Şüyüd çayı

Elmi adı “Anethum graveolens” olan və Azərbaycanda yetişən şüyüd, aromayik ləzzətiylə süfrələrimizin bəzəyidir. Mensturasiya sancılarına yaxşı təsir edir. Kalsium, manqan, dəmir minerallarıyla zəngindir və güclü antioksidandır.

Təzə bitkisini müntəzəm olaraq istifadə etmək bədənin yenilənməsinə və formada olmasına kömək edir. Xüsusən də həzm sistemində, xolestrol balansında, insulin səviyyəsinin normallaşmasında faydalıdır.

Tərkibi:
2 dəstə şüyüd
yarım litr su.

Hazırlanması:
Şüyüdlərin qalın saplarını ayırın. Suyu qaynadın. Qalın sapları qaynaq suya əlavə edin. 10 dəqiqə dəmlənməsini gözləyin.
 

0 şərh