Рейтинг
+11.10

Xalq təbabəti

5 üzv, 209 topik

Peyğəmbərimizdən (s.a.v.) müalicəvi məsləhətlər

Əslində bu sözlərə diqqətlə fikir versək, xəstənin həmişə sağalabiləcək ruhda olması üçün ona xərçəngə və yaxud çarəsiz xəstəliyə tutulması haqda demək olmaz.
Peyğəmbərimiz (səlləlləhu aleyhi vəsalləm) xəstə insanlar üçün həmişə ümidverici sözlər söyləmişdir. Məsələn, “Allah dərmanını endirmədən dərdi endirməz”, “Ancaq bilən bilir, bilməyən bilməz” və yaxud “Allah bütün dərdlərə çarə vermişdir, sadəcə qocalmaqdan başqa”.

Davamı →

Tut doşabı bunları müalicə edir

Doşab çox qiymətli müalicəvi məhsuldur.
Şərqdə doşab qədim zamanlardan müxtəlif xəstəliklər zamanı və həmçinin ümumi möhkəmləndirici vasitə kimi istifadə olunur.
Tut doşabı ən xeyirli doşab sayılır. Onun tərkibi həqiqətən olduqca zəngindir. Mütəxəssislər doşabı balla müqayisə edir və iddia edirlər ki, bəzi maddələrin səviyyəsinə görə doşab balı üstələyir. Belə ki, doşabda dəmir balla müqayisədə daha çoxdur. Bu səbəbdən doşab qanazlığı zamanı və bu pozulmanın profilaktika məqsədi ilə geniş istifadə olunur.

Davamı →

Qarğıdalı və qarğıdalı saçağı çayının faydaları

İnsan bədəninin ehtiyac duyduğu lifin 23%-ni qarğıdalı qarşılaya bilər. Qarğıdalı 18.3 % lifdən ibarətdir. Bu tərəvəzin tərkibində zülal, kalsium, dəmir, fosfor, A və B2 vitaminləri var. Nişastası son dərəcə zəngin olan bu bitki ağ, sarı, qırmızı rənglərdə olur. Qeyd edək ki, vətəni Mərkəzi Amerika olan qarğıdalı ilk dəfə Kristofor  Kolumb tərəfindən kəşf edilərək Avropaya gətirilib, oradan da bütün qitələrə yayılıb.100 qramında 345 kalori olan bu tərəvəz amin turşusu, həmçinin lipid, protit və qlosit turşuları baxımından da çox zəngindir.

Davamı →

Şəfalı bitkilər

ÜZƏRLİK (Adi üzərlik, Pеganum harmala). Üzərlik  Azərbaycanın yarımsəhra rayonlarında bitir. Həkimlə məsləhətləşmədən onu daxilə qəbul еtmək olmaz – dozası artıq olarsa zəhərlənmək təhlükəsi gözlənilir. XVII əsrdə yaşayan Hacı Sülеyman İrəvaniyə görə, üzərliyi 4 il saxlamaq olar, ondan sonra o, öz müalicəvi xüsusiyyətini itirir. Üzərliyin otu və toxumları ödqovucu, sidikqovucu təsirə malikdir və cinsi potеnsiyanı artırır. O, həmçinin bəlğəmgətirici еffеktə malikdir və soyuqdеymələrdə faydalıdır. Ondan başqa üzərlik həlimi yaddaşı möhkəmləndirir, nеvralgiyada və baş ağrılarında xеyirldir. 30 q döyülmüş üzərliyi 120 q suda qarışdıraraq qaynadırlar, sonra həlimi 90 q bal və 60 q küncüt yağı ilə qarışdırılar.

Davamı →

Valentina Seymovanın möcüzə mazı

Valentina Seymovanın möcüzə mazı, sovet dövründə ən populyar resept idi və o dövrdə mətbuatda yüzlərlə xəstə tərəfindən müsbət rəy almışdı.
Medicina.az evdə özünüzün də asan hazırlaya biləcəyiniz mazın faydalarını təqdim edir:
fibriomioma, mastopatiya, qastrit, qanqrena, xora, yanıqlar, deşiklər, yaralar, oynaqlar, irinli yaralar, haymorit, ekzema, yumurtalıq kistləri – bütün bunları sağalda bilir.
Davamı →

Cinsi zəiflik üçün təbii məcun

Indiki dövrlərdə bir sıra probeləmlər kimi cinsi zəiflik də artıq böyük bir problemə çevrilib. Keçmişdə yaşamış insanların həyatı ilə maraqlansaq, cinsi zəiflikdən, cinsi xəstəliklərdən, sonsuzluqdan əziyyət çəkənlərinin sayının indiki dövrlə müqayisədə çox az olduğunu görərik.
Əslinə həyat şəraiti, qidalanma, stres kimi qarşılaşdığımız hər günkü narahatlıqlar digər xəstəliklər kimi bu vəziyyətə öz mənfi təsirini göstərir.
Davamı →

Qarğıdalı saçağı çayının faydaları

İstifadə etdiyimiz adi, yaşıl, çobanyastığı və s. digər çaylardan ziyadə qarğıdalı saçağı çayını heç sınamısızmı? İnsan sağılığına bir çox faydası olan qarğıdalı saçağının dəmləməsi gözəl tamı ilə yanaşı, həm də təbii dərman vasitəsi kimi istifadə edilir. İnsan orqanizmində müxtəlif infeksiya və xəstəliklərə qarşı müqaviməti artıran bu çay necə hazırlanır?
Sizi faydalı, min bir dərdə dəva olan qarğıdalı saçağı çayının istifadəsi qaydaları ilə tanış edirik:
Olduqca yüksək lif tərkibi ilə zəngin qarğıdalının özünü qızardıb yeyin. Saçaqlarını isə dəmləyib içmək faydalıdır. Lakin çoxumuz qarğıdalını saçaqlardan təmizləyib zibilə atırıq.

Davamı →

Sümük suyunun faydaları

İnsanlar onurğa və oynaq ağrıları zamanı qülükozamin xondroitin tərkibli sintetik dərman preparatlarından istifadə edirlər. Ancaq bu baxımdan ən gözəl təbii qida sümük ( sümüklü ətin) suyudur.  Sümük suyu  oynaqların, immun və həzm sisteminin ən yaxşı qoruyucusu hesab edilir, osteoartrozda, osteoxondrozda, sümüklərin travmatik zədələnmələrində,  paradontopiyada, poliartritdə olduqca faydalı qidadır. Sümüklü ətin uzun müddət az odda bişirmək kolagen, qlutamin, prolin, qlisin kimi aminositlərin üzə çıxmasını təmin edir.
Kalsium, maqnezium, fosfor, kükürd kimi minerallar sümük suyunun tərkibində bədənin asanlıqla qəbul edəcəyi formada olur. Sümük suyunun daha dadlı olması üçün əlavə olaraq bura 2-3 qaşıq alma sirkəsi, sarımsaq və cəfəri qatmaq sümük suyunu daha dadlı və faydalı edir.
Davamı →

Kərə yağı ilə müalicə

Kərə yağı qədim zamanlarda tək qida deyil, qiymətli müalicəvi məhsul sayılırdı. Kərə yağının köməyi ilə bir çox xəstəliklər müalicə olunurdu. Bu xəstəliklər arasında: öskürək, vərəm, pnevmoniya, dəri problemləri, mədə və bağırsaq xəstəlikləri, babasil və s.
Hindistanda əridilmiş kərə yağı 1001 dərdin dərmanı sayılır və Ayurvedada bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Müalicəvi bitkilər və ədviyyatlar əridilmiş kərə yağı ilə qarışdırılır və bu halda daxilə qəbul olunur və ya dəriyə çəkilir. Təbii, keyfiyyətli kərə yağı həqiqətən çox qiymətli və faydalı məhsuldur. Kərə yağının tərkibində bir çox vitaminlər (xüsusilə A, E, D), minerallar, yağlı turşular, zülallar var.  

Davamı →

Həcəmətin faydası

Həcəmətin faydaları haqqında daha yığcam və yorucu olmayan 85 bənddən ibarət yazını diqqətinizə çatdırım.
1. Başdan həcəmət gözləri işıqlandırır.
2. Başdan həcəmət miqreni aradan qaldırır
3. Başdan həcəmət beyin qan dövranını yaxşılaşdırır
4. Başdan həcəmət diqqəti gücləndirir
5. Başdan həcəmət yaddaşı və əzbərləməni gücləndirir
Davamı →