Beça bazi yaxud Əfqanıstanda pedofiliya

6 ay ərzində əfqan jurnalist Nəcbala Qureyşi (Najibullah Quraishi) Əfqanıstanda araşdırma aparıb və dəhşətli faktları üzə çıxarıb.Müsəlman ölkəsi olan Əfqanısatnda pedofiliya(uşaqbazlıq) tüğyan edir.

Müsəlman ölkələrində bu videonun davamına baxmaq Youtubeda yasaqlanıb.Əfqanıstan,aclıq.
Təsəvvür edin ki,10-12 yaşlı oğlansınız. Kasıblıq və natəmizlik şəraitində yaşadığınız dövrdə bir day-day yaxınlaşır və deyir ki,səni yedirdəcəm,içirdəcəm,sadəcə rəqs etməyi öyrən. Rəqs etməyi öyrədirlər. Rəqs zamanı üzünü makiyaj edirlər ki,bir az qadına oxşayasan.rəqs isə qadın rəqsləri kimi olur(yanını burcutmaq,bədənini əsdirmək və s.) Rəqsdən sonra isə həmin mənzərəyə baxan imkanlı adamlar(onlar əsasən hərbçilər və biznesmenlər olur) tərəfindən seksual işgəncə obyekti olursunuz.
Hazırda Kabulda bir bankda işləyən bir gəncin(ingilis dilini bilir,Əfqanıstan üçün müasir gəncdir) rəqsin baxına.Bacha Baazi(oğlan rəqsi) deyilən rəqs belə olur:

Bacha Bereesh(baça bariş) saqqalsız oğlan deməkdir. Əfqanıstanda saqqalın gec bitirsə yaxud az bitirsə,imkanın da azdırsa böyük ehtimalla bu yola düşəcəksən.Əgər dediklərimə inanmırsınızsa CNN müraciət edin: http://edition.cnn.com/2009/WORLD/asiapcf/10/26/ctw.afghanistan.sex.trade/index.html
Bu da Amerikaya qarşı mübarizə aparan,cihad edən Əfqanıstan!
Bacchá haqqında Vikipediya da deyir ki,bu homoseksual pedofiliyadır.Yəni iki pis iş birdən.

13 şərh

papatürk

Cihadın pedofiliyaya nə dəxli?


Əfqanıstanda olan vəziyyətdə (neft yoxdur,savadlı kadrlar barmaqla sayılır,maddi gəlir yoxdur) başqa xalqlar yaşasaydı daha pis işlər görərdi.

videofan
Daha bundan da pis iş nə var?
səlahəddin
İslam eynicinsli əlaqəni pisləyir.Müqəddəs Quranda da bu barədə ayələr var.Bu hərəkəti edənlər isə cəhənnəmdə yanacaq.
Axır vaxtlar islamın üzərinə hücum edirlər. Xahiş edirəm burda da elə şeylər olmasın.
videofan
Bu hələ harasıdır? Türkiyədə də belə şeylər var. Youtubeda Kastamonu Kır eğlencesi yazıb axtarışa verin.Arvad tumanını əyninə keçirənlər göbək rəqsi atırlar.Baxın buna:




Bu rəqsin adı köçek sayılır. Osmanlı dövründə cavan oğlanlara qadın paltarları geyib oynadırlar.Sultan Əhməd sarayında belə bunlar olub.
2ral
İndi Eurovisiona Elnurla Samirin niyə getdiyini başa düşdüm:)
avropaaya gözəl qızlar(Aysel Teymurzadə,səfurə Əlizadə) göndərmək lazım deyil. Əfqan baçalarını,türk rəqqaslarını göndərək:)
bankir
Dima Bilan homoseksualist idi.Təzə xəbər çıxdı ki,Aleksandr rıbak da gey imiş. Sadəcə Elnurla Samirin bəxti gətirmədi.
Nailə_Rzayeva
Yaxşı deyiblər qulaq gündə bir söz eşitməsə kar olar. İnsanlar beləliklə hara gedirlər?
Türkəl
Tüklərim biz-biz oldu, Azərbaycanda doğulduğuma sevindiyim nadir günlərdən biri…
ilham
Guya bura belə yaxşıdır?
Türkəl
«Nadir» sözünə lüğətdə baxarsan.
ilham
Lüğəti özüm yazmışam,mənasını yaxşı bilirəm
burla xatun
Başqa vaxt Avropanı bəyənmirik.Sən demə Şərq ölkələri lap pis gündəymiş.