Çempionlar Ligası - Bavariya? yoxsa Lyon?

Bu axşam çempionlar liqasında sizcə kim qalib gələcək. Mən şəxsən Bavariyanın qalib gələcəyini təxmin edirəm. Hesab isə 4-1 olacaq. Hətta Bavariyanın qalibiyyətinə 10 manat pul yatırmışam )
 

21 şərh

Agali
Bəlkə Bukmeykr adlı bloq yaradaq? Buda inkişafın bir növüdü :)
Məncə oyun bərabərə quraracaq. İnter -Barsa oynu onlara dərs olar.
xalid
Mən yaratmaq istədim amma hələ ixtiyarım yoxdu ) Yaxın gələcəkdə inşallah açılar. Mən şəxsən oyunları təxmin edirəm. Əgər başqa maraqlanan varsa məsləhətləşib yaxşı oyunlar seçə bilərik.
fidan
Əgər yazıda bu komandaların tarixi,oyunçular,analiz və s. yoxdursa belə post kimə lazımdır? Bukmekerlik yaxşı şeydir,amma belə yox.4-5 dənə əməlli-başlı futbola aid məqalə yazsanız,bu barədə fikirləşmək olar. magicboy da vaxtilə futbol haqqında 2 məqalə yazmışdı,amma başımız başqa şeylərə qarışdığından diqqət ayırmadıq ona.Əgər doğurdan da futbol haqqında maraqlı,necə deyərlər səviyyəli post yazılacaqsa bloq da yaradılar,hələ üstəlik bukmekerlər üçün gizli bloq da))
xalid
Analiz də olacaq, məqalə də. Mən sadəcə sadə bir anket ilə buradakı marağı öyrənmək istədim. Gələn postum daha detallı olacaq.
Agali
Məsələn Bukmeykrlərin tarixi haqda və.s
Mən oxumuşdum onlar haqda. Amma dəqiq bilmirəm.
xalid
Çalışacam onlar haqqında da yazım. Dediyim kimi bu anket sadəcə olaraq kəşfiyyat xarakterlidir.
Leyla
Məni futboldan çox bukmekerlik maraqlandırır.Necə pul qazanırlar,necə şot qoyurlar. Yaxşı şeydirsə bəlkə mən də girişim?
Bir də bildiyimə görə bukmekerlik o qədər inkişaf edib ki,əvvəldən oyunları razılaşdırırlar,fırıldaq edirlər,çox pul udmaq üçün əvvəldən futbolçular hər şeyi razılaşdırır. Çox maraqlıdır bu mənə.Kimsə bu barədə yazsa,profilinə bir dənə + məndən=))
xalid
Nəzərə alınacaq )
Elvin85
Dünənki oyundan sonra bugünku oyun neçə-neçə olursa olsun, zərrəcə fərq etməz, həftəlik futbol sevinc normasını dünən yerinə yetirdim :)
bankir
Bu İnterliyə minus verməyən kafirdir:-)
Elvin85
Cənab bu azərbaycanlı, mən İnterli deyiləm, italyan klublarından və yığmasından zəhləm gedir. son dəfə İnterə 98-ci ildə Moskva Spartakını UEFA-nın yarımfinalında  udarkən azarkeşlik etmişdim. Bir də indi. Bu dəfə azarkeşliyimə səbəb Barsanın keçən il yarımfinalda UEFA-nın sifarişi ilə finala ÇIXARILMASIdır. Çelsi ilə həmin oyuna baxanlar yəqin o biabırçılıqdan xəbərardırlar. Qoy bu dəfə də uduzsunlar, lap hakimin köməyi ilə də olsa. O halda bəlkə Barsa yeni tarixindəki qara ləkəni qismən silmiş ola.
bankir
Yox,sən nə danışırsan,Buş,Putin,Çin prezidenti özü şəxsən təzyiq göstəriblər ki,mütləq Barcelona çempion olmalıdır.Hətta Barsa ilə oynayan bütün komandaların futbolçularının yeməyinə dərman qatmışdılar ki,zəif olsunlar. UEFA prezidenti özü şəxsən qapıçılara tapşırmışdı ki,Messinin vurduğu 9 qolu tutmasınlar.
Elvin85
Sən nağıl danışırsan, mənsə fakt, o youtube o da sən, get oyunun təkrarına bax. Bax və de ki, bir oyunda verilməyən penaltilərin sayına görə Ginnesin rekordlar kitabına düşməlidir ya yox. :) Amma BAX haa, daha gördüklərini fanatlıq filtrindən keçirib burda nağıl danışma. :) Və yaxud keçən ilin xəbər arxivlərinə bax bu oyun haqda, və ya norveçli hakim niyə ölümlə hədələnmişdi ona bax. Daha nağıl danışma :)

Bu mövzuda keçən il fb-də xeyli yazışmışdıq tanışlarla, təkrar yazmağa həvəs yoxdur düzü. Bu qədər.
Agali
BArsada Nə Putinin,Nə Buş un nədə Çin Prezdentinin yerlisi yoxdur. Onlara nə qalıb ki Barssaya görə təzyiq göstərsin.Həmdə Dünyanın 3-böyük dövlətinin prezidentlərini yazmısan. Nə oldu hər 3-ü Barsalı oldu. 3-üdə bir birinə əks olan adamlar.
bankir

Zarafati başa düşmürsən. Yazdığım kinayə ilə yazılmışdı. Nəysə.Söhbəti bağlayaq.Mövzu qıraqda qaldı.

papatürk
Elvin,incimə,mən fitvaya görə minus vermək zorundayam:)
Elvin85
Ok.  Bundan sonra sənin bütün post və şərhlərini minus vermək üçün həsrətlə gözləyəcəm. Onda bilərsən ki, fitvaya getmək nədir. :)
Freddie
Barca — Chelsea arasında olan birinci oyunda Anriyə qarşı olan 100%-lik penaltiyi hakim versəydi, Barca ikinci oyuna daha rahat çıxacaqdı. Hətta birinci oyundan sonra Çelsinin futbolçuları da bunu təsdiq etmişdilər. Bir də axı Çelsi oyunda hakim səhvən Abidala qırmızı kart da göstərmişdi. Çelsinin isə iki penaltisini verməmişdi. Söhbət bağlandı :D
Kaka
Bi dənə komanda varsa o da realdı. qalanları qazdı. söhbəti mən bağladım… xe xe xe
Turxan
Oyun 1-0 Bavariyanin xeyrine bitecek. Shrifte gore uzr isteyirem.)))
Kaka
Hakimin bası xarab olmuşdu. Lyonun oyunçusun götdü atdı bayıra heçnədən. İkinci sarı kart gülməli qərar idi. Bu il bu ÇL hakimlərinə nəsə olube. Bavariya bu hakimlərə nə verir ki, bunlar bele edirlər…