Balqabaq, kök, zəncəfil qarışımı

Sağlamlıq üçün müxtəlif qarışımlar, çaylar, məcunlar və sairələr həmişə insanlar tərəfinədən hazırlanılıb istifadə olunmaqdadır. Qarışımları hazırlayanda nələrə diqqət olunmalıdır:

1. Ən başlıcası güclü təsirinin olması.
2. Hazırlandıqdan sonra rahat istifadə olunması.
3. Dadının xoşagələn olması.

Bütün bu saydığım xüsusiyyətlər bu qarışımın tərkibində vardır.

Lazım olanlar:
Balqabaq — 500 qram
Kök — 500 qram
Zəncəfil təzəsi — 200 qram
Limon — 10 ədəd
Bal — 1 kq

Deməli balqabaq soyulur, soyulmuş kütlə 500 qram olmalıdır, sonra kök təmiz yuyulur, sonra təzə zəncəfil qabıqları qaşınaraq təmizlənilir, hamısı sürtkəçdən və ya ət maşınından keçirilir bal ilə qarışdırılır, limonlar sıxılaraq şirəsi çıxarılır və qarışıma əlavə olunur, sonra yenə qarışdılır, soyuducuya qoyulur, 1 həftə gözlənilir, gündə 1 dəfə qarışılmalıdır 1 həftədən sonra sıxılaraq şirəsi çıxarılır, şirə şüşə butulkaya tökülərək götürülür, sonra qalan kütləyə 500 qram su əlavə olunur, 5 dəq vam odda qaynadılır, sonra otaq temperaturunda olana qədər gözlənilir və yenidən sıxılaraq suyunu çıxarıb əvvəlki su ilə qarışdırılır, soyuducuya qoyulur. Qarışımdan gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 2-3 xörək qaşığı içilir, istəsəniz 2-3 xörək qaşığını 1 stəkan suya qarışdırıb istifadə edə bilərsiniz.

Təsirləri:
Qarışım başdan-başa beta karotin mənbəyidir, zəif görənlər üçün olduqca faydalı bir qarışımdır gözlərin görməsini yaxşılaşdırır, göz yorğuluğunu aradan qaldırır. Toyuq korluğu xəstəliyindən əziyyət çəkənlər üçün olduqca faydalıdır.

Dəri üçün çox faydalıdır, dəridə əmələ gələn qabıqlanmalar. Dəri quruluğu, solğunluğu, vaxtından əvvəl əmələ gəlmiş qırışlar, saç tökülməsi, dırnaq kövrəkliyi və qırılması, ağız ətrafında əmələ gəlmiş yaralar, cırtdanboyluluq, (qarışım boy hormonu olan samototrop hormonların istehsalını artırır), ürək zəifliyi, qaraciyərdə yağlanma, yüksək xolesterin, qaraciyər dalaq böyümələrində, damardaxili yağlanma, ateroskleroz, böyrək qumları, böyrək iltihablanması, qəbizlik, babasil və ən əsası bu qarışım beyin üçün olduqca faydalıdır, beyin qan dövranını yaxşılaşdırır, yaddaşı gücləndirir, beyin damarlarının spazmı və beyin damarlarının mənfəzinin daralması, beyin damarlarının sklerozu kimi xəstəliklərin müalicə və profilaktikasında əvəzolunmaz nemətdir.

Qarışım qan azlığında, xərçəngin pofilaktikasında da istifadə oluna bilər, çünki tərkibi başdan-başa antioksidant mənbəyidir.

Qarışımın tərkibində A vitamini (beta karotin bədəndə A vitamininə çevrilir) E vitamini, mis, sink, maqnezium, kalsium, C vitamini, B qrup vitaminlər və başqa mineral və vitaminlərlə zəngin olduğundan halsızlıq, cinsi zəiflik, astenik əlamətlərin bütün formalarında istifadə oluna bilər. Qarışımdan körpə uşaqdan tutmuş qocalara qədər, hətta hamilə xanımlar və süd verən analar da istifadə edə bilərlər. Şəkər xəstələri yüksək qan təzyiqi olan insanlara gündə 1 xörək qaşığından artıq istifadə etmək olmaz.

Fizuli Hüseynov

0 şərh