Qarpız tumları

Qarpız tumları özündən də dəfələrlə faydalı və az qala bütün xəstəliklərdə dərman imiş. Bunu bir çox ölkələr, xalqlar bilir və Avropa, İsrail, Amerika, Rusiyada bizdə günəbaxan tumları qablaşdırıb satılan kimi, onlarda da qarpız tumları təmizlənib, qovrulub marketlərdə satılır və insanlar adi tum kimi alıb çırtlayır.

Qarpız mövsümündən onun tumlarından da sağlamlığınız üçün istifadə edin. Çox zaman böyüklər uşaqlara qarpızın qabıqlarını yeməməyi məsləhət görürlər. Bu isə yanlışdır.

• Qarpız tumlarında bol miqdarda sümüklər üçün son dərəcə faydalı olan maqnezium var. Bu xüsusiyyəti sayəsində sümüklərin güclənməsinə, qocalıq ilə inkişaf edən osteoporoz kimi xəstəliklərin qarşısının alınmasında köməkçi olur.

• Lakin ən çox qarpız toxumu qəlyanaltı kimi qabıqsız yeyilir. Qurudulmuş və qızardılmış şəklində isə çox asanlıqla zərərli çipsləri və duzlu çubuqları əvəz edəcək dadlı məhsul kimi atışdırmalıq kimi yeyilə bilər.

• Qarpız toxumlarının olduqca yüksək kalorili tərkibi vardır: 100 qr qurudulmuş qarpızın tərkibində 557 kilo kalori olur. Tərkibində bir çox protein var — onlar günəbaxan toxumu və badam demək olar ki, iki dəfə daha çoxdur.

• Qarpız tumlarında sümükləri qan təzyiqini tənzimləyən və koronar ürək xəstəliyi, eyni zamanda işemiyanın qarşısını alacaq amin turşuları var.

• Qarpız tumları aktiv şəkildə idmanla məşğul olan şəxslər üçün də faydalıdır. Bol oksigen təchizatı sayəsində əzələ hüceyrələrinin yenilənməsini sürətləndirir

• Qarpız toxumlarında arginin orqanizmdən azotun xaric edilməsində və kəskin cinsi disfunksiyanın müalicəsində kömək edir. Qarpız toxumları kişilərdə spermanın keyfiyyətini artırır.

• Zəka (əqli)bacarıqlara müsbət təsir göstərir, sıx intellektual iş nəticəsində konsentrasiyanı artırır və yorğunluğu azaldır.

• Qarpız toxumunun tərkibində əhəmiyyətli miqdarda maqneziumla zəngindir. Həm də dəmir qaynağıdır.

• Qarpız tumlarında bil miqdarda dəmir sink, mis və manqan, B qrupu vitaminləri var. Bunlar isə bədənin enerji dəyişmələrinə nəzarət edir və sinir sistemini yaxşılaşdırır.

• Qarpız toxumlarında antioksidant xüsusiyyətləri olan çox böyük miqdarda kimyəvi birləşmələr tapılmışdır. Hüceyrələri, zülalları sərbəst radikal hücumlarından qoruyur. Bu səbəbdən onlar xərçəng, 2 tip diabet, ürək-damar xəstəliklərində faydalıdır və erkən yaşlanma qarşısını alır.

• Qarpızın toxumları sidik yolu infeksiyalarının müalicəsində geniş şəkildə istifadə olunur.

• Onlar mədə-bağırsaq traktında yerləşən parazitlərin müalicəsində də təsirlidi.

• Öddə daşları müalicə etmək üçün istifadə olunur.

• Ödem, alkoqol zəhərlənməsi, qan təzyiqini tənzimləmək, şəkər səviyyəsinin aşağı salınması, diareya müalicəsində faydalıdır.

• Tumlarda mövcud olan dəmirin bolluğu saçların sürətlə uzanmasına kömək edir, maqnezium və mis saça sağlam görünüş və parlaqlıq verir.Yağ turşuları saçları nəmləndirir. qurumasını qarşısını alır.

Qədim Ayurveda təbabətinə görə, 3 həftə hər gün səhər-axşam 1 xörək qaşığı təmizlənmiş. qarpız tumu yesəniz, təzyiqiniz düşəcək, normallaşacaq

Müalicəvi çay resepti
30 ədəd tumu qurudub, xırdalayıb, 15 dəqiqə 1 litr suda qaynadın. Sonra soyudub, gün ərzində içib bitirin. 1 gün içib 2 gun fasilə verirsiz. Kurs 1 həftədir.

medicina.az

0 şərh