUSİYYƏTLƏRİ:

  • Vergi dövlət tərəfindən alınır.
  • Vergi, dövlət xərclərinin maliyyələşdirilməsidir.
  • Vergi, fiziki və hüquqi şəxslərdən ödəmə qabiliyyətləri nisbətində alınır.
  • Vergi əvəzsiz ödəmədir.
  • Vergi məcburi ödəmədir.
  • Vergi iqtisadi bir dəyərdir.

VERGİLƏNDİRMƏNİN MƏQSƏDİ:

vergi haqqında karikaturaVergilərdən qazanılan vəsaitlər tarix boyunca dövlətlər üçün müxtəlif funksiyaları daşıyırdı. Onlara müharibə xərcələri, qanunu həyata keçirməsi, ictimai nizam saxlamaq, mülkün müdafiəsi, iqtisadi infrastruktur (yollar, tenderlər, müqavilələri həyata keçirmə), ictimai işlər, sosial mühəndislik, və dövlətin saxlanılması daxildir. Dövlətlər vergiləri həm də xalqın rifahına və ictimai xidmətlərə xərclənir. Bu xidmətlərin içərisində təhsil sistemi, səhiyyə, pensiyalar, işsizlik üzrə maddi yardım, ictimai nəqliyyat ola bilər. Enerji, su idarəetmə və tullantılar idarəetmə ictimai xidmətlərə ümumiliklə daxildir. Dövlətlər müxtəlif vergiləri və vergi səviyyələri işlədirlər. Bu vergi ağırlığı və ya vəsaitləri fərdilər və vergi qoyula bilən fəaliyyətlərdə iştirak edən əhalinin qrupları (müəssisələr, biznes kimi) arasında bölüşdürmək məqsədi daşıyır. Tarixə əsasən, zadəganlıq kasıblara qoyulan vergilər ilə təmin olunurdu, lakin müasir social müdafiə sistemləri yoxsullar, əlillər və ya pensiyaçılara hələ işləyənlərdən alınan vergilərlə kömək göstərmək niyyətindədir. Əlavə olaraq, vergilər xarici yardım və hərbi əməliyyatları maliyyəşdirir, makroiqtisadi göstəricilərə təsir göstərmək (bu xəzinə siyasəti adlanır) və ya istehlak və məşğuliyyət səviyyəsinin dəyişməsi üçün istifadə olunurlar. Dövlətin vergi sistemi çox hallarda onun və\və ya hökümətdə olanların ictimai dəyərləri əks etdirir. Vergi sistemi yaratmaq üçün dövlət qərar verməlidir ki, vergi ağırlığı necə bölüşdürülməlidir: kim nə qədər ödəyəcək, və qazanılan vəsaitlər nəyə sərf olunacaq. Demokratik ölkələrdə ictimaiyyət vergi sistemini idarə edənləri seçir. Vergilərdən əldə edilən vəsait həmişə dövlət tərəfindən istifadəyə gedə bilər məbləğdən çox olmalıdır. Bu fərq “riayət qiyməti” adlanır və, misal üçün, əmək haqqını və vergi qanunlarını həyata keçirməyin digər xərclərini əhatə edir.

Vergi – birbaşa dövlətin və ya dövlətin səlahiyyət verdiyi rəsmi orqanların dövlət xərclərinin finansmanı üçün fiziki və hüquqi şəxslərdən aldığı məcburi ödəmələrdir.
Bəzən lüks və sağlığa zərərli görülən mallara dövlət yüksək vergi qoyaraq əlavə gəlir əldə etməklə yanaşı vətəndaşlarının zərərli istehlak vərdişlərini dəyişdirməyə çalışır.
Vergi bəzən də yaşıl vergi, ekologiya vergisi adı altında dövlətə gəlir gətirməklə bərabər ekologiyanı qoruma məqsədini də güdür.

VERGİLƏRİN TƏSNİFLƏŞDİRİLMƏSİ:

Dolayı vergi - Vətəndaşların hər hansı bir məhsul aldıqda və ya xidmətdən istifadə etdikləri zaman əmələ gələn vergidir.Birbaşa yox dolayı yolla ödənilir.
Birbaşa vergi - Əldə edilən gəlirdən və ya maaşdan birbaşa ödənilən vergidir.
Subyektiv vergi - Şəxslərin şəxsi və ailəvi vəziyyətlərinə görə müəyyənləşdirilən vergidir.
Obyektiv vergi - Vergi borcunun müəyyənləşdirilməsində şəxslərin şəxsi və ailəvi vəziyyətlərinin nəzərə alınmadığı vergidir.
Gəlir üzərindən ödənilən vergi - Şəxslərin gəlirindən alınan vergidir.Gəlir artdıqca ödənilən vergi miqdarı da artır.
Sərvət üzərindən ödənilən vergi - Daşınan və Daşınmaz əmlaka görə ödənilən vergidir.
Xərclər üzərindən ödənilən vergi - Bir şəxsin gəlir və sərvətinin xərclədiyi qisimlərindən alınan vergidir.

VERGİLƏMƏ PRİNSİPLƏRİ:

Vergiləmə prinsipləri - bir vergi sistemində yer alan vergilərin seçimində və tətbiqində gözlənilməsi lazım olan prinsipləri ifadə edir.
Klassik prinsiplər – bu prinsiplər müasir dövrdə tam qaneedici təsir bağışlamır
Mali prinsiplər – 2 hissədə incələmək mümkündür
İqtisadi prinsiplər – vergilərin bu prinsiplərə sahib olması təsirli vergiləmənin şərtlərindəndir.
Klassik prinsiplər Adam Smith tərəfindən ortaya atılmış 4 əsas vergi prinsiplərindən ibarətdir:

1.Ədalət prinsipi
2.Müəyyənlik prinsipi
3.Uyğunluq prinsipi
4.İqtisadilik prinsipi

Ədalət prinsipi küylə içində olan və vergi ödəmə gücünə sahib hər kəsin, ödəmə gücü daxilində dövlət xərclərinin finansmanında iştirakının vacibliyini ifadə edir.Şəxslər heç bir fərq qoyulmadan ödəmə gücləri nisbətində vergi ödəməlidirlər.
Müəyyənlik prinsipi dedikdə hər kəsin ödəyəcəyi verginin növü və miqdarının əvvəlcədən müəyyən olunması nəzərdə tutulur.
Uyğunluq prinsipinə görə vergilər ödəyicilərdən ən uyğun zamanda və şərtlərdə alınmalıdır.Ödəyicilər vergi ödəmək adıyla çətin vəziyyətə salınmamalıdırlar.
İqtisadilik prinsipində isə ödəyicilərin ödəmiş olduqları vegi miqdarı ilə xəzinə daxil olan vergi miqdarı arasındakı fərqin mümkün olduğu qədər az olması nəzərdə tutulur.Bu 4 prinsip həm dövlət, həm də vətəndaşlar üçün faydalı prinsiplərdir.Ancaq müasir dövrdə bunların qəbul olmasına baxmayaraq yetərli olmadığı düşünülür.

vergilərVergiləmənin ən önəmli məqsədi dövlət büdcəsi hesabına müəyyən edilmiş mal və xidmətlərin istehsalı üçün lazım olan finansman ehtiyacını qarşılamaqdır.Mali prinsiplər 2 başlıq altında analiz olunur:

1.Məhsuldarlıq prinsipi
2.Elastiklik prinsipi

Məhsuldarlıq prinsipi müəyyən bir zaman kəsiyində dövlət tərəfindən ediləcək xərclərin böyük bir qismini qarşılayacaq səviyyədə vergi gəliri əldə edilməsini ifadə edir.
Elastiklik prinsipi bir vergi ilə əldə olunan gəlirlərin müəyyən şərtlərə görə çoxalıb azalmasını ifadə edir.
Vergi hər şeydən öncə iqtisadi bir hadisədir.Bir ölkədə mövcud olan iqtisadi quruluşla vergi sistemi arasında çox yaxın bir əlaqə vardır.Vergi nətciə etibari ilə dövlətin milli gəlirdən aldığı paydır.Vergilərin iqtisadi prinsiplərini 2 şərt daxilində yazmaq olar:

1.Vergilərin bazarın işləyişi üzərində təsirləri
2.Vergilərin iqtisadi böyümə üzərində təsirləri

 

0 şərh