Mastopatiyanın xalq təbabəti ilə müalicəsi

Mastopatiya süd vəzinin xoşxassəli şiş xəstəliyidir. Əsasən 25-50 yaşlı qadınlar arasında daha geniş yayılıb. Lakin son illər mastopatiyaya cavan, hətta ailə həyatı qurmayan qızlarda da tez-tez rast gəlinir. Bu hormonal xəstəlik əsasən irsi xarakter daşıyır.
Mastopatiyaya səbəb olan digər faktorlar da var: yumurtalıqların iltihabı, zob, öd kisəsi və qaraciyər xəstəlikləri, diabet, piylənmə, stress, depressiya, qeyri-müntəzəm cinsi həyat, abortlar, süd vəzin travmaları, alkoqol, nikotin, ilk hamiləliyin gec olması, erkən aybaşı və s. Xəstəlik özünü süd vəzində ağrılar, strukturunun bərkiməsi və ya düyünlərin əmələ gəlməsi ilə göstərir. Bəzən vəzidən tünd və ya aşıq rəngli ifrazat olur. Müasir insanların qidasında konservantların, hormona bənzər maddələrin artması da, ehtimal ki, mastopatiyaya səbəb ola bilir. Mastopatiya adətən özünü müayinədə aşkar olunur. Xərçəng önü xəstəlik olmasına baxmayaraq vaxtında aşkar edildikdə və müalicə olunduqda izsiz keçib gedir.Mastopatiyanın xalq təbabəti ilə müalicəsi
Süd vəzisindəki kistalar şişlər ilə qarışmaz, şişlər və xərçəngə çevrilməz, xəstə üçün həyat təhlükəsi yaratmazlar. Sadə bir ultrasəs müayinəsi ilə 100% dəqiq diaqnoz qoyula bilər. Süd vəzisi kistaları zamanı, hər hansı bir cərrahi müalicəyə ehtiyac yoxdur.
Bəzi kistaların müəyyən vaxt ərzində içindəki maye azalır və qatı çöküntülər ortaya çıxa bilir. Belə kistalara komplikasiyalı kistalar deyilir. İçi qatı hala dönən bu komplikasiyalı kistaların bəzən tez-tez müayinəsinə və çox nadir hallarda isə histopatoloji analizə ehtiyac ola bilər.
Süd vəzisinin sadə kistaları, yəni fibrokistalar, ve ya fibrokistik mastopatiya süd vəzisinin ən xoşxassəli hallarındandır, sadəcə ağrı verə bilər.
Xalq təbabəti mastopatiyanın müalicəsində çoxlu bitki yığıntıları təklif edir.
Öküzgülü ilə bitki yığıntısıHərəsindən bir xörək qaşığı itburnu meyvələri və öküzgülü çiçəkləri, hərəsindən 2 xörək qaşığı adaçayı (sürvə) yarpağı və gicitkən yarpağı, 3 xörək qaşığı gülümbahar çiçəkləri xırdalanaraq qarışdırılır. Qarışıqdan 7 xörək qaşığı götürüb üzərinə 1,5 litr qaynar su tökülür və 22-24 saat dəmlənir. Dəmləmə 2-3 qat tənzifdən süzüldükdən sonra gündə 4-5 dəfə 1/3 stəkandan yeməkdən 10 dəqiqə əvvəl daxilə qəbul edilir. Dadını yaxşılaşdırmaq üçün dəmləmyə şəkər əlavə etmək olar.
İtburnu ilə bitki yığıntısı
Hərəsindən bir xörək qaşığı dazıotunun otu, quşarmudu (üvəz) meyvələri, dağtərxunu çiçəkləri, çaytikanı meyvələri, 2 xörək qaşığı gülümbahar çiçəkləri, 3 xörək qaşığı itburnu meyvələri xırdalanır, yaxşı-yaxşı qarışdırılır. Qarışıqdan 7 xörək qaşığı götürülür və 750 ml qaynar suda 12-15 dəqiqə qaynadılıq, bir sutka dəmləndikdən sonra 2-3 qat tənzifdən süzülür. Gün ərzində 3-4 dəfə yarın stəkandan yeməkdən 15 dəqiqə əvvəl qəbul edilir. Müalicə müddəti 20-25 gündür, bir həftə fasilə verdikdən sonra təkrar qəbul oluna bilər. Dadını yaxşılaşdırmaq üçün dəmləməyə şəkər əlavə etmək olar.
Damotu ilə bitki yığıntısıHərəsindən bir xörək qaşığı atpıtrağı kökü, çaytikanı meyvələri, yatıqqanqal otu, hərəsindən 2 xörək qaşığı dazıotu otu, damotu otu, gülümbahar çiçəkləri, bədrənc otu və qəpikotu kökü xırdalanaraq qarışdırılır. Yığıntıdan 7 xörək qaşığının üzərinə 1,5 litr qaynar su tökülərək 15 dəqiqə vam odda qaynadılır və bir sutka dəmlənir. 2-3 qat tənzifdən süzüldükdən sonra zövqə görə bal və ya şəkər əlavə olunur. 1 stəkandan gündə 3-4 dəfə, yeməkdən 20 dəqiqə əvvəl qəbul edilir.
Giləmeyvələr ilə dəmləməHərəsindən bir xörək qaşığı quşüzümü meyvələri, böyürtkən meyvələri və dağtərxunu çiçəkləri, hərəsindən 2 xörək qaşığı moruq yarpaqları, qara qarağat yarpaqları və tozağacı tumurcuqları xırdalanaraq qarışdırırlır. Yığıntıdan 9 xörək qaşığı 1,5 litr qaynar su əlavə olunur, vam oda quyularaq 10-15 dəqiqə qaynadılır. Bir sutka saxladıqdan sonra dəmləmə 2-3 qat tənzifdən süzülür, gendə 3-4 dəfə bir stəkandan yeməkdən 20 dəqiqə əvvəl içilir.

Müəllif: Dr. Elnur Eldaroğlu
Mənbə: lent.az
 

0 şərh