Cənnətə girəcəyi anda paxıllığı imkan vermədi

Pislik etməklə keçmişdi ömrü. Yaxşılıq nədir bilməmişdi. İndi cəhənnəmin astanasında idi. Qapıda onu mələk qarşıladı. Mələk: “Əgər həyatda bircə dəfə də olsun yaxşılıq etmisənsə sən cəhənnəmə girməyəcəksən.”,- dedi. Adam uzun müddət fikirləşdikdən sonra meşədə gördüyü hörümçəyi xatırladı. Bir dəfə meşədə gedəndə bir hörümçək toru ilə qarşılaşmış, toru qırmamaq üçün yolunu dəyişmişdi. Həyəcanla bu hadisəni mələyə danışdı. Mələk gülümsədi və əllərini bir-birinə vurdu. Bu vaxt göydən bir hörümçık toru endi. Adam artıq bu tordan tutub cənnətə girə bilərdi. Sevinclə tora yaxınlaşdı. Ancaq yanındakı adamlar da tordan tutmaq, onunla birlikdə cəhənnəmdən çıxmaq istəyirdilər. Adam torun bu qədər adama dözməyəcəyini düşündü və qorxu içərisində onları itələməyə başladı. Bu vaxt tor doğurdan da qırıldı. Hamısı bir yerdə cəhənnəmə düşdülər. “Heyif “ – dedi mələk – “Həyatda etdiyin yeganə yaxşılığı da öz əlinlə məhv etdin. Halbuki o adamlara tordan tutmağa imkan versə idin, hamının xilas olacağını görəcəkdin”.
 

2 şərh

Shabnam_Ilham
Burda yazdıqlarınızın çoxu copy-paste-dir. Yazırsınızsa ən azından mənbəni qeyd edin. Bir də bu topik artıq burda elshad adlı istifadəçi tərəfindən nəşr olunub.
soni_memmedzade
ümumiyyətlə paxıl artmır.bu dünyada etdiklərin ,o dünyada qarşılıqsız qalmır