Рейтинг
+11.10

Xalq təbabəti

6 üzv, 239 topik

Moruq saplağı

Moruqdan mürəbbə və ya kompot bişirdikdə saplaqlar adətən atılır. Lakin bu çox böyük səhvdir. Moruğun saplaqları moruq qədər xeyirlidir. Bu saplaqların tərkibində giləmeyvədə olan bütün faydalı maddələr mövcuddur. Bu səbəbdən saplaqları atmayın, onları qurudun və soyuq fəsillərdə faydalı dəmləmələr və çaylar hazırlayın.

1 ç.q. moruq saplağını 1 fincan isti suda dəmləyin və ətirli, faydalı, müalicəvi çaydan zövq alın. Moruq saplaqlarından hazırlanmış çayın müalicəvi xüsusiyyətləri:
— soyuqdəymə zamanı çox faydalıdır
— iltihabları azaldır
— immun sistemini möhkəmləndirir
— baş ağrısını müalicə edir
— tərkibində olan antioksidantlara görə orqanizmi cavanlaşdırır
— orqanizmdən ziyanlı maddələri xaric edir.
Davamı →

Cövüz

Cövüz qədim zamanlardan təbabətdə istifadə olunur. Cövüz orqanizmə stimullaşdırıcı və tonuslaşdırırcı təsir edir, beyinin fəaliyyətini və əval-ruhiyyəni yaxşılaşdırır, xərçəng əleyhinə təsirə malikdir. Bu məqsədlə cövüzü bıçağın ucunda çaya və ya qəhvəyə əlavə etmək olar. Həmçinin cövüz müxtəlif şirniyyatların, xörəklərin hazırlanmasında istifadə olunur.

Cövüz qədimdən güclü afrodiziak (cinsi həvəsi artıran maddə) kimi tanınır. Afrodiziak kimi cövüz həm qadın, həm də kişilərə təsir edir.
Davamı →

Soğan qabığının 7 faydası

Soğanın güclü antiseptik, iltihab, mikrob və virus əleyhinə, ürək xəstəliklərindən və xərçəngdən qoruyan xüsussiyyətləri elmdə çoxdan təsdiq olunub. Lakin tək soğanı deyil, onun qabıqlarını da əsl dərman hesab etmək olar.

Bəzi mütəxəssislər soğan qabıqlarını hətta soğanın özündən də faydalı hesab edir. Bu səbəbdən soğanı soyandan sonra qabıqlarını atmağa tələsməyin. Onları yuyun, qurudun və təbii müalicəvi və profilaktik vasitə kimi istifadə edin.

Davamı →

Diş ağrısından qurtulmağın sadə yolu

Diş kökünün zədələnməsi dözülməz ağrılara səbəb olur. Diş sinirinin zədələnməsinin bir sıra səbəbi var:
Dişin strukturunun dəyişməsi
Dişin çəkilməsi
Karies
Damağın zədələnməsi
Yuxu zamanı dişqıcama sindromu
Yanlış müalicə edilmiş dişlər.

Dəhşətli diş ağrısı insanın əsəblərini tarıma çəkir. Gün ərzindən həddən artıq yorğunluğa səbəb olur. Bu zaman xəstə nə yeyə, nə də dincələ bilir.
Davamı →

Ayaq qaşıntısına çarə

Yay aylarında ayaq qaşınmaları çoxalır əsasən baldır və topuq hissələrdə qaşınmalar daha çox olur. Çünki yayda tərləmələr çoxalır, axan tər daha çox ayaqlara dəydiyindən qaşınmalar ayaqlarda olur.

Deməli, 2 xörək qaşığı təbii alma sirkəsini 1 stəkan suya qarışdırıb gündə 3 dəfə ayaqlarınızı bu suya batırılmış pambıq parça ilə silin.

 fizulihuseynov.com
Davamı →

Ağcaqanad dişləmələrinə qarşı 5 vasitə

Bu vasitələri hər evdə tapmaq olur və onlar həqiqətən effektlidir.

1. Buz
Yerli keyidici təsir edir, ağrını və qaşınmanı tez bir zamanda azaldır. Buz kubları, buzxanada olan istənilən donmuş məhsul istifadə oluna bilər. Dəridə 10-15 dəqiqədən artıq saxlamayın.

2. Qatıq
Bu da çox effektli vasitəbir. Ağcaqanad dişlədiyi yerə çəkin və saxlayın.

3. Soda
Yarım stəkan suya 1 ç.q. soda əlavə edin, qarışdırın, pambıq, bint və ya pambıq əski isladın və dişlənmiş yerə qoyun. İslatmanı 1-2 dəfə dəyişin.
Davamı →

Günəş və ya piqment ləkələrinin çarəsi

Adından məlum olduğu kimi günəş və ya piqment ləkələri, əsasən xanımları olduqca narahat edən bir məsələdir. Müalicəsində müxtəlif vasitələr var, amma mən həmişə ən yaxşılarını və faydalısını yazıram ki, insanlarımızın bitkilərə güvəni azalmasın və zaman keçdikcə bitki aləmini daha da sevsin.

Deməli, ləkənin böyük və ya balacalığından asılı olaraq, 1 stəkan təmiz bala (yarım da götürə bilərsiz) 2 xörək qaşığı ud tozu (tozun tam üyüdülməsinə əmin olun) əlavə olunur və 15-20 dəqiqə qarışdırılır, bal krem halına gəlməlidir.
Davamı →

Hilin faydaları

Hil tək ədviyyat deyil, bu əsl təbii dərmandır. Maraqlıdır ki, orta əsrlərdə Avropada hil həqiqətən dərman sayılır və apteklərdə satılırdı.

1. Hil həzm proseslərini yaxşılaşdırır, köpü azaldır. Bəzi şərq ölkələrində yeməkdən sonra hilin toxumlarını çeynəmək adəti var.
2. Hil ağızdan gələn pis qoxunu və ürəkbulanmanı aradan götürür.
3. Hil mübadilə proseslərini sürətləndirir, artıq çəkidən azad olmağa kömək edir.
Davamı →

Qızılgül ləçəklərindən faydalı çay

Qızılgül ləçəklərindən çox faydalı çay hazırlamaq olar. Bunun üçün 1 x.q. təzə qızılgül ləçəkləri 1 stəkan (200 ml) isti suda 30 dəqiqə ərzində dəmlənilir (bunu termosda etmək daha yaxşıdır), süzülür və gün ərzində 2 dəfə 1/2 stəkan olmaqla adi çay kimi içilir.

Bu çay çox dadlı, ətirli, faydalı və müalicəvi içkidir:
— sinir sisteminə müsbət təsir edir
— sakitləşdirir, stressi və əsəbiliyi azaldır, əhvalı yaxşılaşdırır
— ürək əzələsini möhkəmləndirir
— təzyiqi aşağı salır
— bağırsaqlara antiseptik təsir edir
— mikrobları öldürür
— stomatiti müalicə edir
— arıqlamağa kömək edir
— qurdları öldürür
— orqanizmi cavanlaşdırır
Davamı →