Qarında köp zamanı xalq təbabəti

Qarında ağırlıq, ağrılar, köp kimi simptomlar bir çox hallarda qidanın həddindən artıq miqdarda qəbulundan sonra meydana çıxır. Belə vəziyyətdə sınanmış təbii vasitələr sizə kömək edə bilər.

1. Kefir. 1 stəkan kefir həzm proseslərini asanlaşdırır və sürətləndirir, qarında köp, ağırlıq kimi simptomları yox edir. Kefir olmadıqda təzə qatıq içə bilərsiniz.

2. Çobanyastığı çayı. 1 ç.q çobanyastığı 100 ml isti suda 20 dəqiqə ərzində dəmləyin və için.

3. Zirə dəmləməsi. 1 ç.q. zirəni 100 ml isti suda dəmləyin, 20 dəqiqədən sonra süzün və için.

saglamolun.az 

0 şərh