Yulaf dəmləməsi

Hələ dahi Hippokrat yulafın faydalı və müalicəvi xüsusiyyətlərini yüksək qiymətləndirirdi və yulafı müxtəlif xəstəliklərin müalicəsində istifadə etməyi tövsiyə edirdi. Hippokrat yulaf dəmləməsi ilə qaraciyər, mədə, bağırsaq, dəri və sinir sistemi xəstəliklərini müalicə edirdi.

Yulaf dəmləməsinin resepti:
Yulaf yarmasını qəhvəüyüdəndə üyüdün, 1 x.q. götürüb az miqdarda soyuq suda həll edin, sonra 1 stəkan qaynar suya tökün, qarışdıra-qarışdıra bir neçə dəqiqə vam odd qaynadın. Dəmləməni ilıq halda yeməklər arası için. İçəndən sonra 2 saat ərzində yemək yeməyin. Hər gün təzə dəmləmə hazırlayın və qəbul edin.

Bu dəmləmə müxtəlif sağlamlıq problemlərini həll etməyə kömək edir:
— Qastrit, xora xəstəliyi zamanı faydalıdır. Mədənin selikli qişasının bərapasını sürətləndirir.
— Bağırsaqları təmizləyir, qəbizliyi müalicə edir.
— Sinir sisteminə müsbət təsir edir.
— Arıqlamağa kömək edir.
— Dərini təmizləyir.
— Qaraciyərin fəaliyyətini yaxşılaşdırır.
— Öskürəyi sağaldır.
— Qanda şəkərin səviyyəsini tənzimləyir.
— Xolesterini aşağı salır və bununla da ürək-damar sistemi xəstəliklərdən qoruyur.
— Siqaretdən imtina etməyə kömək edir.

Dəmləməni 1 ay ərzində hər gün için, sonra 1 ay fasilə verin və müalicəni təkrarlayın.

saglamolun.az

0 şərh