Andız otu

Andız otu (Lat. İnula) dərman bitkiləri siyahısında olan bitkilərdəndir. Andız qədim zamanlardan istifadə edilən bitkilər siyahısına daxildir. Qədim zamanlarda bilicilər bu bitkini bütün dərdlərin dərmanı hesab edirdirlər. O zamanlar hətta əskərlər özləri ilə qurumuş andız otu gəzdirirlərmiş. Əsgərlər andızı yaralarına tökmək üçün istifadə edirlərmiş. Bu yarananın sağalmasına və xəstə əsgərlərin yenidən həyata dönməsinə səbəb olurmuş.



Andız Astrakimilər fəsiləsinə aiddir. Onun boyu 2 metr hündürlüyə qədər yüksələ bilir. Onun yoğun kökü və çoxlu sayda yan kökcükləri olur. Andızın çiçəkləri tünd sarı rəngdə olub, çətirə bənzəyir. Bu bitki həm istiyə, həm də soyuğa davamlıdır. Onun çiçəklərinin qurusu və təzəsi eyni təsirə malikdir. Müalicə məqsədilə andız kökünün təzə çıxmış yarpaqlarından da istifadə edilir. İstifadə etmək üçün andız yarpaqlarını isti havalarda, kölgəlik yerdə qurutmaq lazımdır. Andız kökünü isə çıxardıqdan sonra soyuq su ilə yuyub, sonra qurudub istifadə edirlər. Andiz bitkisini artıqmaq istədikdə onun toxumlarını torpağa əkdikdən sonra mierallarla qidalandırmaq lazımdır. Onun toxumlarını dibçəkdə cücərdib sonra torpağa şitil yolu ilə də artırırlar.

Andız otunun faydalı xüsusiyyətləri
Müalicə məqsədinə andız otunun yarpaqlarından,çiçəklərindən və kökündən istifadə edilir. Andızın tərkibi E, C, B vitaminləri, orqanik turşular, piqment, saponin, kamedi, gelenin, alkoloid, inulin, selik,psevdoinulin, efir yağları,alantol, kamfara və s. ilə zəngindir. Andız bəlğəmgətirici, bağırsaqda turşuluğun miqdarının azaldıcı, maddələr mübadiləsini yaxşılaşdırıcı, ödqovucu, sidikqovucu, antimikrob və iltihab əleyhinə təsir göstərir.

Andız dəmləməsini xroniki və kəskin bronxitdə, enterekolitdə, diareyada, kolitlər zamanı, xroniki və kəskin faringitdə, qinqvitdə, traxeitdə, gec sağalan yaralarda, parodotozda istifadə edilir. Müalicə məqsədilə andız yarpaqlarının dəmləməsindən istifadə edlir. Xırdalanmış andız yarpaqlarının üzərinı qaynar su tökülür və su hamamında yarım saat dəmlənir. Dəmləmə isti halda yeməyə 15-20 dəqiqə qalmış içilir. Bu məqsədlə 2 xörək qaşığı xırdalanmış andızdan və 500 ml qaynar sudan istifadə edilir. Dəmləmə gündə 4-6 dəfə, hər dəfə ¼ stəkan içilməlidir.

Andızın təzə kök və kökcüklərindən esensiya da hazırlanır. Bu esensiyadan homeopatiyalarda geniş istifadə edilir. Esensiya orqanizmə antiseptik, iltihab əleyhinə və kapillyarlrı möhkəmləndirmək təsirinə malikdir.
Andız dəmləməsi mədənin selikl qişasının zədələnmələri zamanı da geniş istifadə edilir. Onun yarpaqları kəsiklərin və yaraların tez bir zamanda sağalmasına səbəb olur.
Andız iştahanı artırır, maddələr mübadiləsini stimullaşdırır, patoloji qadın xəstəlikləri zamanı, sakitləşdirici, qurd əleyhinə təsirə malikdir. Andız kökü dəmləməsindən hamilə qalmaq istəyənlər də istifadə edirlər.

Andızın təhlükəli və zərərli xüsusiyyətləri
Tərkibində andız olan dəmləmədən hamilələrin içməsi məsləhət görülmür. Böyrək və ürək-damar xəstəlikləri zamanı andız dəmləməsi içmək məsləhət deyil. Bu bitkinin dəmləməsindən həddindən çox içdikdə mədə ağrılarına, ürəkbulanmaya, bəzi hallarda isə allergiyaya səbəb ola bilir.

immunitet.az

0 şərh