Рейтинг
+11.10

Xalq təbabəti

5 üzv, 213 topik

Sonsuzluqla bağlı problemi olanlara

 Həm tibbi həm də sosial problem olaraq «sonsuzluq» müasir təbabətin ən aktual tətqiqat obyektidir. Bu, bildiyimiz kimi müxtəlif səbəblərdən yarana bilər. Əgər problem qadınla əlaqəlidirsə  ilk öncə  iltihabi problemlər aradan qaldırılmalıdır. Bunun üçün qadınlara çilədağ bitkisi tamponundan istifadə edilməsini məsləhət görərdim.
Davamı →

Sarımsaq yağının hazırlanması və faydaları

Sarımsağın faydaları hamıya məlumdur bu möcüzəvi bitki illərdir insanların sağlamlığı üçün bir mayak rolunu oynamaqdadır.  əvvəlcə sarımsaq yağının hazırlanmasını yazaq sonra istifadə ounması haqqında yazarıq. Deməli 4-5 diş sarımsağı sarımsaqəzəndə əzib 1 stəkan (200 qram) rafinə olunmamış  zeytun yağına qarışdırın, sonra ağzı kip bağlanılan şüşə qaba doldurub 1 həftə gözləyin çalışın gözlədiyiniz 1 həftədə sarımsaq yağını isti bir yerdə saxlayasınız. Yay olanda pəncərə qabağında,  qış olanda soba (otopleniya) üstündə. 1 həftə sonra yağı 4-5 qat cunadan süzün istifadə edə bilərsiniz.                           
Davamı →

Orqanizmin süpürgəsi

Ferula Asafoetida — Hiltit — Şeytanotu — Pisiyli ilankölgəsi
Hiltit Mərkəzi Asiyada, Əfqanıstanda, Qafqazın quru yamaclarında bitən çətirçiçəkli bitkinin köklərinin qurudulmuş qətranıdır. Qurudulmuş qətranın hazırlanması uzun sürən bir prosessdir. Deməli, köklər çərtilir və çıxan qətran toplanılır və emsl olunur. Çox faydalı bitkidir. Hiltit qapalı hermetik qabda sərin və quru yerdə 1 il saxlanıla bilər. Misirdə ona
Ən keyfiyyətli hiltit  qırmızı və qoxusu kəskin olanıdır. Sarımsaq və soğan qoxusuna bənzər iyə malikdir. Asafoetida güclü işlədici və sovurucu təsirə malikdir. Onu " Orqanizmin süpürgəsi " adlandırmaq olar.
Allahın izni ilə aşağıda qeyd ediləcək xəstəliklərdə güclü müəlicəvi effekt verir:
Davamı →

Tut yarpağının inanilmaz faydaları

Havayı olduğu üçün, reklam olunmur və heç kim bilmir — Tərkibində isə süddən 25 dəfə çox kalsium, spanaqdan 15 dəfə çox dəmir var
  1. Şəkər xəstəliyinə faydası ağlasığmaz dərəcədədir.
  2. Tut yarpağı ən az tut meyvəsi qədər səhiyyə sahəsində mühüm faydaları mövcuddur. Tut yarpaqlarını qaynadılıb əldə edilən çay bir çox xəstəliyin müalicəsində istifadə edilir.

Davamı →

Kələm yarpağı ilə ağrıların götürülməsi

Hər bir insanın müxtəlif zamanlarda bədəninin müxtəlif yerlərində ağrılar olur və bu ağrılardan qurtarmaq üçün müxtəlif vasitələr axtarır. Bəzən hər ağrıya görə kimyəvi dərman içərkən də bir problem olur, kələm yarpağı ilə ağrıların aradan qaldırılması isə ziyansız və çox ucuz başa gəlir, məsələn ağrı nahiyyəsinə kələm bükülür (yaxşı olar ki, kələmin qalın hissələri soyulsun) axşamdan səhərə qədər, səhər açılır atılır.
Davamı →

Qoz suyunun faydaları

Bütün günü enerjili olmaq üçün səhər yuxudan oyanan kim bir gecə əvvəl hazırladığınız qoz suyu içməniz məsləhətdir.
Proteinlə zəngindir
Yağla zəngin olan qoz yüksək miqdarda protein ehtiva edir. Xüsusilə ət istehlak etməyən insanlar üçün qoz suyu çox faydalıdır.Əgər vegeterian və yapesketariansınızsa, qozdan lazım olan zülalı ala bilərsiniz.
Tox saxlayır
Qoz suyu içərisində olan çox miqdarda protein sayəsində uzun müddət tox saxlayır və orqanizmdəki yağ yandırılmasını asanlaşdırır.
Davamı →

Darçının bilmədiyimiz faydaları

Darçın faydalarını saymaqla tükənməyən bir nemətdir. Gözəl dadı, insanı rahiyyələndirən ətri bir əsəb sakitləşdiricidir. Azərbaycan mətbəxində təəsüflər olsun ki, darçından az istifadə olunur bəlkə də darçının bizdə bitməməsi ilə əlaqədardır amma darçın bizdə bitməsədə məncə yazdığım faydaları oxuyan hər bir insanın sevimli qidası olacaq İnşAllah.
Darçının gözəl ətri ağız qoxusunu götürür, elə düşünməyin ki, darçını istifadə etdikdən sonra ağızdan bir müddət darçın ətri gələcək, sonra yox. Darçın həmdə ağızdan gələn qoxunu müalicə edir. Darçın qanda şəkəri aşağı salır buna görə şəkər xəstələrinin sevimli bir qidası olmalıdır.
Davamı →

Quş ödü ilə öd daşı əleyhinə çarə

Öd daşı əleyhinə paylaşmalarım olsa da bu da faydalı bir reseptdir. Bu resept təbiətdə quşların qumları yedikdən sonra həmin qumları çilədanlarında əritməsindən götürülmüşdür. Məlum olmuşdur ki, quşlar yeməklə bərabər kiçik daşlar və qum yeyirlər, quşların həzm sistemi isə bu qumları əridir və qidanın yaxşı həzm olusmasına yardımçı olur. Bəs daşların əridilməsi necə baş verir?
Davamı →

Öskürək və göy öskürək əleyhinə çarə

Öskürək əleyhinə bir neçə yazılarım olsada bu üsul da həm faydalı, həm də asan başa gələn bir reseptdir. Deməli 6 ədəd əncir bıçaqla balaca-balaca doğranılır (təxminən fındıq boyda) 2 stəkan südün içinə qarışdırılır, vam odda 7-8 dəq qaynadılır, ilıq olana qədər gözlənilir, ilıq olanda 1 stəkan süd götürülür 1 çay qaşığı bal 2-3 çimdik toz zəncəfil əlavə olunur, qarışdırılır yeməkdən 1 saat əvvəl 1 stəkan içilir, əgər bu qarışımı səhər içirsinizsə 2-ci stəkanı günorta içməlisiniz və ya günorta içirsinizsə 2-ci stəkanı axşam yeməkdən əvvəl içməlisiniz, süd içildikdən sonra əncirlər yeyilir.
Davamı →

Bəkməz (Doşab) faydaları və hazırlanılması.

Miraslarımızdan bizlərə nələr qalıbsa hamısı faydalı və lazımi qidalardır. Bu yazını mən ona görə yazıram ki, son dövrlər sosial şəbəkələrdə bəkməzin heç bir xeyri yoxmuş kimi fikirlər səslənilir. Guya bəkməz qaynayan zaman tərkibi parçalanır, heç bir vitamini, mineralı qalmır, xərçəng əmələ gətirir və s. Bəkməz başdan-başa bir mineral qaynağıdır. Əgər bənizi solmuş, qanı az olan birisini görsəniz ona gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı bəkməz içməsini söyləyin və 15-20 gündən sonra həmin insanın necə dəyişdiyini görəcəksiniz.
Davamı →