Aloe şirəsi ilə faydalı məcun

Aloe vera bitkisi (əzvay) ən faydalı və təsirli müalicəvi bitkilərdən biridir. İnsanlar bu bitkinin faydaları haqqında hələ bizim eramızdan əvvəl bilirdi və ondan müxtəlif müalicəvi məqsədlərlə istifadə edirdi. Qədim Şərq təbabəti kitablarının birində "ölümsüzlük dərmanı«nın resepti tapılıb. Bu reseptə aloenin şirəsi də daxil idi.

Aloe vera xalq təbabətində çox geniş istifadə olunur. Lakin tək xalq təbabəti deyil, müasir ənənəvi tibb də aloe bitkisinin müalicəvi xüsusiyyətlərini təsdiq edir. Aloe əsasında müxtəlif dərman preparatları buraxılır. 

Aloe unikal bitkidir, onun tərkibində 250-dən artıq (!) bioloji aktiv maddə var. Bu maddələr arasında fitonsidlər, flavonoidlər, büzücü maddələr, vitaminlər (A, B1, B2, B6, B9, C, E) minerallar (selen, dəmir, kalium, maqnezium, fosfor, sink, mis və s.), aminturşuları, orqanik turşular və s. var.

Aloe vera tərkibli məşhur qarışım olduqca faydalıdır. Bu qarışığın güclü profilaktik və müalicəvi xüsusiyyətləri vardır.

Resept
Aloe bitkisinin qalın yarpaqlarını kəsin, şirəsini sıxın (əllə və ya şirəçəkənlə).

8 x.q. aloe şirəsi, 3 iri limon, 1 stəkan təbii bal, 2 stəkan qoz ləpəsini götürün. Limonları (qabıqlı) və qozu blenderdən keçirin, bal və aloe şirəsini əlavə edin, yaxşı qarışdırın.
Qarışığı 1 desert qaşığı olmaqla gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl qəbul edin.

0 şərh