Güclü immunitet üçün faydalı resept

Soyuq fəsillərdə müxtəlif vitaminli qarışıqların istifadəsi çox yaxşı profilaktik effekt verir. Adətən bu qarışıqalara meyvə quruları, limon, portağal, bal, qoz-fındıq daxil edilir.

Bu məhsullar orqanizmi bütün ən vacib vitamin və minerallarla təmin edir, immuniteti möhkəmləndirir, orqanizmin virus və infeksiyalara qarşı davamlılığını artırır. Digər qarışıqlardan fərqli olaraq bu qarışığın tərkibinə güclü mikrob və iltihabəleyhinə təsirə malik olar əzvay (aloe) bitkisinin şirəsi daxildir.

Qarışığın hazırlanması:
1. Aloenin qalın yarpaqları yığılır, şirəsi sıxılır (yarım stəkan alınmalıdır).
2. 300 qr qoz, 2 limon (qabıqlı) blenderin köməyi ilə xırdalanır.
3. Qozlu-limonlu qarışığa yarım stəkan təbii bal və aloenin şirəsi əlavə olunur, yaxşı qarışdırılır.
4. Qarışığı soyuducuda saxlayın və gündə 2 dəfə (səhər və axşam) 1 desert qaşığı olmaqla qəbul edin. Qarışıq çox gözəl profilaktik və müalicəvi təsir edir.

saglamolun.az 
 

1 şərh

azadmamedov90
Salam. Bu qarışıq üçün vaxtımı itirdim, ərzaqları heyif elədim, blendri yandırdım, əgər effekt verməsə nədə səhv etdiyini deyin.:)