Kornell Universiteti
Kornell Universiteti (Cornell University) ABŞ-ın nüfuzlu və ən böyük ali məktəblərindən biridir. Universitet Nyu-York ştatının İtaka şəhərində yerləşir. Kornell Universiteti ABŞ-ın səkkiz nüfuzlu ali məktəbini birləşdirən Sarmaşıq Liqasına daxildir və bu qurumun ən gənc üzvüdür. Kornell Universitetinin İtakada yerləşən əsas kampusdan əlavə, Nyu-York şəhərində və Qətər dövlətində də kampusları mövcuddur. «U.S. News & World Report» («ABŞ xəbərləri və dünya hesabatı») jurnalının reytinqinə görə, Kornell Universiteti Amerikada mühəndislik elmləri və mühəndislik fizikası sahələri üzrə birinci, psixiatriya və ortopedik cərrahiyyə üzrə isə ikinci yerdə dayanır. Böyük Britaniyanın «Times Hiqher Education Supplement — QS World Universities Rankings» jurnalının hər il apardığı dünya universitetlərinin reytinqinə əsasən, 2009-cu ildə Kornell Universiteti 100 ən yaxşı ali məktəb arasında 15-ci yerdə sıralanıb.
Ardı →