Urinoterapiya

Xalq təbabətinin elə maraqlı üsulları var ki, bu barədə eşidəndə adama gülməli və ya təəccüblü gəlir. Amma əsrlərdir xalq təbabətindən bəhrələnən və şəfa tapan yüzlərlə insan var.
UrinoterapiyaBəzi ənənəvi, müasir tibb tərəfdarları xalq təbabətinin möcüzələrinə şübhəylə yanaşırlar, dərmanlarla müalicəni üstün hesab edirlər. Əslində hər bir həkim nəzəri bilikləri ilə yanaşı türkə-çarə dediyimiz, amma şəfalı üsullardan xəbərdar olmalıdır. Əlbəttə ki, bu mütaliə, araşdırma ilə məşğul olub öz bilik dairəsini artırmaq hər tibb sahəsinin təmsilçinin fərdi işidir. Qəbul edək ki, həkimlərimizin çoxu mütəxəsisləşmək yolunda xalq təbabətindən bəhrələnməyi uyğun saymırlar.
Bu dəfə sizi sidiklə müalicə haqqında maraqlı məlumatlarla tanış edəcəm.“Qafqazinfo” bu məlumatları təqdim edir.
İnsan sidiyini səfalı edən nədir?
İndi bəzisinə bu üsul qeyri-mümkün, bəzisində ikrah, bəzisində də ürəkbulantısı yarada bilər. Amma bu barədə deyilənlər daha həqiqətəuyğun görünür. Ən əvvəl insan ifraz etdiyi bütün maddələri orqanizminin tullantıları kimi bilir. Bunun əksini söyləyənlərə görə isə sidikdən təkrar istifadə “dərman” rolunu oynayır.
Hazırda hind təriqətlərinin çoxuna görə insanın öz sidiyini içməsi önun ömrünü uzadır və xəstəliklərdən uzaq tutur. Hindistandan söz düşmüşkən məşhur hind təbibi Caverinin alman qəzetlərindən birində verdiyi müsahibədə belə deyilir. “74 yaşındayam və hər gün öz sidiyimi içirəm. Sidik insanların bildiyi kimi kənar və lazımsız şey deyil. Bədənimiz bəzi maddələri bir dəfəsində qəbul edə bilmir. Ona görə də ifraz olunanı yenidən qəbul etmək lazımdır. Sidiyimi təkçə içmir, bədənimə, dərimə sürtürəm, gözlərimə çəkirəm.” Ardınca təbib sidiyin şəfalı olduğu xəstəlikləri sayır. “Vərəm(tuberklyoz), eqzema, ürək xəstəlikləri, bronxit, ifliclər bu yolla sağala bilər. Vegeterianlar, ət yeməyən və pəhriz saxlayan insanlarda sidiyin içilməsi daha yaxşı effekt verir. Daha çox müalicə müddətində su və süd içilməlidir.”
Qeyd edim ki, Hindistan sidikdən dərman kimi istifadə edən ölkələr arasında öndə duranlardan biridir. Sadxa adlı təriqət bu qəbildən məşhurdur. Burada urinoterapiyaya-amoroli metodu deyilir. İnsanın sidiyi isə-“həyat eliksiri” hesab olunur.
Tarixçilərin fikrincə, qədim Pompey şəhərinin sakinləri sidikdən nəinki dərman, həm də geyimlərin dizinfeksiya edilməsi üçün istifadə edirmişlər. İndinin özündə bir çox yerdə, elə asteklər, hindlular da yaranın təmizlənməsi, mikrobunun öldürülməsi üçün sidikdən bəhrələnirlər. Sidiyin tərkibində zülal, ammonyak, kalsium, natrium, xlor, fosfor, azot kimi kimyəvi birləşmələrin təbii şəkildə mövcudluğu onu dərmana çevirir. Bu tərkib yeri gələndə insan üçün antiseptik, kosmetik, gübrə rolunu oynayır.
1747-ci ildə Cohan Henrik Zedlerin tərtib etdiyi “Böyük mükəmməl Dünya Lüğət”ində də sidiyin şəfalı vasitə olması barədə faktlar qeyd olunub. Orada deyilir: “ Qulaq iltihabında uşaq sidiyi isti-isti hər iki qulağa damçıladılarsa xeyirli olar. Yaxud sidiyin içinə bir az sarıkök əlavə edilib qarışdırılıb boğaz iltihabında qarqara mümkündür. Saç tökülməsində kartof unu, kükürd tosu qarışığına bir qəədr saxlanmış sidik əlavə olunub saç yaxalansa, müsbət nəticə almaq olar. Artyoz xəstəliyində, diz, oynaqlar, titrəyən əllər sidiklə ovularsa kömək olar. Arı, ilan sancmasında təzə sidik effektlidir. Yaxud bədənə su yığılarsa, hər gün acqarnına içilməsi şəfa verər.

Üz dərisində sızanaqlar, çilləri olanlar sidiklə dərini bir neçə gün silə bilər.” Kosmetologiyadan söz düşmüşkən bu vasitələrin istehsalında, dermotoloqların hazırladıqları məlhəmlərin tərkibində çox vaxt sidikdən istifadə olunur. Bir yaxınım Ukraynada sivilcələrindən xilas olmaq üçün sidiklə müalicə olunub. Dərisini dəfələrlə silməklə bu problemdən qurtulub. Sidik həm də tüklərdən azad olunmaq üçün edilən prosedurlardan, epilyasiyadan sonra da effekt verir. Burada düzgün istifadə şərtdir. Hər yaş dövründə ifraz edilən sidik tərkibinə və müalicə üsuluna görə fərqlənir. ABŞ-ın Sent-Lyus Universitetinin alimləri sidiyin müalicəvi və antiseptik tərəfini sübuta yetirən dəlillər təqdim edib. “Sidik sterildir”.
Nəhayət, bu deyilənlərdən sonra 1995-ci ildə dünyada nüfuz qazanmış və səs-soraq salmış bir kitab çap edildi. Karmen Tomasın “Sidikdəki möcüzə” adlı kitabı bir çox fərziyyələrə aydınlıq gətirdi və insanlarda yeni fikir formalaşdırdı. Orada yuxarıda sadalanan xəstəlik və problemlərin həllində sidikdən istifadə barədə maraqlı fikirlər toplanıb.
Hazırda Rusiyada, Sankt-Peterburqda sidiklə müalicə-urinoterapiyayla bağlı xüsusi instutut fəaliyyət göstərir. Azərbaycanda da bu üsulu tətbiq edənlər az deyil. Bəzi hallarda bu insanlar universitet bitirmiyən uydurma təbiblər kimi qələmə verilir və ifşa olunur. Amma bu üsula inanan insanlar şəfasını tapa bilir. Bu yaxınlarda Türkiyənin tanınmış təbibi, mütəxəsis və bir şox şəfalı bitkilərlə müalicəni kəşf edən Əhməd Maranki öz müsahibəsində də bunu təsdiq edib. O, bildirib ki, Azərbaycanda və Rusiyada olduğu müddətdə urinoterapiyanın sirrlərini öyrənmək imkanı olub.
Qeyd edim ki, İsrail də sidiklə müalicə üzrə mütəxəsisləriylə fərqlənir.
Xərçəng xəstəliyinin, mədə-bağırsaq problemlərinin bir neçə mərhələsində də urunoterapiyaya müraciət oluna bilər. Ən əsas mütəxəsisin qoyduğu düzgün diaqnozdur. Müalicə sonra gəlir.
Bizim çox həkimlər urinoterapiyanın nə olduğunu heç bilmirlər.
Azərbaycanda həkimlərimizin bu məsələylə bağlı hardasa fikirləri eynidir. Ən əvvəl məlumatı olmayan insanın da urinoterapiyanı rədd etməsi, onu tənqid etməsi təbii məsələdir. Yalnız bilikli və məlumat toplamağı bacaran insanlar bu barədə polemikaya girə bilərlər.
Adil həkim müasir tibbin son dərəcə nəaliyyətlərinin olduğu vaxtda sidiyin içilməsini kor-təbbi addım hesab edir. Həkimə görə, bu yolla müalicə ilə konkret nəticə əldə etmək mümkünsüzdür.
Terapevt Səidə xanımsa sidiyin içilməsinin daha ağır fəsadlar verməsini söyləyir. Ola bilsin bu usulla effekt əldə etmək olar, amma mütləq başıçıxan və təcrübəli həkim tətbiq etməlidir.
Başqa bir adını vermək istəyən xanım həkimsə, xalq təbabəti tərəfdarı kimi bu üsulla müalicəni çirkin hesab edir.

“Təcrübəmdə sidikdən istifadə ilə sağalanlar çox olub”
Rus millətinin sidiklə müalicəyə daha çox inandığını eşitmişik. Bəli, Rusiyada hətta bu sahədə mütəxəsislər də yetişib. Vaxtiylə 1930-cu ildə Moskvada uroqravidanoterapiya adlı institut da fəaliyyət göstərib. Amma qısa müddətdən sonra bağlanıb. Az vaxtda araşdırmaçılar bu sahədə çox suala cavab tapıblar. Rus araşdırmaçılardan Y.Frolov xeyirli müalicə kimi urinoterapiyanı müdafiə edir, amma bunun üçün sınaqların olmasını deyir. Onun fikrincə, istifadə olunan sidik təmiz tərkibli və sağlam insanınkı olmalıdır. Doğru istifadə edilmədikdə, sidik orqanizm üçün böyük təhlükəyə çevrilər. Rusiyada tanınmış təbib Gennadiy Malaxov da öz sidiyini su kimi içən şəxs kimi ara-sıra qınaq obyektinə çevrilib.
Urinoterapiyayla bağlı Moskvada yaşayan və fəaliyyət göstərən peşəkar, təcrübəli ixtisaslı həkim Səbahəddin Hüseynov maraqlı fikirlərini mənimlə bölüşür. Həkim illərə dayanan təcrübəsini belə ifadə edir: “Sağalmayan xəstəliklər yoxdur. Təcrübəmdə onkoloji xəstəliklərdən belə sagalanlar olub.
Urinoterapiyaya gəlincə, onun tərəfdarları elə onu istifadə edənlər də olacaq. Bu barədə məlumatı olmayan həkimlər urinoterapiya tərəfdarlarını tənqid edəcəklər. Bu təbiidir. Urinoterapiya səhiyyə nazirliyi tərəfindən müalicə üsulları siyahısında yoxdur. Həkimlərə əsasən dərmanla müalicə öyrədilir. Əsrlərdir tarixi olan xalq təbabəti isə qaranlıq, cəhalət dövrünün mirası kimi vurğulanır. Gənc həkimlərə isə dərmanla müalicənin effektiv, müasir olduğu aşılanır. Onlar da buna çox inanırlar. Lakin təcrübə artdıqca həkimlər anlayır ki, dərmanlarla xroniki xəstəlikləri sağaltmaq nadir və təsadüfi hallarda mümkün olur.

Xəstələrdə baş verən ağırlaşmalar xəstənin dərmandanmı, yoxsa xəstəliyin gedişatındanmı baş verdiyi naməlum qalır. Belə vəziyyətdə bəzi həkimlər başqa müalicə üsullarını öyrənməyə can atırlar. Bu yerdə xalq təbabəti üsulları həkimin və xəstənin köməyinə gələ bilər. Təəssüf ki, urinoterapiya haqqında məlumatı olmayanlar nəinki bu üsullara qarşı çıxırlar, eləcə də ondan istifadəyə qəti qadağalar tətbiq edirlər. Urinoterapiyaya dair o qədər şahid olduğum nümunələr var ki. Moskva xəstəxalarının birində 9 yaşlı uşaq ürək qüsuru səbəbiylə əməliyyata alındı. Uşağa narkoz verildi, nəticədə ürəyi dayandı. Həkimlər ürəyin fəaliyyətini bərpa edə bildilər. Amma əməliyyatdan imtina edildi. Uşaq günlərlə reanimasiyada süni nəfəs aparatına qoşulu qaldı. Dörd gün sonra mənim növbəm idi. Uşaq ayılmırdı, 40 dərəcə hərarət içindəydi, qarnı köpmüş, sidiyi yox idi. Bütün səylər puç olmuşdu. Həkimlərin onun sağalmasına ümidi kəsilmişdi. O vaxtlar sidiklə müalicə haqqında kitab oxumuşdum. Düşündüm ki, bu müalicə üsulunu çarəsiz uşağa tətbiq edim. Əvvəlcə başqa xəstənin sidiyi ilə onu imalə etdim. Sonra bədənini, ayaqları və əllərini sidiklə massaj etdirdim. Zondla mədəsinə sidik tökdürdüm. Uşağın bağırsaqları işlədi, öz sidiyi gəldi. Bir sözlə xəstə səhərə ayıldı, özü nəfəs aldı.

Həkimlər işə gələndə möcüzə ilə qarşılaşmış kimi sevindilər. Onlara müalicə üsulu haqqında danışdım. Bu üsulla səkkiz xəstəni ağır vəziyyətdən həyata döndürdük. Lakin gözlənilmədən həkimlər arasında bu müalicə üsulu barədə fikir ayrılığı meydana gəldi. Dedilər kimə desək ki, bu müalicə üsulunu tətbiq edirik, biyabır olarıq. Çoxu bizi başa düşmədi. Axı plazmaferez, hemodializ kimi qanı təmizləyən müasir müalicə üsulları varkən, bu usula inanmaq çətin olardı. Sidiklə müalicə barədə şöbə rəhbəri xəbər tutanda bu üsulu qadağan etdi. Halbuki təcrübəmdə urinoterapiya və digər təbii üsullarla şəkər, allergiya, uşaqsalma, sonsuzluq və digər xəstəliklərin sağalmasına nail olmuşam. Çox təəsüf ki, bu üsullarla onlarla insanı sağaltmaq, həyata qaytarmaq imkanı var. Bu üsulları Vətənimdən kənarda etməyimə isə təəssüf edirəm. Yeri gəlmişkən, sidiklə müalicə zamanı dərmanlardan istifadə və xüsusi pəhriz saxlanmasına nəzarət olunmalıdır.”
Bu arada qeyd edim ki, Səbahəddin Hüseynovun internetdə xüsusi səhifəsi var. Həkimin maraqlı məqalələri ilə tanış olmaq üçün www.doksabahhadin.com ünvanını ziyarət edə bilərsiz.
Dinimiz bu barədə nə deyir?
İslam dininə görə, insanın öz sidiyini içməsi günah sayılır. İlahiyyatçı Fərid bəy, vaxtiylə Həzrəti(ə) Məhəmməd peygəmbərimiz dəvə südü ilə insanları müalicə etdiyini deyir… “ “Dinimiz bəzi məqamlarda haram sayılanşeyləri qəbul etməyə çağırır. Əgər insan sidikdən istifadə edirsə və şəfa tapırsa bu qəbahət deyil. Amma dəstəmazını verib, namazından qalmırsa Allah qarşısında günah etməz.”
Haşiyə. Deyilənlərlə nə qədər razı və ya narazısınız bilmirəm. Məqsədim sadəcə sizi məlumatlandırmaqdır.

Mənbə: qafqazinfo.az

0 şərh