Vətən Ayrısı


İstiqlal şairi Ümmügülsüm xanım. Məhəmməd Əmin Rəsulzadənin əmisi qızı, həm də ömür yoldaşının bacısı… Gözəl şeirlər yazırdı… bir dəfə 
AzadliqRadiosunun "İz" proqramında Rais bəy onun bu şeirini oxuyub kövrəlmişdi...

 
Mən saralıb sollam qərib ellərdə,
Sözüm dastan olar bütün dillərdə
Gözüm qaldı, çiçəklərdə güllərdə,
Gül dərmədim, düşdüm çəmən ayrısı. 

Sürgünəm, düşkünəm, Vətən ayrısı...


Ağlaram, gözümün yaşı bitincə
Sızıldaram, əlim sizə yetincə
Şerlər düzərəm, incidən incə
Canım Candan cida, Vətən ayrısı
Sürgünəm, düşkünəm, Vətən ayrısı...


Könül həsrətidi, gülbənizlərin
Lalə yanaqların, gülər üzlərin,
Xurmayı tellərin, ala gözlərin
Gül dərmədim, düşdüm çəmən ayrısı. 
Sürgünəm, düşkünəm, Vətən ayrısı...
 

0 şərh