Рейтинг
+11.10

Xalq təbabəti

5 üzv, 153 topik

Şüyüd toxumu

Şüyüd toxumu güclü qurd əleyhinə vasitədir. Şüyüdün özü də qurdları öldürmək xüsusiyyətinə malikdir. Lakin onun toxumlarında bu xüsusiyyət daha güclüdür. Bu məqsədlə şüyüd toxumunu bir neçə üsulla istifadə etmək olar.

1. Hər səhər acqarına 1 çay qaşığı şüyüd toxumunu çeynəyin və 1 stəkan su için.

2. 1 x.q. şüyüd toxumu 1 stəkan qaynar suda 30 dəqiqə ərzində dəmlənilir, süzülür, gün ərzində 3 dəfə stəkanın 1/3 olmaqla içilir.
Davamı →

Sarıkökdən istifadə

Sarıkökün faydası və müalicəvi təsiri insanlara qədim zamanlardan məlumdur. Qədim Şərq tibbi əsərlərində bu ədviyyatın adı və onun müalicəvi xüsusiyyətləri dəfələrlə qeyd olunur. Qədim təbiblər sarıkökü mədə-bağırsaq sistemi, dəri, oynaqlar, soyuqdəymə, qadın və s. xəstəliklərinin müalicəsində geniş istifadə edirdilər. Sarıkökün orqanizmə olan müalicəvi təsiri müasir tibb elmində öz təsdiqini tapıb.

Azərbaycan mətbəxində sarıkök müxtəlif qidalara əlavə olunur. Bu çox gözəl adətdir. Bununla biz həm yeməyin dadını yaxşılaşdırırıq, həm də sağlamlığımızı qoruyuruq. Beləliklə, sarıkökü qidalara əlavə etməklə biz nəyə nail oluruq?
Davamı →

Soğan qabığının 7 faydası

Soğanın güclü antiseptik, iltihab, mikrob və virus əleyhinə, ürək xəstəliklərindən və xərçəngdən qoruyan xüsussiyyətləri elmdə çoxdan təsdiq olunub. Lakin tək soğanı deyil, onun qabıqlarını da əsl dərman hesab etmək olar.

Bəzi mütəxəssislər soğan qabıqlarını hətta soğanın özündən də faydalı hesab edir. Bu səbəbdən soğanı soyandan sonra qabıqlarını atmağa tələsməyin. Onları yuyun, qurudun və təbii müalicəvi və profilaktik vasitə kimi istifadə edin.

Davamı →

Sarıkök toniki

Sarıkök tonikiBu tonik zəif, hüceyrələri ölməkdə olan orqanizmi dirildir.

Lazımdır:
Sarıkök – 2 çay qaşığı
Zəncəfil tozu – 1 xörək qaşığı
Yumru qara istiot – 10 ədəd
Limon suyu – yarısı
Bal -1 çay qaşığı
Su – 8 stəkan

Qazanda zəncəfil, istiot və su birlikdə qaynadılır. Od azaldılır, zəif odda qapağı bağlı şəkildə daha 15 dəqiqə qaynadılır.
Davamı →

Gicitkən otunun faydaları

Təbiətdəki ən faydalı otlardan biri də gicitkəndir. Gicitkən otunun bir çox xəstəliklərin müalicəsində də kömək olduğu məlumdur.

Allergiyanın çarəsidir 
Gicitkən min illərdir allergiya müalicəsində istifadə olunur. Elm adamlarının araşdırmasına əsasən, gicitkən allergiya səbəbindən yaranan iltihabı azaldır.

Sümükləri inkişaf etdirir
Gicitkən yaxşı bir kalsium qaynağıdır. Gicitkən otunun çayını hazırlaya bilərsiniz və ya şorbalara dad verməsi üçün təzə gicitkən yarpaqları ata bilərsiniz.
Davamı →

Turp suyu

turp suyu1 həftə ərzində hər gün bir stəkan turp suyu içmək bir çox xəstəliklərin qarşısını sədd çəkir.

Xərçəngin yaranmasının qarşısını alır
Ehtiva etdiyi zəngin qida dəyərləri sayəsində güclü antioksidant vəzfəsini görən turp suyu xərçəngə qarşı təsirli vasitədir.

Ağciyəri təmizləyir
Turp suyunun tərkibindəki bol miqdarda C vitamini ağciyərləri və bronxları təmizləyici təsirə malikdir.
Davamı →

Kəklikotu bu 7 xəstəliyi müalicə edir

Kəklikotunun faydalı və müalicəvi xüsusiyyətləri insanlara qədim zamanlardan məlumdur. Bu ot xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

1. Kəklikotu çayı spazmla (sıxılma) bağlı olan ağrıları (baş ağrısı, bağırsaq spazmı, qadınlarda menstruasiya ilə bağlı ağrılar və s.) azaldır.

2. Ağız boşluğu iltihabları, tonzillit (angina) zamanı qarqara üçün istifadə olunur. 1 xörək qaşığı ot 1 stəkan qaynar suda dəmlənilir, 20 dəqiqədən sonra süzülür və hər 2 saatdan bir qarqara üçün istifadə olunur.

Davamı →

Goji berry meyvəsinin faydaları

Söhbət sağlamlığımızdan gedirsə, müasir tibbi yeniliklərdən kənarda qalmaq istəmirik. Etiraf etməliyik ki, son yüz ildə sağlam həyat naminə tibb elmi xeyli nailiyyətlər əldə edib. Lakin hər günümüzü, hətta hər saatımızı həkim nəzarətində keçirmək mümkün deyil. Uluların qədimdən qalan təbii müalicə vasitələri imkan verir ki, özümüz öz həkimimiz olaq.

Bu təbii vasitələrdən biri də goji berry meyvəsidir. Himalay dağlarında bitən bu kiçik, qırmızı meyvənin insan sağlamlığına faydası hələ də günbəgün kəşf edilməkdədir. Yeddi əsrdən çoxdur ki, Çində şəfa mənbəyi sayılan goji berry bu gün bütün dünyanın diqqət mərkəzindədir. Çünki bu meyvə insan orqanizminin ən xeyirxah dostudur.
Davamı →

Yulaf dəmləməsi

Hələ dahi Hippokrat yulafın faydalı və müalicəvi xüsusiyyətlərini yüksək qiymətləndirirdi və yulafı müxtəlif xəstəliklərin müalicəsində istifadə etməyi tövsiyə edirdi. Hippokrat yulaf dəmləməsi ilə qaraciyər, mədə, bağırsaq, dəri və sinir sistemi xəstəliklərini müalicə edirdi.

Yulaf dəmləməsinin resepti:
Yulaf yarmasını qəhvəüyüdəndə üyüdün, 1 x.q. götürüb az miqdarda soyuq suda həll edin, sonra 1 stəkan qaynar suya tökün, qarışdıra-qarışdıra bir neçə dəqiqə vam odd qaynadın. Dəmləməni ilıq halda yeməklər arası için. İçəndən sonra 2 saat ərzində yemək yeməyin. Hər gün təzə dəmləmə hazırlayın və qəbul edin.
Davamı →

Lavanda çayı

Lavanda bitkisinin çox güclü sakitləşdirici xüsusiyyətləri var.
Lavandadan faydalı çay hazırlayın. Bunun üçün 2 ç.q. lavanda güllərini 1 fincan qaynar suda 30 dəqiqə ərzində dəmləyin, bal əlavə edin və için.

Bu çayın faydaları olduqca çoxdur:
— əsəbiliyi və həyəcanı azaldır
— əhvalı yaxşılaşdırır
— yuxunu tənzimləyir
— xroniki yorğunluğu azaldır
Davamı →