Рейтинг
+11.10

Xalq təbabəti

5 üzv, 166 topik

Badımcan şirəsi

Şərqdə uzun ömürlülük tərəvəzi adlandırılan, suyu belə insan orqanizmi üçün möcüzəvi təsirə malikdir. Bəzi mənbələr bu suyu içərkən çox insanda ürəkbulanma, tərkibindəki bəzi maddələrdən zəhərlənmə baş verdiyini desə də, təmiz bostan badımcanını mövsümündə şirəsini çəkib içməklə bu mənfi təsirlər baş vermir.

Şirə üçün hələ kiçik, tam yetişməmiş, rəngi bir qədər açıq bənövşəyi, yəni sütül badımcan götürülür. Şirəsi çəkilməzdən öncə doğrayıb mütləq duzlu və ya sirkəli suda saxlanılır.

1. Podaqra, oynaq iltihabında xaricə istifadə edilir, kompres olunur, antiiltihab və antibiotik təsiri göstərir. Tərkibində olan molibden maddəsinin podaqranı müalicə etdiyi hələ. 1953-cü ildə sübut olunub.
Davamı →

Exinasiyanın sağlamlığa 8 təsiri

Onu immunitetin açarı adlandırırlar. Xüsusi olaraq BAD, dərman, damcı və çayları var. Orqanizmin müdafiə qabiliyyətini artıran sirli Exinasiya insana elə bir güc verir ki, bütün xəstəliklərə sinə gərə bilir.

Bu bitkinin köklərini amerikan hinduları ilan zəhəri və qanın zəhərlənməsinə qarşı ən güclü dərman hesab edirdilər. Avropada ona «Amerikanın qızıl çiçəyi” adını veriblər.

Qeyd edək ki, exinasiya ekstraktı hazırda 240 adda dərmanın tərkibində, həmçinin QİÇS dərmanlarının və immunitet preparatlarının tərkibində yer alıb.
Davamı →

Hil toxumunun faydaları

Hil təxminən noxud boyda, amma noxud kimi yumru yox, uzunsov bir toxumdur. Bizim bazarlarda daha çox 2 cür hil satılır: ağ və tünd yaşıl rəngdə, mən tövsiyyə edərdim ki, tünd yaşıl rəngdə olan hildən alıb istifadə edəsiniz. Hil çox qeyri-adi ətrə malik bir toxumdur.

Bir dəfə İraqdan olan həmişə ərəb ölkələrində diplomat kimi çalışmış ziyalı bir insanla söhbət edirdim, hil haqqında mənə çox maraqlı məsələ söylədi. Deməli, Osmanlı dövründə Yəməndə taun epidemiyası başlayır, insanlar qarışqa kimi qırılır, epidemiyanın qarşısını almaq üçün Osmanlı sultanı əmr edir ki, harda taunlu xəstə görsəniz hamısını bir kəndə yığın və bu insanlara ciddi nəzarət edin ki, kənddən kənara çıxaraq epidemiyanı yaymasınlar. Kənddə yaşayan xəstə insanlara isə başqa bir yerdən gətirilmiş 2 nəfər ərəb nəzarətçi təyin edilir.
Davamı →

Qarpız tumları

Qarpız tumları özündən də dəfələrlə faydalı və az qala bütün xəstəliklərdə dərman imiş. Bunu bir çox ölkələr, xalqlar bilir və Avropa, İsrail, Amerika, Rusiyada bizdə günəbaxan tumları qablaşdırıb satılan kimi, onlarda da qarpız tumları təmizlənib, qovrulub marketlərdə satılır və insanlar adi tum kimi alıb çırtlayır.

Qarpız mövsümündən onun tumlarından da sağlamlığınız üçün istifadə edin. Çox zaman böyüklər uşaqlara qarpızın qabıqlarını yeməməyi məsləhət görürlər. Bu isə yanlışdır.
Davamı →