Рейтинг
+11.10

Xalq təbabəti

6 üzv, 239 topik

Cövüz

Cövüz qədim zamanlardan təbabətdə istifadə olunur. Cövüz orqanizmə stimullaşdırıcı və tonuslaşdırırcı təsir edir, beyinin fəaliyyətini və əval-ruhiyyəni yaxşılaşdırır, xərçəng əleyhinə təsirə malikdir. Bu məqsədlə cövüzü bıçağın ucunda çaya və ya qəhvəyə əlavə etmək olar. Həmçinin cövüz müxtəlif şirniyyatların, xörəklərin hazırlanmasında istifadə olunur.

Cövüz qədimdən güclü afrodiziak (cinsi həvəsi artıran maddə) kimi tanınır. Afrodiziak kimi cövüz həm qadın, həm də kişilərə təsir edir.
Davamı →

Böyrək sağlamlığı üçün təbii qarışım

Xalq təbabətində böyrəklərin sağlamlığını qorumaq üçün bir çox təbii vasitələr var. Sizə belə vasitələrdən birini təqdim edirik.

2 ədən limon, 2 dəstə cəfəri, 2 xörək qaşığı bal götürülür. Limonu qabıqlı şəkildə cəfəri ilə birlikdə blenderdə xırdalayın, bal əlavə edin və yaxşı qarışdırın.

Hər gün yeməkdən 40 dəqiqə əvvəl bu qarışıqdan 1 xörək qaşığı yeyin və 1 stəkan su için.
Davamı →

Diş ağrısından qurtulmağın sadə yolu

Diş kökünün zədələnməsi dözülməz ağrılara səbəb olur. Diş sinirinin zədələnməsinin bir sıra səbəbi var:
Dişin strukturunun dəyişməsi
Dişin çəkilməsi
Karies
Damağın zədələnməsi
Yuxu zamanı dişqıcama sindromu
Yanlış müalicə edilmiş dişlər.

Dəhşətli diş ağrısı insanın əsəblərini tarıma çəkir. Gün ərzindən həddən artıq yorğunluğa səbəb olur. Bu zaman xəstə nə yeyə, nə də dincələ bilir.
Davamı →

Zeytun çəyirdəyi çox faydalıdır

Dəyərli dostlar, bəzən bizim öz dərdlərimiz öz əllərimizdədir, desək yanılmarıq, çünki zeytun çəyirdəyi də bizim öz əlimizdə olan dərdlərimizin çarəsidir. Deməli, əvvəlcədən onu deyim ki, zeytun çəyirdəyi zeytun yağından tərkibcə daha zəngindir və çəyirdəyin ortasını kəsdikdə ortasında kərə yağına bənzər bir təbəqə vardır ki, bu yağ çox zəngin minerallara və vitaminlərə malikdir.

Zeytun çəyirdəyi çox güclü antioksidantdır, şiş xəstəliklərinin müalicə və profilaktikasında yaxşı nəticələr vermişdir.
Davamı →

Zəyərək (kətan) toxumu

Zəyərək (kətan) toxumu çox faydalı müalicə məhsuldur. Zəyərək toxumu mədə-bağırsaq sistemi üçün xüsusilə faydalıdır. Həzm sisteminə bürüyücü, iltihab əleyhinə, ağrıkəsici və işlədici təsir göstərir.

Kətan toxumu xroniki qastrit, mədə və onikibarmaq bağırsağın peptik xorası, xroniki enterit, kolit zamanı əlavə müalicəvi vasitə kimi çox geniş istifadə olunur.

Zəyərək toxumu qəbizlik zamanı çox yaxşı təsir edir. Qidalı liflərlə zəngin olan zəyərək toxumu bağırsaqlarda şişir və bağırsaqların peristaltikasını (hərəkətlilik) artırır ki, nəticədə bu qəbizliklə mübarizə etməyə kömək edir. Həmçinin kətan toxumu dəmləməsi seliklə zəngindir ki, bu selik bağırsaqların fəaliyyətini asanlaşdırır.
Davamı →

Hilin faydaları

Hil tək ədviyyat deyil, bu əsl təbii dərmandır. Maraqlıdır ki, orta əsrlərdə Avropada hil həqiqətən dərman sayılır və apteklərdə satılırdı.

1. Hil həzm proseslərini yaxşılaşdırır, köpü azaldır. Bəzi şərq ölkələrində yeməkdən sonra hilin toxumlarını çeynəmək adəti var.
2. Hil ağızdan gələn pis qoxunu və ürəkbulanmanı aradan götürür.
3. Hil mübadilə proseslərini sürətləndirir, artıq çəkidən azad olmağa kömək edir.
Davamı →

Kəklikotulu çay

Kəklikotu və onun faydalı xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Qədimdə bu otu «ruhun gücü» adlandırırdılar. Kəklikotu həqiqətən insanın əhvalını yaxşılaşdırmaq, depressiya və streslə mübarizə etmək xüsusiyyətlərinə malikdir.

Bundan əlavə kəklikotulu çayının bu kimi müsbət təsirləri var:
— qurdları və mikrobları öldürür
— ağrıları azaldır
— nəfəs yollarını təmizləyir, çox gözəl bəlğəmgətiricidir
— immun sistemini möhkəmləndirir
— orqanizmi tonuslaşdırır, yorğunluğu azaldır, gümrahlıq bəxş edir
— soyuqdəymə zamanı xəstənin vəziyyətini yüngülləşdirir
— kişilərdə potensiyanı yaxşılaşdırır
— böyrəkləri təmizləyir, sistit zamanı kömək edir
— qadınlarda laktasiyanı (südün ifrazı ) artırır
— arıqlamağa kömək edir
— dərini təmizləyir.
Davamı →

Ağcaqanad dişləmələrinə qarşı 5 vasitə

Bu vasitələri hər evdə tapmaq olur və onlar həqiqətən effektlidir.

1. Buz
Yerli keyidici təsir edir, ağrını və qaşınmanı tez bir zamanda azaldır. Buz kubları, buzxanada olan istənilən donmuş məhsul istifadə oluna bilər. Dəridə 10-15 dəqiqədən artıq saxlamayın.

2. Qatıq
Bu da çox effektli vasitəbir. Ağcaqanad dişlədiyi yerə çəkin və saxlayın.

3. Soda
Yarım stəkan suya 1 ç.q. soda əlavə edin, qarışdırın, pambıq, bint və ya pambıq əski isladın və dişlənmiş yerə qoyun. İslatmanı 1-2 dəfə dəyişin.
Davamı →

Qızılgül ləçəklərindən faydalı çay

Qızılgül ləçəklərindən çox faydalı çay hazırlamaq olar. Bunun üçün 1 x.q. təzə qızılgül ləçəkləri 1 stəkan (200 ml) isti suda 30 dəqiqə ərzində dəmlənilir (bunu termosda etmək daha yaxşıdır), süzülür və gün ərzində 2 dəfə 1/2 stəkan olmaqla adi çay kimi içilir.

Bu çay çox dadlı, ətirli, faydalı və müalicəvi içkidir:
— sinir sisteminə müsbət təsir edir
— sakitləşdirir, stressi və əsəbiliyi azaldır, əhvalı yaxşılaşdırır
— ürək əzələsini möhkəmləndirir
— təzyiqi aşağı salır
— bağırsaqlara antiseptik təsir edir
— mikrobları öldürür
— stomatiti müalicə edir
— arıqlamağa kömək edir
— qurdları öldürür
— orqanizmi cavanlaşdırır
Davamı →

Günəş və ya piqment ləkələrinin çarəsi

Adından məlum olduğu kimi günəş və ya piqment ləkələri, əsasən xanımları olduqca narahat edən bir məsələdir. Müalicəsində müxtəlif vasitələr var, amma mən həmişə ən yaxşılarını və faydalısını yazıram ki, insanlarımızın bitkilərə güvəni azalmasın və zaman keçdikcə bitki aləmini daha da sevsin.

Deməli, ləkənin böyük və ya balacalığından asılı olaraq, 1 stəkan təmiz bala (yarım da götürə bilərsiz) 2 xörək qaşığı ud tozu (tozun tam üyüdülməsinə əmin olun) əlavə olunur və 15-20 dəqiqə qarışdırılır, bal krem halına gəlməlidir.
Davamı →