Рейтинг
+70.86

Xaricdə təhsil

57 üzv, 33 topik

Yaponların uşaqları dahiyə çevirən metodları

1. 4-cü sinfə qədər imtahan yoxdur
Yaponiyada 4-ci sinfə qədər şagirdlər imtahan vermir. Məktəblərdə müəllimlər uşaqların savadlarını ölçmək yerinə, ilk 3 il onun xarakterinin formalaşmasına, etiket qaydalarını öyrənməsinə daha çox önəm verir. Uşaqlara insanlara sayğı, təbiətə və heyvanlara sevgi, hamı ilə nəzakətli davranmağı, avtomobil qaydalarına əməl etmək, ədalət, səxavət, şəfqət, ünsiyyət qurmağın yolları və digər bu kimi müsbət keyfiyyətlər öyrədilir.

2. Akademik il 1 apreldə başlayır
Bir çox məktəb və universitetlərin sentyabrda başlamasına baxmayaraq, Yaponiyada akademik təqvim 1 apreldə, gilas ağaclarının çiçəkləndiyi dövrdə başlayır. Akademik il 3 semestrə bölünür: 1 aprel-20 iyul, 1 sentyabr-26 dekabr, 7 yanvaq-25 mart.
Davamı →

Finlandiya təhsil sistemi

Şagirdlərə nə qiymət, nə də ev tapşırığı verilir
200 ildir dəyişməyən Finlandiya təhsil sistemi nailiyyətləri ilə dünyanı heyran qoyur. Fin təhsil sistemində təbiət elmləri, riyaziyyat, humanitar elmlər, incəsənət, idman və praktika da çox vacibdir. Fin uşaqları bağça və ibtidai siniflərdə oyunlar oynayır və zövq alaraq öyrənirlər. Müəllimlər də, valideynlər də riyaziyyat və ya dəqiq elmlərdə mücərrəd anlayışları öyrətməyin ən səmərəli yolunun musiqi, dram, ya da idman olduğunu düşünürlər.

Tələbə Dəyərləndirməsi üzrə Beynəlxalq Proqram (PISA – Programme for International Student Assessment) testləri məktəb həyatının çox əhəmiyyətli olan bəzi meyarlarını qiymətləndirmir. Finlandiyada məcburi məktəbə başlama yaşı 7-dir. Bu, ilk təhsilin ailədən gəldiyi düşüncəsinə əsaslanır. Uşaqlar məktəbə özləri piyada, ya da velosipedlə gedirlər.
Davamı →

Dünyanın ən yaxşı universitetləri

2003-cü ildən bəri  Şanxay Ciao Tong Universitetinin mərkəzi dünya universitetləri arasında araşdırma aparır. Araşdırma nəticəsində  ilk 10 universitet arasına 8, ilk 100-lüyə isə 54  universitet daxil edən ABŞ  ölkələr sırasında birinciliyi əldə etmişdir.
İlk yeri tutan Harvard Universitetindən başqa ilk 10-luğa ABŞ universitetlərindən Berkeley, Stanford, Massachusetts Texniki Universiteti, Kaliforniya Texniki Universiteti, Princeton, Kolumbiya, Çikaqo universitetləri də daxil olmuşdur. ABŞ-ın prestijli universitetlərindən Yale universiteti siyahıda 11-ci yeri tutmuşdur.
Davamı →

Dünyanın ən yaxşı İT universitetləri

Dünyanın ən məşhur uinversitetlərində təhsil almaq hər bir gəncin arzusudur. Bu məqsədlə hər il minlərlə gənc dünyanın müxtəlif ölkələrinə üz tutur. U.S. News&World Report,s-ın mühəndis və İT ixtisasları üzrə tərtib etdiyi dünyanın 100 ən məşhur universitetinin siyahısını oxuculara təqdim edirik:

1. Berkley Universiteti (Kaliforniya, ABŞ)
2. Massaçusets Texlologiya İnstitutu (ABŞ)
3. Stenford Universiteti (ABŞ)
4. HindistanTexnologiya İnstitutu (Hindistan)
5. London İmperial Kolleci (Böyük Britaniya)
Davamı →

Dünyanın 100 ən yaxşı universiteti - 2009

Siyahıdakı 10 ən yaxşı universitetin 4-ü, 100 ən yaxşı universitetin 18-i Böyük Britaniyada yerləşir. Şimali Amerika qitəsindən siyahıya 42 universitet düşüb. Asiyadan əgər keçən il bu siyahıya 14 universitet düşmüşdüsə, bu il onların sayı 16-ya çatıb. Tokio Universiteti siyahıda 22-ci, Honq-Konq Universiteti 24-cü sırada yer alıb. Təəssüf ki, 100 ən nüfuzlu ali məktəb siyahısına Azərbaycan universitetlərindən heç bir düşə bilməyib.
Siyahıda Asiya universitetlərinin yüksəlişi diqqət çəkir. Xüsusən Çin, Yaponiya və Cənubi Koreya universitetlərinin yaxın vaxtlarda ABŞ-ın Ivy League və Böyük Britaniyanın Oksford ve Kembric universitetlərinə meydan oxuyacağı siyahıdan aydın görünür.Siyahı 2009-cu il üçündür.
Davamı →

Almaniyada təhsil sistemi

Almaniya ideyalar ölkəsidir. Burada təhsilə, elmə və elmi tədqiqatlara hər zaman xüsusi diqqət ayrılıb. Ölkədə 50 mindən çox orta məktəb, 3000 mindən artıq gimnaziya mövcuddur.  Bu tədris müəssisələrində 12 milyondan çox şagird təhsil alır. 370 ali təhsil müəssisəsi, o cümlədən elmlər namizədi hazırlayan 140 universitet və təxminən 200 ixtisaslaşmış ali təhsil ocağı fəaliyyət göstərir. Bundan əlavə, ölkədə 63 özəl universitet və 40-dan artıq dini təmayüllü ali məktəb var. Ölkənin demək olar ki, hər bir iri şəhərində ali təhsil müəssisəsi mövcuddur. Təhsil sistemi mərkəzləşmiş qaydada idarə olunmur. Federal torpaqların hər birinin müvafiq idarəetmə strukturları fəaliyyət göstərir. Bu səbəbdən ölkənin, müxtəlif əyalətlərində təhsilalma şərtləri və təhsil proqramları arasında fərqlər mövcuddur.   


Ardı →

Britaniya, Estoniya, Polşa universitetlərinə qəbul olsam da, keyfiyyətli təhsil üçün sonda Macarıstanı seçdim

Macarıstanın Corvinus universitetində, biznesin idarə edilməsi (Business Administration) fakultəsində təhsil alan həmyerlimiz Bahadur Cabbarov bizim bugünkü müsahibimizdir. O, bir çox aparıcı universitetlərə qəbul olsa da, təhsil alması üçün məhz Macarıstanı seçmişdir. Biz də onun seçiminin səbəbi, Budapeştdə yaşadığı tələbə həyatı, oxuduğu universitet və ixtisas, oranın təhsil sistemi barədə ona suallar ünvanladıq. Buyurub, həmin müsahibəni oxuya bilərsiniz.


Davamı →

Macarıstan hökumətinin təqaüdü ilə kənd təsərrüfatı üzrə magistraturada pulsuz təhsil

Macarıstan Kənd Təsərrüfatının İnkişafı Nazirliyi tərəfindən verilən təqaüd proqramı kənd təsərrüfatı sahəsində iki illik magistratura pilləsində təhsil almaq istəyən şəxslər üçün nəzərdə tutulub. Bu təqaüdü Azərbaycan vətəndaşlarının da qazanması mümkündür.

Təhsil dili ingilis dili olacaq və seçilmiş tələbələr 2015-ci ilin sentyabr ayında Macarıstanda oxumağa başlayacaqlar. Təqaüd yalnız magistratura pilləsi üçün və aşağıdakı ixtisaslar üzrə müvafiq ali məktəblərdə təhsili əhatə edir:
— Kənd təsərrüfatının inkişafı və aqrobiznes (Szent István University, Faculty of Economics and Social Sciences);
— Bitkilərin mühafizəsi (University of Pannonia, Georgikon Faculty);
— Heyvanların qidalandırılması və ərzaq təhlükəsizliyi (Kaposvár University).

Təqaüd aşağıdakı xərcləri qarşılayır:
— təhsil haqqı;
— əsas kitablar və tədris materialları;
— yataqxanada qalmaq haqqı;
— tibbi sığorta xərcləri;
— yaşayış xərcləri.

Bu təqaüd proqramını qazanmaq istəyən şəxslər aşağıdakı sənədləri ingilis dilində hazırlayıb 2015-ci il yanvarın 31-nə qədər göndərməlidirlər. Sənədlərin siyahısı və ətraflı məlumatı bu keçiddən oxuya bilərsiniz.
Davamı →

Çində əcnəbi tələbənin yaşadıqları

Əgər sən bir çinliyə bənzəmirsənsə, o zaman küçədə insanlar səni barmaqla göstərib səni müzakirə etməyə başlayacaqlar.

Çin yataqxanasının standart otağında 6, yaxud 8 tələbə yaşayır.

Bu yataqxanalarda mətbəx yoxdur və hər mərtəbədə cəmi 1 yaxud 2 ayaq yolu var.

Qızlar və oğlanlar ayrı yaşayır.

Məktəblərdə dərslər 8.00-da başlayır və 17.00-da bitir. Dərslər vaxtından bir az əvvəl bitə bilər. Lakin şagirdlər buna baxmayaraq, siniflərdə oturmalı və dərslərini hazırlamalıdırlar.

Valideynlər hər gün şagirdləri məktəbə gətirir və evə aparırlar. Çünki burada çox tez-tez uşaqlar oğurlanır, əlləri, barmaqları, ayaqları sındırılır və əvəzində pul istənilir.

Bu ölkədə ən yaxşı müəllimlər eyni sinifdə 70-90 şagirdə dərs keçən müəllimdir.
Ardı →

Budapeştdə və ya Vyanada təhsil al, Britaniyanın ən nüfuzlu diplomlarından birini əldə et

International Business School Budapest (Macarıstan) The University of Buckingham(Böyük Britaniya) ilə birgə Budapeşt və Vyana şəhərlərində bakalavr və magistratura pillələri üzrə ali təhsil verir, bundan əlavə dil kursları və yay məktəbləri də təşkil edir. 
IBS-də oxumağın üstün cəhətləri:
— Avropa standartlarına uyğun yüksək təhsil sistemi, ixtisaslı müəllimlərin müasir metodlarla maraqlı dərs keçməsi;
— Dünyanın 80-dən çox ölkəsindən 1200-dən çox tələbə ilə beynəlxalq mühitdə ingilis dilində təhsil almaq;
— Digər xarici dilləri (rus, ispan, alman, macar, fransız və s.) öyrənmək imkanı; — Əla şəraiti olan kampus, müasir tədris binası, rahat yataqxanası, idman zalı, yeməkxanaya malik olması; — Erasmus proqramı çərçivəsində 18 Avropa Birliyi ölkəsində 66 partnyor universitetdə bir semestr təhsil almaq seçimi;
Ardı →