Kəklikotulu çay

Kəklikotu və onun faydalı xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Qədimdə bu otu «ruhun gücü» adlandırırdılar. Kəklikotu həqiqətən insanın əhvalını yaxşılaşdırmaq, depressiya və streslə mübarizə etmək xüsusiyyətlərinə malikdir.

Bundan əlavə kəklikotulu çayının bu kimi müsbət təsirləri var:
— qurdları və mikrobları öldürür
— ağrıları azaldır
— nəfəs yollarını təmizləyir, çox gözəl bəlğəmgətiricidir
— immun sistemini möhkəmləndirir
— orqanizmi tonuslaşdırır, yorğunluğu azaldır, gümrahlıq bəxş edir
— soyuqdəymə zamanı xəstənin vəziyyətini yüngülləşdirir
— kişilərdə potensiyanı yaxşılaşdırır
— böyrəkləri təmizləyir, sistit zamanı kömək edir
— qadınlarda laktasiyanı (südün ifrazı ) artırır
— arıqlamağa kömək edir
— dərini təmizləyir.

Dadlı və faydalı kəklikotu çayını hazırlamaq üçün sadəcə adi qara çay dəmlədikdə çaydana 1 çimdik (yarım çay qaşığı) quru kəklikotu əlavə edin. Bəzi xəstəliklər (mədə xorası, qalxanvari vəzi xəstəlikləri, ağır ürək xəstəlikləri və s.) və həmçinin hamiləlik zamanı kəklikotulu çayı içmək olmaz.
 

0 şərh