1000 illik resept

Bu qarışımın reseptinə bir neçə qədim sivilizasiyaların tibbi əlyazmalarında rast gəlinib. Bədəndə olan bir çox ağrıların kökünü kəsir. İnsanı rahatladır.

Resept:
10 ədəd təzə, ev yumurtası
Təmiz bal – 0,5 kq
Limon – 15 ədəd
Konyak – 0,6 litr

Hazırlanması:
Yumurtalar qabıqlı istifadə olunduğundan sabunla yaxşıca yuyulur, durulanır. Bankaya yerləşdirilir. Limonlar yuyulur, isti suda bir az saxlanılır, şirəsi bankaya yumurtaların üzərinə sıxılır. Limon suyu yumurtanın üzərini tam örtməlidir. Bankanın ağzını tənziflə sarıyıb, bir neçə gün qaranlıq yerdə saxlanılır. Gərək yumurta qabığı tamam ərisin. 10 günə qabığın tamam çıxdığını, ağ və sarının isə qabığın altındakı kisənin içində qaldığını görəcəksiz. Yəni yumurtalar dağılmayacaq. 

Sonrakı mərhələdə ehtiyatlı hərəkət etmək lazımdır. Bankadan yumurtaları gərək dağılmadan çıxarasız, kisəni deşib içindəkini təzədən bankaya atıb, o şəffaf kisəni atırsız. Beləcə bütün yumurtaları beləcə bankaya boşaldırsız. Üzərinə bal və konyakı əlavə edirsiz. Yaxşıca qarışdırıb, butulkaya töküb, soyuducuya qoyursuz. 1 gün sonra istifadəyə yararlıdır. 

Gündə 3 dəfə yeməkdən əvvəl 30 ml qəbul olunur. İstifadədən əvvəl çalxalayın. Bu məhlulda 25-30 qr kalsium var, bu da normal insanın kalsiuma olan ehtiyacını ödəyir.

medicina.az

0 şərh