HƏYAT İMTAHANI

Deyirlər insan həyatı bir sınaqdır...
Bu sadəcə yaşıya bilmiyənlərin uydurmasıdır....Hanı bəs sondakı imtahanlar?!Hanı nəticələr?!
Hanı imtahannan keçən tələbələr?!Uzun bir sıra kəsilənləri görürəm ancaq...
Nə çətin imtahanmış bu belə,heç kim keçə bilmir?!

Bəlkə həyat bizə kələk gəlir,cavabların yerini düz vermir.
Çünki bu həyatdakı düz cavablar yalnız pulla alınır...

Bəs yarımçıq qalan arzular...?!Həyatdı günahkar, ya insanlar?Bəlkə biz həyatı yaşıya bilmirik,
bəlkə onun qaydalarını pozuruq bilmirəm heç...O da bizi belə cəzalandırır.
Arzularımızı həyatımız,yaşadıqlarımız yaradır.Onda deməli biz düzgün yaşamaq yolunu seçmirik,
ya da düzgün arzular seçmirik.Hər kəs daşıya biləcəyi yükü dartmalıdı,ağır yüklər altına girəndə elə 
o yükün altında qalırıq.Deməli hər şeydə həyatı günahlandırmaq olmaz.

Həyat bəs sən mənimçun nəsən?Bir sınaq deyilsən ona əminəm,çünki ancaq sən məni sınıyırsan...
Hərdən çox ədalətsiz olursan,yorğunluğumu,ağrılarımı görmürsən...Elə öz bildiyin kimi davam edirsən,bəs mən?!
Məni heç fikirləşmirsən,onda məndə səni fikirləşmiyəcəm.Əgər səhvləri mən eliyirəmsə,cəzasını mən çəkirəmsə,
peşman da mən oluramsa onda qoy mənə öz başına desinlər,onsuzda hər şeyi mən edirəm....

Həyat sevgidir,qayğıdır bəzən...Sevdiklərinizə zaman ayırmaqdır.Yaşanan xoş dəqiqələrdir həyat.
Birilərinə sevinc bəxş etməkdir həyat.Bəzən birilərinə sevginizi göstərməkdir həyat.Həyat o qədər qısa olurki,
bəziləriyçun ona görə heç nə üçün gecikmiyin.Doya-doya yaşıyın,sevin həyatı,ona dəyər verin.
O zaman o da sizi sevəcək,qucağına alacaq,qoruyacaq...

Əslində o qədər gözəldiki həyat...Yaşadıqca heç kəs doymur.Amma unutmuyunki bu həyata 
ölmək üçün gəlmişik,yaşamaq üçün yox...Yaşıyın amma ölümünüzə layiq...

Həyatdan tək aparacağımız şey hörmət,sevgi və bizə olunacaq rəhmətdir...

Yaşamaq-həyatla ölümün müqaviləsidir.İnsan isə onun bədbəxt qurbanı...
 

0 şərh