Kontrast hava vannası

Dərimiz Kainatla bədən arasında həm sərhəddir, həm də körpü. Dəri maddələr mübadiləsi prosesinə güclü təsir göstərir, bədənin hərarətini tənzimləyir. Lakin dünyaya lüt gələn insan Yer üzünü buz örtəndən sonra, öldürdüyü heyvanların dərisinə bürünmək, bu yolla soyuqdan qorunmaq məcburiyyətində qalıb. Hazırda paltar təkcə soyuqdan qorunmaq vasitəsi deyil, ondan daha çox bər-bəzək rolu oynayır, zənginlik və kübarlıq atributu kimi çıxış edir.

İndi biz bədənimizi sintetik mallarla bərk-bərk “bələyib”, Ana Təbiətin saflaşdırıcı qüvvəsindən –oksigendən və şəfalı Günəş şüalarından təcrid edirik. Geyim – keçim bir yana, modabazlıq qadınlarımızın açıq qalan bir parça dərisini-əllərini və üzlərini də Kainatdan təcrid edib:ənnik-kirşan, zəhərli boyalar, yağlar, pudra, pamada, karandaş və s. dərini nəfəs almağa qoymur, onu boğur. Orqanizm zəyifləyir, xəstəlik törədən amillərin hücumuna tab gətirə bilmir.

Dəri ilə tənəffüsü təmin etmək, yaxud gücləndirmək üçün “kontrast hava vannası” əvəzsiz vasitədir. İcazə verin, möcüzəsini öz üzərimdə sınadığım bu proseduranın yerinə yetirilməsi qaydasını diqqətinizə təqdim edim.Onun mahiyyəti lüt soyunub, aşağıda göstərilən qaydada bədəni gah soyuq havaya vermək, gah da isti paltarla (yaxud isti yataqda) qızdırmaqdan ibarətdi.

Sonra düz yataqda (bərk yastıqda) bir qədər sakitcə uzanmaq lazımdır. Bu metodu ilk dəfə tətbiq edənlər, ahıl adamlar və orqanizmi zəyif olan xəstələr aşağıdakı sxemə əməl etməlidir: birinci gün-soyuqda 20-70 saniyə, ikinci gün 20-80 saniyə, üçüncü gün 20-90 saniyə, dördüncü gün 20-100 saniyə, beşinci gün 20-110 saniyə və altıncı gün 20-120 saniyə vanna qəbul edə bilərlər. Bu proseduranı 12 dəfə və daha çox yerinə yetirmək istəyənlər saniyələri artıra bilərlər. Bu proseduranı uşaq, yaxud ağır xəstə yerinə yetirirsə, onda hər dəfə çılpaq vəziyyətdə qalmaq maksimum 80-90 saniyə çəkməlidir. Soyuq yerdə dayanarkən ayaqlara ev başmağı geymək məsləhətdir.

Lüt vəziyyətdə olarkən pəncərəsi açıq qalan soyuq otaqda, paltar geyinərkən pəncərəsi bağlı olan isti otaqda qalmaq lazımdır. Bərk və düz yataqda uzanmaq da olar. Bürünəcəyiniz paltar kifayət qədər isti olmalıdır. Lakin bədəni tərlətmək lazım deyil.Əlləri şişin,digər xəstə yerin üstündə saxlamaq lazımdır.

“Konrast hava vannası” qəbul etməyin ideal vaxtından yeri sökülən çağdır. Hər halda, səhər saat 10-dək proseduranı bitirmək məsləhətdir. Mümkün olmasa, onu axşam saat 21-ə keçirin. Proseduranı yemək ərəfəsində və yeməkdən 40 dəqiqə keçməmiş qəbul etmək fayda verməz. Su vannası, duş qəbul edəndən 1 saat sonra onu yerinə yetirmək olar.

Bədəni zəyif olanlar bir müddətdən sonra proseduranı dayandırıb dincəlməli və təzədən başlamalıdır. Ən azı 3 ay davam edin, nə qədər çox məşğul olsanız, bir o qədər yaxşıdır. Qara ciyəriniz, yaxud digər daxili orqanlarınız xəstədirsə, proseduranı günorta, hava qızanda qəbul etmək məsləhətdir. Bədən alışandan sonra vaxtı tədricən dəyişin, səhərə tərəf sürüşdürün və səhərlər, mədəniz boş, hava soyuq olanda başlayın. Bir aylıq müalicədən sonra 3-4 gün ara verin. Xəstələr müalicə ilə müntəzəm 1 il məşğul ola bilər.

Diqqət: “çılpaq-terapiya” müxtəlif formada reaksiya verə bilər. Çəkinməyin. Bəzən xəstələrin dərisi gicişir, qaşınır, səpir. Müvəqqəti simptomlardır və yaxşı əlamətdir: qana dolmuş müxtəlif zərərli maddələr bədəni tərk edir, dəri məsamələri vasitəsilə kənar olunur. Dərini qaşımayın, qaşınan yerə heç nə qoymayın, alma sirkəsi ilə silə bilərsiniz. Xəstə gigenik alt paltarı geyməli, onu tez-tez dəyişməli və çoxlu su içməlidir. Yaxşı olar ki, imalə müalicəsindən istifadə edəsiniz. Bir neçə gündən sonra qaşınma keçəcək.

Baş verə biləcək mədə ağrısı da sizi narahat etməsin-hətta kəskin şəkil asla da! Müvəqqəti xarakter daşıyan bu hal sübut edir ki, müalicə uğurla gedir. Davam edin!

 Mənbə: «Möcüzəsiz möcüzə» kitabı

0 şərh