Cücələrim mahnısı

Inna və Nika adl; 2 rus balaca qızının Cücələrim mahnısına baxdım:


Baxdım və fikirləşdim ki,Azərbaycanın dünyada ən məşhur mahnısı yəqin ki Cücələrimdir.«Cücələrim» dünyanın bir sıra dillərində uşaqların dilinin əzbəri olan mahnılardan biridir.  Mahnı türk, rus, ingilis, alman, yapon, bolqar, polyak, serb, xorvat və rumın dillərinə tərcümə edilmişdir.
1949-cu ildə yazılan bu mahnının bəstəkarı Qəmbər Hüseynli, sözlərinin müəllifi Tofiq Mütəllibovdur. Mahnının ilk ifaçısı Arif Həziyevdir. Mahnı keçmiş SSRİ məkanında 1959-cu ildə, Moskvada keçirilən Azərbaycan incəsənəti dekadasında Suğra Bağırzadənin onu ifa etməsindən sonra şöhrət qazanmışdır. Ümüumiyyətlə mahnının tarixçəsi haqqında bu 10 dəqiqəlik videoda Könül Arifqızı,Arif Qazıyev və başqaları ətraflı məlumat vermişlər:

Burada 7:45 dəqiqədə Sovet multiplikasiyasının şedevrlərindən olan «Nu, poqodi!» silsilə cizgi filminin seriyalarından birində də səslənməsi də verilib.Mahnının 1959-cu ildə elə Cücələrim ansamblı və Dövlət Simfonik Orkestrinin ifasında ilk variantıyla youtubeda tanış ola bilərsiniz.Mahnının bir qədər müasir (Crazy Frog tipində) variantına da qulaq asmaq olar:



Cip-cip cücələrim
Cip-cip, cip-cip cücələrim
Mənim qəşəng cücələrim
Tükü ipək cücələrim

Соло:
Gözləyirəm tez gələsiz
Göy çəməndə dincələsiz
Gözləyirəm tez gələsiz
Göy çəməndə dincələsiz

Хор: Ay mənim Соло: cücələrim
Хор: Ay mənim Соло: cücələrim
Хор: Ay mənim Соло: cücələrim
Хор: Ay mənim Соло: cücələrim

Хор: Mənim göyçək cücələrim
(2 раза):
Cip-cip cücələrim
Cip-cip, cip-cip cücələrim
Mənim qəşəng cücələrim
Tükü ipək cücələrim

Соло:
Gəlin sizə yemək verim
Mən su verim, çörək verim
Gəlin sizə yemək verim
Mən su verim, çörək verim

Хор: Ay mənim Соло: cücələrim
Хор: Ay mənim Соло: cücələrim
Хор: Ay mənim Соло: cücələrim
Хор: Ay mənim Соло: cücələrim

Хор: Mənim göyçək cücələrim
(2 раза):
Cip-cip cücələrim
Cip-cip, cip-cip cücələrim
Mənim qəşəng cücələrim
Tükü ipək cücələrim

Соло:
Arzum budur, boy atasız
Ananıza tez çatasız
Arzum budur, boy atasız
Ananıza tez çatasız

Хор: Ay mənim Соло: cücələrim
Хор: Ay mənim Соло: cücələrim
Хор: Ay mənim Соло: cücələrim
Хор: Ay mənim Соло: cücələrim

Хор: Mənim göyçək cücələrim
(2 раза):
Cip-cip cücələrim
Cip Cip Cip Cip cücələrim
Mənim qəşəng cücələrim
Tükü ipək cücələrim

Cip Cip Cip
Хор (2 раза):
Джип джип джуджялярим
Джип джип джип джип джуджялярим
Мяним гяшянг джуджялярим
Тюкю ипяк джуджялярим

Соло:
Гёзляирям тeз гялиниз
Гёй чямяня динджялиниз
Гёзляирям тeз гялиниз
Гёй чямяня динджялиниз
Хор (2 раза):
Цып-цып, мои цыплятки,
Цып-цып-цып, мои касатки,
Вы пушистые комочки,
Мои будущие квочки.

Соло:
Здесь, в траве густой, привольно
Погулять вам можно вволю.
Здесь, в траве густой, привольно
Погулять вам можно вволю.

Хор: Ой, мои Соло: Вы, цыплятки!
Хор: Ой, мои Соло: Вы, касатки!
Хор: Ой, мои Соло: Вы, цыплятки!
Хор: Ой, мои Соло: Вы, касатки!

Хор: Вы, пушистые комочки.
(2 раза):
Цып-цып, мои цыплятки,
Цып-цып-цып, мои касатки,
Вы пушистые комочки,
Мои будущие квочки.

Соло:
Подойдите вы напиться,
Дам вам зерен и водицы.
Подойдите вы напиться,
Дам вам зерен и водицы.

Хор: Ой, мои Соло: Вы, цыплятки!
Хор: Ой, мои Соло: Вы, касатки!
Хор: Ой, мои Соло: Вы, цыплятки!
Хор: Ой, мои Соло: Вы, касатки!

Хор: Вы, пушистые комочки.
(2 раза):
Цып-цып, мои цыплятки,
Цып-цып-цып, мои касатки,
Вы пушистые комочки,
Мои будущие квочки.

Цып-цып мои цыплятки çox məşhurdur,«Кристалл» qrupunu bir qədər ruslaşmış formada oxuyub,amma nəinki rus dilində,eləcə də bütün dünyada Cücələrim mahnısını ən qəşəng oxuyan Katya Lel olub. Baxmayaraq ki,milli mahnımızdır,amma Katya Lel bu mahnını gözəl səhnədə,gözəl kostyumda və gözəl ifada səsləndirib.Sadəcə adama zövq verir:

Google deyir ki hətta Meksikanın seksi müğənnilərindən biri olan Pilar Montenegro da bu mahnını oxuyub.


Cücələrim bizim neftimiz,sazımız,aşıq musiqimiz,muğamımız,Qız Qalamız kimi əzizdir. O həmişə bizimlədir.Toyda da,uşaq bağçasında da,hətta hərbi xidmətdə də:))):

11 şərh

fidan

Allah Qənbər Hüseynliyə rəhmət eləsin.
Allah İnna və Nikanı saxlasın,şirin uşaqlardır.
Allah Katya Lelin konsertlərini və ciblərini dolu eləsin,doğurdan da yaxşı oxuyub.
Allah Pilar Monteneqroya cansağlığı versin,əgər bizim mahnımızı Azərbaycanca oxuyubsa ona halaldır(baxmayaraq ki,videodakı o deyil)
Allah bütün əsgərlərimizə səbr versin ki,tezliklə evlərinə salamat qayıtsınlar. Allah bilir nə qədər məşq ediblər bunun üçün.
videofan,+1,özü də profilə

papatürk
Katya Lelin 1:05 dəqiqədə və sarıköynək rus qızının 1:40 dəqiqədə Cücələrim deməsinə artıq yüzüncü dəfədir ki,qulaq asıram.Çox gözəl tələffüz edirlər. Həqiqətən də rusların ifasında çox gözəl alınıb.
bankir
Əsgərlər xeyli əziyyət çəkiblər repetisiya üçün.Amma doğurdan da çox gözəl ahənglə Cücələrimi necə deyərlər,ifa etdi.
təpəgöz
Çox yaxşı videopostdur. Sadə və oynaq melodiya həmişə qulağa xoş gəlir. Yaxşı bir müğənni bu mahnıya klip çəkib xaricdə tanıtsa maraqlı olardı.
Leyla
səhv etmirəmsə KVN Moskvada (Tofiqi bir rus arvadına evləndirirlər) komediyasında da AST restoranında Cücələrim mahnısı səslənir.Eliş və roşka da orda hələ rəqs edirlər=)
mr13
Azərbaycanın dünyaca məşhur 2 melodiyası var. Biri Cücələrim biri də ki, «Bayatılar» Eldar Mansurovun
burla xatun
Meksikalı qıza fəxri ad vermək lazımdır.Əməkdar artist olmalıdır.
Əliyev
Cücələrim mahnısı ingilis dilində belədir:

Chuck, chuck, oh my chickens,
Chuck, chuck,  chuck, chuck,oh, my chickens,
Little, lovely, fluffly chickens,
White and yellow little chickens
(çak-çak oh may çikens).
şərh silinmişdir
şərh silinmişdir
şərh silinmişdir