Damarlara faydalı resept

İnsanın bütün orqan və sistemlərində damar və kapilyarlar var. Onların möhkəm və sağlam olmasından bizim ümumi sağlamlığımız asılıdır.

Qan damar və kapilyarlar vasitəsilə bütün orqanizm boyu oksigen və qidalı maddələri daşıyır. Bu maddələr isə orqanizmin normal fəaliyyətini təmin edir.

İnsan yaşa dolduqca onun damarları zəifləməyə başlayır, damarların divarları nazilir, elastikliyini itirir, kövrək olur, onların keçiriciliyi artır. Nəticədə bir tərəfdən damar xəstəlikləri inkişaf etməyə başlayır, digər tərəfdən isə orqan və sistemlərin qidalanması pozulur.

Bəzi maddələr var ki, onlar damarların sağlamlığını qoruyur, damarların divarlarını möhkəmləndirir, damar xəstəliklərinin inkişafını əngəlləyir. Bu maddələr C və P vitaminləridir.

Tanınmış rus həkim-fitoterapevt Pyotr Kuxarskinin resepti damar sağlamlığı üçün olduqca faydalıdır.
Damarları sağlam və möhkəm edən bu qarışıq yalnız 2 inqrediyentdən ibarətdir — limon və tərxun. Lakin bu təsadüfi deyil. Limon C vitamini, tərxun isə P vitamini ilə zəngin olduğundan bu qarışıq onu istifadə edənlərə böyük fayda verə bilər.

Qarışığın hazırlanması:
2 iri dəstə tərxun və 3 limon götürün. Tərxunu təmizləyin və yuyun, limonu yaxşı yuyun, 4 hissəyə bölün, çəyirdəklərini çıxardın. Limon və tərxunu blenderdə əzin. Qarışığı soyuducuda saxlayın və gündə 2 dəfə 1 x.q. olmaqla yeməklər arası qəbul edin.

Müalicə kursu — 14 gün. Sonra 10 gün fasilə verin və yenə təkrarlayın. Belə müalicə kursları ildə 2 dəfə (yaz və payızda) edə bilərsiniz.

saglamolun.az

0 şərh