Sarıkök suyu

Ən faydalı ədviyyatlardan olan sarıkök orqanizmə müalicəvi, profilaktik və cavanlaşdırıcı təsir edir.

Sarıkökün orqanizmə olan müsbət təsiri bir çox elmi araşdırmalarda öz təsdiqini tapıb. Sarıkökün əsas təsiredici komponenti olan «kurkumin» güclü antioksidant, iltihab, mikrob, virus və xərçəng əleyhinə təsirə malikdir.

Hər gün sarıkök əlavə olunmuş 1 stəkan su içmək orqanizmə çox böyük fayda verə bilər. Bunun üçün 1 stəkan (200 ml) ilıq suda 1 qəhvə qaşığı sarıkök və 1 çay qaşığı bal həll edin və acqarına için. Bu möcüzəli içkinin orqanimə olan mühüm faydaları bunlardır:

— Güclü iltihabəleyhinə təsirə malik olduğuna görə artritin simptomlarını (ağrı, şişkinlik) azaldır.

— Şəkərli diabetin inkişafının qarşısını alır.

— Qaraciyərin sağlamlığını qoruyur.

— Metabolik prosesləri yaxşılaşdırır və bununla da arıqlamağa kömək edir.

— Beyinin fəaliyyətini yaxşılaşdırır, beyini cavanlaşdırır.

— Xərçəngin riskini azaldır.

— Ürək-damar sistemi üçün faydalıdır, damarların sağlamlığını qoruyur, damarlarda trombların əmələ gəlməsinin riskini azaldır.

— Antioksidant xüsusiyyətlərə görə orqanizmə olan sərbəst radikalların təsirini azaldır və bununla da orqanizmin qocalmasını ləngidir.

— Dərinin vəziyyətini yaxşılaşdırır.

0 şərh