Рейтинг
+11.10

Xalq təbabəti

6 üzv, 239 topik

Şişən ayaqlar üçün 4 məsləhət


– 4 litr ilıq suya iki yemək qaşığı dəniz duzu və bir yemək qaşığı soda əlavə edib qarışdırın. 30 dəqiqə ayağınızı hazırladığınız qarışıqda saxlayın. Sonra bir qəhvə fincanı vazelin və 8 ədəd aspirini döyüb qarışdırın. Bu qarışığı ayaqlarınıza yaxşıca sürtün. Bu əməliyyatdan sonra ayaqlarınızı nəmli tənzif ilə bağlayaraq üzərinə neylon keçirin. Lakin sıxmayın. Bu əməliyyatı həftədə iki dəfə tətbiq edin.

– Beş litr suyun içinə iki ovuc dolusu acı yovşan qatıb qaynadın sonra (ilıq halda) əl və ayaqlarınızı qarışığın içində 20 dəqiqə gözlədin.
Davamı →

Ağız yaralarının müalicəsi

Narahatedici və ağrılı olan ağız yaralarının bir çox yaranma səbəbləri ola bilər. Ağız yaralarının sağalma müddəti bəzən çox qısa bir müddətdə, bəzən isə uzun müddət davam edə bilər. Bu ağız yaraları toxuma pozğunluqlarından qaynaqlanır.

Ağız təmizliyinə kifayət qədər əhəmiyyət verməmək, həddindən artıq isti və ya soyuq yemək və içkilərin istehlak edilməsi kimi daha bir çox səbəb ağız yaralarına səbəb ola bilər. Yanağınızı bilmədən ani olaraq dişlədiyinizdə də ağız yaraları əmələ gələ bilər. Ancaq ağız yaraları uçuq ilə qarışdırılmamalıdır. Ağız yaraları ağzın içində ortası ağ ya da sarı rəngdə olur. Qeyd edək ki, kişilərdə ağız yaralarının meydana gəlmə riski, qadınlara nisbətən daha yüksəkdir.

Davamı →

Mixəyin müalicəvi xüsusiyyətləri

Mixək çox güclü müalicəvi və profilaktik xüsusiyyətlərə malikdir. Elmdə çoxdan sübut olunub ki, mixək bir çox mikroblara, göbələklərə və qurdlara öldürücü təsir edir.

Bundan əlavə mixək güclü xərçəngəleyhinə təsirə malikdir.

Mixək spazmları azaldır, yaraların sağalmasını tezləşdirir, köpdən azad edir, orqanizmi tonuslaşdırır, əhval-ruhiyyəni yaxşılaşdırır.

Güclü iltihabəleyhinə təsirə görə mixək orqanizmdə olan müxtəlif iltihablar zamanı müalicəvi vasitə kimi istifadə oluna bilər.

Mixək effektli profilaktik vasitədir. Soyuq fəsillərdə bu ədviyyatın köməyi ilə siz özünüzü bir çox soyuqdəymə xəstəliklərdən və iltihablardan qoruya bilərsiniz.
Davamı →

Narla müalicə

Müqəddəs Qurani Kərimdə narın həm dünyamızın, həm də cənnətin ən gözəl meyvələrindən olduğu haqqında məlumatlar verilir.

Nar Quranda ən çox adı çəkilən meyvələrin içində 4-cüdür ( xurma, zeytun, üzüm, nar) Narın tərkibində zəngin kalium, fosfor, kalsium,natrium, dəmir kimi minerallar və A, B1, B2, B3, C vitaminlər vardır. Tərkibindəki kalium və natrium (biri hüceyrənin içində, biri çölündə) bədənimizin su balansını qoruyar, əzələ və sümüklərə mineralların rahat daxil olmasına şərait yaradar.

Nar yeyən insanların sinir sistemi və sümüklərində mineral çatışmazlığı ilə bağlı problem olmaz. Tərkibindəki zəngin kalium hesabına bədənə yığılmış artıq maye (ödemlər) xaric olunur. Nar ürək qan-damar sistemini qüvvətləndirir, ürək əzələsinin vurma gücünü artırır. İbni Sina demişdir: əgər böyrəklərinizdə iltihab varsa, şirin nardan bol-bol yeyin, göz qaşınması zamanı isə narşərabı sürmə kimi gözə çəkin.
Davamı →

Mandarin çayı

Mandarin müxtəlif faydalı maddələrlə olduqca zəngindir. Burada C, A, B qrupu vitaminlər, orqanik turşular, pektinlər, fitonsidlər, minerallar və s. var. Mandarinin qabıqaları da çox qiymətli müalicəvi məhsuldur. Mandarinin qabıqlarını atmayın, onlardan çox faydalı çay hazırlayın.

Bunun üçün 2 orta ölçüdə olan mandarin qabıqlarını xırda doğrayın, termosa qoyun, üzərinə 1 stəkan isti (qaynar yox!) su tökün, 3-4 saat dəmləyin. Sonra dəmləməni yaxşı süzün və bu çayı gün ərzində adi çay kimi için. Çaya bal da əlavə edə bilərsiniz.
Davamı →

Öskürəyə qarşı təbii vasitə


Heyva və xüsusilə də onun qabıqları və toxumları güclü itihabəleyhinə və bəlğəmgətiri təsirə malikdir. Heyvanı öskürək və yuxarı tənəffüs yollarının iltihabları zamanı təbii müalicəvi vasitə kimi istifadə edə bilərsiniz.

2 iri heyva yaxşı yuyulur, qabıqları soyulur, ortası kəsilir. Meyvənin qabıqları və içi (toxumlarla birlikdə) xırda doğranılır, termosa qoyulur. Üzərinə 2 stəkan isti su tökün, termosun qapağını bağlayın, axşamdan səhərə qədər saxlayın. Səhər dəmləməni süzün və gün ərzində çay kimi için. Dəmləməyə bal, limon əlavə etmək olar.
Davamı →

Qulaq ağrısı zamanı xalq təbabəti

Qulaq çirki, qulaq kanalından axan sarı qatranlı maddədir. Bu orqanizmdə baş verən təbii haldır. Qulaqları təmizləmək üçün qulaq çöpündən istifadə həm vərdiş kimi ziyanlıdır, həm də qulaq pərdəsini zədələyə bilər. Və bunun nəticəsində də qulaqda ağrı baş verə bilər.

Bəs qulaq ağrısından necə qurtulmaq olar?
Əvvəlcə qulaqda tıxac olub olmaması yoxlanılır. Tıxac varsa, çıxarılır. Çünki zamanla qulağa yığılan tıxac da ağrı verə bilər. Tıxac çıxarıldıqdan sonra ağrı dayanmırsa, o zaman bu məhlulu hazırlamaq məsləhətdir:

Bərabər ölçüdə alma sirkəsi və spirt qarışdırılır. Başı yana əyərək pipetlə 3 damçı hazırlanmış məhluldan qulağa damızdırılır. 1 dəqiqə ərzində hansı qulaq ağrıyırsa o tərəfə əyilmək lazımdır.

Dərman qulaqdan axdıqca qulaq silinir. Yaxşı olar ki, bu reseptə həkim nəzarəti altında əməl edilsin.
Davamı →

Uçuq müalicəsində ən təsirli üsul

Xalq arasında uçuq olaraq bilinən, herpes adlanan xəstəlik hər kəsin çox nifrət etdiyi və tez-tez yaşadığı bir problemdir. İnsanlar bu uçuq virusunun tam olaraq nə olduğunu hələ də bilmir.

Əslində qaynağı da müəyyən olmamışdır. Bilinən bir şey varsa, o da bədənə hiyləgərcə yerləşən və hər fürsətdə özünü ortaya çıxardan bir virus olduğudur. Uçuq virusu araşdırmalardan aydın olduğu qədəri ilə insanların genetik sistemində, yəni irsi olaraq davam edən bir xəstəlikdir. Əgər uçuq virusu özünü büruzə veribsə, bunu tez bir sürətdə sağaltmaq mümkün olmasa da, sağalma müddətini tezləşdirən bir sıra üsullar vardır.

Uçuğun səbəbləri:
Uçuq immunitet sisteminin zəiflədiyi zamanlarda xüsusilə özünü büruzə verən bir virus növüdür. Bu vəziyyət xəstələndikdə, zəif qidalandıqda və bədən zəif olduqda reallaşar. Eyni zamanda stress, psixi pozuntular da əhəmiyyətli ünsürlərdir.
Davamı →

Zoğalın xalq təbabətində istifadəsi

Zoğal çox faydalı giləmeyvədir. Qədim zamanlardan bu giləmeyvə öz müalicəvi xüsusiyyətlərlə tanınır.

Zoğal C vitamini ilə zəngindir. Bu giləmeyvədə C vitamini sitrus meyvələrdə olduğundan çoxdur. C vitamini damaqları möhkəmləndirir. Məhz bu səbəbdən keçmişdə zoğal dişlərin tökülməsi ilə müşayiət olunan sinqa xəstəliyi ilə mübarizədə geniş istifadə olunurdu.

Zoğal həmçinin qədim zamanlardan bağırsaqları yığan təbii vasitə kimi tanınır. Zoğal kompotu, zoğal meyvəsinin dəmləməsi ishal zamanı təbii dərman kimi istifadə olunur. Belə dəmləməni hazırlamaq üçün 1 xörək qaşığı quru və ya 2 xörək qaşığı təzə zoğal 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir (termosda dəmləmək daha yaxşıdır) və gündə 3 dəfə yeməkdən əvvəl içilir. Bu məqsədlə zoğal mürəbbəsini də istifadə etmək olar (1 xörək qaşığı zoğal + 1 stəkan qaynar su).

Uşaqlara ishal zamanı zoğal kiseli vermək çox yaxşıdır – bağırsaqlar həm təmizlnir, həm də yığılır.
Davamı →

Soyuqdəyməyə və qripə qarşı təbii müalicə

Payız və qış aylarında soyuqdəymə halları qaçılmazdır. Bu halda ilk növbədə həkimə qəbuluna düşmək məsləhətdir. Sizə təqdim edəcəyimiz qarışıqla soyuqdəymə və qripə qalib gələ bilərsiniz.

Ərzaqlar:
Yarım stəkan əzilmiş zəncəfil
Qarım stəkan rəndələnmiş qara turp
Yarım stıkan sarıkök
Yarım stəkan soğranmış ağ soğan
¼ stəkan əzilmiş sarmısaq
2 dənə acı bibər
2 limonun suyu və qabığı
Alma sirkəsi
Bal

Hazırlanması:
Zəncəfil, turp, soğan, sarmısaq, bibər və limonu bir qaba qoyun. Qabın ¾-ü dolacaq qədər olsun, qab dolanadək isə sirkə tökün. Qaranlıq otaqda 2-4 həftə saxlayın, ən yaxşı nəticəni 1 ayda ala bilərsiniz. Qarışıq hazır olandan sonra tərəvəzləri süzün və üzərinə bal töküb yeyin.
Davamı →