Qızılgül ləçəklərindən faydalı çay

Qızılgül ləçəklərindən çox faydalı çay hazırlamaq olar. Bunun üçün 1 x.q. təzə qızılgül ləçəkləri 1 stəkan (200 ml) isti suda 30 dəqiqə ərzində dəmlənilir (bunu termosda etmək daha yaxşıdır), süzülür və gün ərzində 2 dəfə 1/2 stəkan olmaqla adi çay kimi içilir.

Bu çay çox dadlı, ətirli, faydalı və müalicəvi içkidir:
— sinir sisteminə müsbət təsir edir
— sakitləşdirir, stressi və əsəbiliyi azaldır, əhvalı yaxşılaşdırır
— ürək əzələsini möhkəmləndirir
— təzyiqi aşağı salır
— bağırsaqlara antiseptik təsir edir
— mikrobları öldürür
— stomatiti müalicə edir
— arıqlamağa kömək edir
— qurdları öldürür
— orqanizmi cavanlaşdırır
— dərinin vəziyyətini yaxşılaşdırır
— qalxanvari vəzi üçün faydalıdır
— immun sistemini möhkəmləndirir.
 

0 şərh