Рейтинг
+11.10

Xalq təbabəti

6 üzv, 190 topik

Burun qanaması zamanı təbii çarələr

Əvvəlcə burun qanamasının səbəbləri bilinməlidir. Çox hallarda burun qanamaları orqanizm üçün faydalıdır və qanamalar  bədənimizin müdafiə müqaviməti ola bilər, məsələn:
1. yüksək təzyiq zamanı burun qanaması. Bu zaman qanamaya müdaxilə etmək düzgün deyil
2. Alın cibində və haymor ciblərində iltihabın olması. Bu daha çox güclü soyuqdəymə nəticəsində əmələ gəlir bu zamanda burun qanamasının olması faydalıdır.
Davamı →

7 zeytun 1 əncir faydaları

Yaponiyada insan yaşlanması üstündə 25 il təcrübələr aparmışlar və belə bir nəticəyə gəlmişlər ki, həmişə cavan qalan və ya yaşıdlarından cavan görünən insanların bədənlərində bir maddə ifraz olunur ki, bu maddə daha çox istehsal olunanda insan daha çox cavan qalır və daha çox sağlam olur.
Alimlər bu hormonun istehsalına daha çox səbəb olan bitkiləri araşdırmağa başlamışlar və çox maraqlı bir nəticəyə gəlmişlər. Gündə 7 ədəd zeytun 1 ədəd ənciri birlikdə yemək bu hormonun daha çox istehsal olunmasına vəsilə olmuş və belə insanların mədə-bağırsaq sistemlərində demək olar heç bir problem olmamışdır.
Davamı →

Mədəaltı vəz xəstəliklərinin çarəsi

Mədəaltı vəz və ya pankreas, adından göründüyü kimi mədənin altında yerləşən və 100 qrama qədər çəkisi olan bir orqandır. 100 qram olmağına baxmayaraq çox böyük bir işin öhdəsindən gəlir. Mədəaltı vəz yağların, zülalların, karbohidratların parçalanması üçün xüsusi maddələr ifraz edir.
Mədəaltı vəzin istehsal etdiyi maddələr öd axacağına tökülür və öd şirəsi ilə qarışmış halda həzmdə iştirak edir. Bu səbəbdən də mədəaltı vəzdə problem əmələ gələndə ilk növbədə öd kisəsi və öd yollarının vəziyyətinə baxılmalıdır. Öd yollarının daşla tutulması zamanı nə öd, nə də mədəaltı vəzin şirəsi onikibarmaq bağırsağa axa bilmir və şirə mədəaltı vəzin özünü yandırır, nəticədə mədəaltı vəzin iltihabı – pankreatit baş verir.
Davamı →

Boğaz ağrısı zamanı xalq təbabəti

Qış aylarında həm uşaqlar, həm böyüklər boğaz iltihablardan əziyyət çəkir.
Bir çox hallarda bu zaman həkimlər köməkçi müalicəvi vasitə kimi qarqara təyin edirlər. Qarqara çox sadə və eyni zamanda çox effektli prosedurdur.
— Tonzillit (angina) zamanı badamcıqlarda irin yığılır. Xəstə ağzını açdıqda bu irin badamcıqlarda ağ nöqtələr kimi görünür. Qarqara iltihabın mənbəsi olan irini mexaniki olaraq yuyub aparır.
— Qarqara boğazda bakteriyaların yaşaması və çoxalması üçün uyğun olmayan mühit yaradır.
— Selikli qişanı yumşaldır, iltihabı azaldır.
Davamı →

Revmatizm xəstəliyinin xalq təbabəti ilə müalicəsi

İstənilən vəziyyəti ilə səciyyələnən, oynaqlarda ağrı və iltihabı, revmatizm kimi məlumdur. Bu xəstəliyin simptomu daha geniş yayılmış mönkəm ağrı və xoşagəlməz keylikdən ibarətdir.
Revmatizmdən əziyyət çəkən insanlara həkimlər çox vaxt dərmanlar və maz və müxtəlif preparatlar yazırlar, amma elə vaxt olur ki, onların heç biri kömək etmir. Beləolan halda alternativ bir yola, xalq təbabətinə müraciət etmək daha yaxşı effekt verər!Revmatizm xəstəliyinin xalq təbabəti ilə müalicəsi
İnqrediyentlər:
  1. 1litr təmiz,saflaşdırılan su
  2. 250 q quru qarayonca
  3. 2 kq bal

Hazırlanma qaydası:
Bir saat ərzində suda zəif odda qarayoncanıqaynadırıq, həlim bir az soyuduqdan sonra, bal əlavə edin.
Qoyun tam soyusun.
İstifadə qaydası:
Yeməkdən sonra, iki xörək qaşığı gündə üç dəfə qəbul edilir. 

Mənbə: ahlibeyt.ge
Davamı →

Allergiya üçün təbii vasitələr

Geyinilən paltar, qəbul olunan qidalar və  məişətdə allergenlər çoxaldığına görə (çünki süni iplərdən toxunmuş paltarlar, sintetik yeməklər və kimyəvi tərkibli yuyucu vasitələr gündən günə artır) allergik xəstəliklər də artır. Allergiya deyəndə ilk növbədə ağıla bədəndə səpgilər və qaşınma gəlir. Onlar allergiyanın ilkin əlamətləridir, lakin bunlarla yanaşı bronxial astma kimi illərlə davam edən xəstəliklər də var.
Allergiyası olanlar bədənin allergenə, yəni allergiya törədən maddəyə qarşı müqavimətini artırmaq üçün nələr etməlidir? Xəstəliyin qarşısını almaq üçün illərin sınağından çıxmış üsullardan istifadə etmək olar. Həmin üsulların biri kömək etməyəndə digərini sınamaqdan çəkinmək lazım deyil, çünki əlavə ziyanlı təsirləri yoxdur, orqanizmin möhkəmləndirilməsi üçün də istifadə edilə bilər.
Davamı →

Mastopatiyanın xalq təbabəti ilə müalicəsi

Mastopatiya süd vəzinin xoşxassəli şiş xəstəliyidir. Əsasən 25-50 yaşlı qadınlar arasında daha geniş yayılıb. Lakin son illər mastopatiyaya cavan, hətta ailə həyatı qurmayan qızlarda da tez-tez rast gəlinir. Bu hormonal xəstəlik əsasən irsi xarakter daşıyır.
Mastopatiyaya səbəb olan digər faktorlar da var: yumurtalıqların iltihabı, zob, öd kisəsi və qaraciyər xəstəlikləri, diabet, piylənmə, stress, depressiya, qeyri-müntəzəm cinsi həyat, abortlar, süd vəzin travmaları, alkoqol, nikotin, ilk hamiləliyin gec olması, erkən aybaşı və s.
Davamı →

Nanənin faydaları

Nanə ən faydalı bitkilərdən biridir. Bu ətirli bitki hələ qədim zamanlardan təbabətdə istifadə olunur.

Hippokrat, İbn Sina, Avisenna kimi dahilər nanənin müalicəvi xüsusiyyətlərindən xəbərdar olub və yüksək qiymətləndiriblər.

Nanə günümüzün tibbindədə aktiv istifadə olunur. Nanə və nanə məhsulları müxtəlif dərmanların tərkibinə daxil edilir.

Davamı →

Heyvadan ÖSKÜRƏK əleyhinə belə istifadə edin

Payızın, soyuq ayların ən çox istifadə olunan meyvələrindən biri də heyvadır. Heyvanın faydaları çoxdur.

Amma soyuq aylarda heyvadan ən çox öskürək əleyhinə təbii dərman kimi faydalanırlar. 

Heyvadan öskürək zamanı çox istifadə olunur. Əsasən də heyva tumlarının suda və ya süddə dəmlənməsindən. 
Davamı →