Рейтинг
+11.10

Xalq təbabəti

5 üzv, 160 topik

Soyuqdəyməyə və qripə qarşı təbii müalicə

Payız və qış aylarında soyuqdəymə halları qaçılmazdır. Bu halda ilk növbədə həkimə qəbuluna düşmək məsləhətdir. Sizə təqdim edəcəyimiz qarışıqla soyuqdəymə və qripə qalib gələ bilərsiniz.

Ərzaqlar:
Yarım stəkan əzilmiş zəncəfil
Qarım stəkan rəndələnmiş qara turp
Yarım stıkan sarıkök
Yarım stəkan soğranmış ağ soğan
¼ stəkan əzilmiş sarmısaq
2 dənə acı bibər
2 limonun suyu və qabığı
Alma sirkəsi
Bal

Hazırlanması:
Zəncəfil, turp, soğan, sarmısaq, bibər və limonu bir qaba qoyun. Qabın ¾-ü dolacaq qədər olsun, qab dolanadək isə sirkə tökün. Qaranlıq otaqda 2-4 həftə saxlayın, ən yaxşı nəticəni 1 ayda ala bilərsiniz. Qarışıq hazır olandan sonra tərəvəzləri süzün və üzərinə bal töküb yeyin.
Davamı →

Badımcan qabıqlarından təbii ürək dərmanı

Badımcan qabıqları olduqca faydalı antioksidant maddələrlə (antosian, resveratrol, nasunin) zəngindir.

Bu antioksidantlar orqanizmdə gedən qocalma proseslərini ləngidir, orqanizmi hüceyrə səviyyəsində qoruyur.

Badımcan qabıqlarında olan antioksidantlar aterosklerozla mübarizədə ən yaxşı təbii vasitələrdən biridir. Ateroskleroz zamanı damarların daxilində xolesterin (yağa oxşayan maddə) yığılır. Nəticədə damarlar daralır, onların elastikliyi pozulur. Bu isə hipertoniya, stenokardiya, infarkt və s. ürək-damar sistemi xəstəliklərinin inkişafına səbəb olur.
Davamı →

Qarğıdalı saçaqlarından müalicəvi çay

Qarğıdalı saçaqları xalq təbabətində müalicəvi vasitə kimi çox geniş istifadə olunur. Qarğıdalı saçaqları sidik və ödqovucu təsirə malikdir, qanda şəkərin səviyyəsini aşağı salır, orqanizmi təmizləyir, toksinləri, şlakları xaric edir.

Qarğıdalı saçaqları iştahanı azaldır və bu səbəbdən arıqlamaq üçün istifadə oluna bilər. Sizə tərkibində qarğıdalı saçaqları olan çox faydalı və müalicəvi çayın reseptini təqdim edirik. Bu çay orqanizmə ümumi möhkəmləndirici təsir edir, orqanizmi təmizləyir, iltihabları azaldır, arterial təzyiqi tənzimləyir, arıqlamağa kömək edir.

1 x.q. xırdalamış təzə qarğıdalı saçaqları, 1 x.q. itburnu (istifadə etdikdən əvvəl yaxşı əzin), 1 x.q. çobanyastığını termosa tökün, üzərinə yarım l qaynar su tökün, axşamdan səhərə qədər saxlayın. Səhər dəmləməni yaxşı süzün və gün ərzində 2-3 dəfə yeməkdən 30 dəqiqə əvvəl adi çay kimi için. Öd daşı və böyrək daşı xəstəliyi zamanı bu çayı içmək olmaz.
Davamı →

Təzyiqi aşağı salan 10 bitki

Statistikaya əsasən dünyada 40 yaşdan yuxarı praktik olaraq 50% insan yüksək təzyiqdən əziyyət çəkir.

Yüksək arterial təzyiq orqanizm üçün çox ziyanlıdır. Bu ürəyin, damarların, böyrəklərin, gözlərin sağlamlığına böyük ziyan vurur, infarkt, insult, böyrək çatışmamazlığı, korluq kimi ağır pozulmalara səbəb olur.

Arterial təzyiqi mütləq normada saxlamaq lazımdır. Bunun üçün xüsusi preparatlar mövcuddur. Belə preparatları xəstəyə həkim təyin etməlidir. Bəzi bitkilər də təzyiqi aşağı salmağa kömək edə bilər. Lakin nəzərə almaq lazımdır ki, bu bitkiləri yalnız köməkçi vasitə kimi (əsas müalicə ilə parallel olaraq) istifadə etmək olar. Təzyiqi salmağa kömək edən bitkilər bunlardır:
Davamı →

Dırnaqlarda göbələyin xalq təbabəti vasitələri ilə müalicəsi

Bu çox yayılmış problemdir. Göbələyin təsirindən dırnaqlar qalınlaşır, ovulur, saralır, dəri qaşınır, ayaqlardan pis qoxu gəlir. Bu da, təbii ki, ciddi kosmetoloji qüsur yaradır.

Dırnaqda göbələyi müalicə etmək üçün daxilə həkim təyin etdiyi xüsusi göbələk əleyhinə preparatları qəbul etmək lazımdır. Yalnız bu halda göbələk infeksiyasından yaxa qurtarmaq mümkün olacaq. Bu bütün dünyada təsdiq olunmuş müalicə metodudur. Bununla yanaşı köməkçi vasitə kimi xalq təbabəti vasitələrdən istifadə edə bilərsiniz. Bu vasitələr arasında:

Yod məhlulu
Bu vasitə göbələklə mübarizədə çox yaxşı kömək edir. 2 həftə ərzində səhər və axşam zədələnmiş dırnağa yod çəkin. Ayaqlar təmiz və quru olmalıdır.
Davamı →

Böyrəkləri təmizləyən cövhər

Xalq təbabətində orqanizmi təmizləmək üçün bir çox müxtəlif təbii cövhərlər istifadə olunur. Bu cövhər böyrəkləri duzlardan, qumdan çox yaxşı təmizləyir, iltihabı azaldır. Lakin nəzərə almaq lazımdır ki, sizdə böyrək daşı xəstəliyi varsa, bu cövhərdən itifadə etmək olmaz.

Bu daşların tərpənməsinə, sidik kanalına düşməsinə səbəb ola bilər.

Cövhərin hazırlanması:
5 dəstə cəfəri, 2 ədəd limon (qabıqlı) blenderlə əzilir. Üzərinə 1 l qaynar su tökülür, 1 gün (24 saat) ərzində saxlanılır. Daha sonra cövhəri yaxşı süzün və gündə 3 dəfə armudu stəkanın 1/2 hissəsi olmaqla yeməkdən 30 dəqiqə əvvəl için.
Davamı →

Uşaqlıq boynu eroziyasının xalq təbabəti üsulları ilə müalicəsi

Uşaqlıq boynu eroziyası qadın cinsiyyət sistemi xəstəlikləri arasında ən yayılmış pozulmadan biri sayılır.
Eroziya mütləq müalicə olunmalıdır. Məsələ burasındadır ki, uzun müddət ərzində mövcud olan uşaqlıq boynu eroziyası uşaqlıq boynu xərçənginə səbəb ola bilər.
Eroziya uzun müddət ərzində heç bir simptom verməyə bilər. Bu səbəbdən qadının 1 ildə 2 dəfə olmaqla profilaktik ginekoloji müayinələrindən keçməsi olduqca vacibdir.
Qadında eroziya aşkar olunduqda, xəstəliyin mərhələsindən, qadının yaşından və s. amillərdən asılı olaraq ona mütləq müalicə təyin olunmalıdır.
Müalicə zamanı xalq təbabəti üsullarının istifadəsi də çox yaxşı nəticə verə bilər. Bu vasitələri yalnız həkim təyin etməlidir. Özünüz özünüzü müalicə etməyin!
Davamı →

Qaraçörəkotu yağının faydaları

Qaraçörəkotunun yetişdiyi ölkələr Türkiyə, Cənubi Avropa, Balkan ölkələri, Şimali Afrika, Hindistandır. İnsan bədəninə çox faydası olan qaraçörəkotu çox şəfalı bitkidir.

Qaraçörəkotunun faydalarını saymaqla qurtarmaz. Bəs qaraçörəkotu yağının faydaları nələrdir? Aşağıdakı bəndlərdə qaraçörəkotu yağının faydalarını öyrənə bilərsiniz:

* Mikrop, virus və göbələklərə qarşı öldürücü təsiri malikdir.
* Bəlğəmi yox edir və tənəffüs borusunu genişləndirir.
* Xərçəngə qarşı qoruyucu təsiri var.
* Qan şəkərini tənzimləyir.
* Yorğunluq halını aradan qaldırıb, gümrahlıq verir. 
* Damar sərtliyi, damar tutulması kimi xəstəliklərin qabağını alır.
* Təzyiqin və xolesterolun normal olmasını təmin edir.
* Cinsi gücü artırıcı təsiri var.
* Həzmi asanlaşdırır.

* Bədəndəki zəhərləri süzərək yox edir.
* Sidikqovucu xüsusiyyəti var.
* Yaraların tez yaxşılaşmasını və hüceyrələrin təzələnməsini sürətləndirir.
* Allergiyanın qarşısını alar.
* Hormon sistemini möhkəmləndirər.
Davamı →

Öskürəyə qarşı xalq təbabəti üsulları

Həkimlər deyir ki, öskürək soyuqdəymə zamanı ən tez əmələ gələn və ən gec keçən simptomdur.
Həkim təyin etdiyi müalicə ilə yanaşı xalq təbabəti üsullarından istifadə etməklə siz öskürəkdən daha tez qurtula bilərsiniz.
Təbii ki, istənilən xalq təbabəti üsullarından istifadə etdikdən əvvəl sizi müalicə edən həkimlə məsləhətləşin!
— Süd çox yaxşı bəlğəmgətirici xüsusiyyətlərinə malikdir. Öskürək zamanı gün ərzində 2-3 stəkan ilıq süd için.
— 1/2 təkan ilıq süd 1/2 stəkan borjomi mineral suyu ilə qarışdırın və gün ərzində 2-3 stəkan olmaqla için.
Davamı →

Sarımsaqlı limon suyu

Limon suyu və sarımsaqla hazırlanan qarışıq, damar sərtlikləri, damar yağlanması, damar tıxanıqlıqları və təzyiq kimi problemləri birdəfəlik aradan qaldırır. Ev şəraitində hazırlanır.
Ərzaqlar:
2 litr su qatılmamış limon suyu
40 diş soyulmuş və əzilmiş sarımsaq
Ağzı bərk bağlanan tünd rəngli bir qab (2 litrlik şüşələr də istifadə edilə bilər)
Hazırlanması:
2 litrlik qabı limon suyu ilə doldurun. Soyulmuş 40 diş orta boy sarımsağı əzərək limonun içinə atıb şüşənin qapağını möhkəm bağlayın. 25 gün normal temperaturda saxlayın və hər gün bir neçə dəfə çalxalayın. Təxminən 25 gün sonra sarımsaqların limon suyunun içində əridiyini görəcəksiniz.
Davamı →