Plasido Dominqo Azərbaycan mahnısını ifa edib

Məşhur ispan tenoru,opera müğənnisi Plasido Dominqo (José Plácido Domingo Embil) Heydər Əliyevin anadan olmasının 87-ci ildönümündə Tofiq Quliyevin Sənə də qalmaz məhnısını Dinana Əliyeva ilə birlikdə ifa edib:


Mahnın sözləri Rəsul Rzaya məxsusdur:

Könlum sənin əsirin, qəlbim sənindir, yar, qəlbim sənindir
Insaf eylə xoş sozlə məni gəl dindir, yar, məni gəl dindir

Söylə nədir bu ədalar, bu işvə, bu naz
Vallah, ay qız, bu gözəllik sənə də qalmaz
Yalqızam, yalqız, yalqızam, yalqız
Gəl məni möhnətə, oda salan ,vəfasiz.
Söylə nədir bu ədalar, bu işvə, bu naz,
Gedər bir gun bu gözəllik, sənə də qalmaz.

Dağlar başı dumandır, aman Allah, yar, yenə dumandır,
Ayrılığın ölümdən mənə yamandir, yar, mənə yamandir.
Söylə nədir bu ədalar, bu işvə, bu naz
Gedər bir gun bu gözəllik sənə də qalmaz

Yalqızam, yalqız, yalqızam, yalqız
Gəl məni möhnətə, oda salan ,vəfasiz
Söylə nədir bu ədalar, bu işvə, bu naz
Gedər bir gun bu gözəllik, sənə də qalmaz

Bu mahnını birinci dəfə Rəşid Behbudov ifa etmişdi:

digər bir inanılmaz ifa Lütfiyar İmanovun ifasında olub:


5 şərh

Leyla
Dominqo getsin Rəşidin mahnısına baxıb öyrənsin ki,analar necə oğullar doğub.
2ral
Ən vacib adam yaddan çıxdı desəm səhv etmərəm. Müslim Maqomayev 1985-ci ildə Dövlət Simfonik Orkestrin müşayiəti ilə Sənə də qalmaz(Не гордись) ifa edib:


videofan
mən ən çox Domqinonun videosunun axırına baxdım.Maraqlıydı))
niqulya
Bəlkə də sğözləri yaxşı bilmədiyi üçün yaxşı alınmadı. Azərbaycanlının tələffüzü ilə mahnı oxumaq çətindir,ona görə onu ınamaq olmaz. Öz dilimizdə oxuduğuna görə alqışlamaq lazımdır.
Westsider
«Sənədə qalmaz» yox, «Sənə də qalmaz». Sənəd — документ deməkdir))

Heyif, Bakıda deyildim, olsa idim də, imkanım olmayacaqdı getməyə(