Məşədibabanın Neyləmisən qəzəli

Sənə çox can dedim ey can,can olub neynəmisən?
Demə canan özüvə,canan olub neynəmisən?

Getmisən biganəni şad eyləmisən,
Həsrətinlə ürəyim al-qan olub neynəmisən?

Demə imkanım olanda səni yad eyləyirəm,
O qədər imkan olub, fürsət olub neynəmisən?

Dərmanım olsa da səndə, ölərəm istəmərəm,
Səndə hər dərdimə hər dərman olub neynəmisən?

Baba, biz insanıq insan ilə insanlıq edək,
Deməsinlər bizə qoy insan olub neynəmisən?

məşhur meyxana ustadı Məşədibaba

Maştağadan çox meyxana deyənlər çıxıb: Ağasəlim Çildağ,Kərim,Ağamirzə,Elçin Maştağalı,Vüqar və s. Amma onların içində Məşədinin öz yeri var.Həbsxanaya düşsə də,Məşədibaba öz qəzəlləri və meyxanaları ilə hələ də məşhurdur.Meyxanalarının çoxu söyüşlü və kobuddur.Amma xalq onu sadəliyinə görə sevir.Telezviorda kiməsə yaltaqlanmır,klip şəkdirmir,yarışlarda iştirak etmir.Amma Məşədibaba yenə də toyların yaraşığıdır.

Oxşar məqalələr

2 şərh

nərgiz
O maştağalı deyil.
videofan
Qəzəlin yeri var.Məşədibabanı hamı çox sevir.Onun super şerləri var.Onun bədən üzvləri adlı super təmsili var:




Deməli bir gün baş yığır qaşı,gözü,burnu,ağzı,qulağı bir yana.